Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual:3. Nəyə görə dinə ehtiyacımız var



Cavab: Allah-təala Qurani-kərimdə buyurur:

“(Ya Məhəmməd! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut!”

Şəri istilahda “din” yəni, Allah-təalanın İslam Peyğəmbərinin vasitəsilə bəşəriyyətə səadət və xoşbəxtlik yolunu göstərməkdən ötrü göndərdiyi maarif, qanunlar və göstərişlər məcmuəsinə deyilir.

Bütün bunlar üç qismə bölünür:

1. Etiqadlar;

2. Əxlaq və ədəb qanunları;

3. Əməli vəzifə və təkliflər.

Bəhsimizin ilk mövzusu etiqadlardır. Bu mövzunu xülasə şəkildə bəyan etməzdən əvvəl dinin cəmiyyətdə zərurətinə və faydalarına işarə edəcəyik.

Dinin zərurəti

İnsan bu dünyada hədəfsiz yaradılmamışdır. Allah-təaladan da heç vaxt yersiz və hədəfsiz bir iş baş verməz. Quran ayələri və rəvayətlərdən aydın olur ki, insanın yaradılışında hədəf, fəzilət və kamala yetişməklə Allah yanında ən ali dərəcələrə çatmaqdır. Bu ali hədəflərə dəqiq proqram, hərtərəfli qanun və göstərişlərsiz çatmaq mümkün deyildir. Əksinə, bu dəyərli məqamlara çatmaqdan ötrü elə qanun və hökmlərə ehtiyac var ki, fərdi və ictimai hüquqları qoruyub, azadlıq və rahatlığı təmin etsin, kamal və səadət yollarını insana göstərsin.

Aydındır ki, belə qanunları bəşərin məhdud ağlı və naqis fikri ilə gətirmək mümkün deyil. Çünki, insan özünün müxtəlif istəklərini o cümlədən, yaradanını və onu əsas hədəflərinə çatdıracaq yolları tanımır. Bəlkə də, çoxları öz səadət və xoşbəxtliklərini dünyada maddi mənafelərinə çatmaqda görüb, mənəvi və axirət ehtiyaclarından qafildirlər. Çoxları öz mənafe və məsləhətlərini başqalarının mənafelərindən üstün tutub bu yolda hər bir işə əl atırlar.

Ümumiyyətlə, insanların dünya və axirətdəki səadəti, sağlam etiqad, İslam dininin göstərişlərinə əməl edib onun gündəlik (fərdi və ictimai) həyatda tətbiqi ilə bağlı olduğuna görə dinin cəmiyyətdəki zəruriliyi inkarolunmazdır.

Dinin faydaları

Dinin iki cür faydası var:

1. Fərdi faydaları;

2. İctimai faydaları.

Dinin fərdi faydaları həddən artıqdır. Onlardan üçnün aşağıdakı üç başlıqda göstərmək olar:

1. Qəlbin rahatlığı;

2. Ruhun güclənməsi;

3. Şəxsin qorunması.

1) Qəlbin rahatlığı

Allah-təala Qurani-kərimdə buyurur:

“O kəslər ki, Allaha iman gətiriblər və Allahı zikr etməklə qəlbləri rahat olur; bilin ki, qəlblər yalnız, Allahı zikr etməklə aramlıq tapar!”

Bəli! Dinin hər bir insana faydalarından biri də odur ki, onu Allahı tanıyan və dindar edir. Elə bir Allah ki, bütün mövcudların yaradıcısı, bütün nemətləri əta edən, dəyişməz və sabit bir həqiqətdir. O Allah ki, bütün xeyirlər, izzət, ömür və həyat Onun əlindədir. İmanın vasitəsi ilə insanın batini aram, rahat, razı, qane və səbirli olur. Bəli! Hər kəsin Allahı var, hər şeyi var. Allahı tanıyanın nə müxtəlif gözlənilməz hadisələrdən və nə də fəlakətdən qorxusu olar.

2) Ruhun möhkəmliyi

Din, insanın iradəsini qüvvətli, bağışlayan və bütün nəfs istəklərini nəzarətdə saxlayan edir. Allah-təala Həzrət Əli (əleyhəssəlamın) ailəsi barəsində buyurur:

“Onlar elə kimsələrdirlər ki, etdikləri nəzri yerinə yetirər və dəhşəti aləmi bürüyəcək gündən (qiyamət günündən) qorxarlar. Onlar öz iştahları çəkdiyi və özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə əsirə yedirdərlər.

Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik.”

Bəli! Bu kimi xüsusiyyətlər o ruhda tapılar ki, mütləq, yenilməz və sonsuz qüdrəti olan Allaha imanı olsun. Ruhu zəif olanlar heç vaxt belə bir ali sifətə malik olmazlar. Allaha bağlı kamil imana sahib olan Peyğəmbərin (s) qüvvəli ruhudur ki, buyurur:

“Əgər günəşi sağ əlimə və ayı da sol əlimə versəniz, yenə də öz ali hədəfimdən əl götürən deyiləm.”

3) Şəxsi qorumaq

Dinin insana üçüncü ən böyük faydası, onu müxtəlif həlakedici sifətlərdən və hallardan qorumasıdır. Din, ilk yaranış və qiyamətə etiqadı olan şəxsi hər cür fəsad, başqalarının haqqına təcavüz, zülm və sitəmdən qoruyur.

Əmirəl-möminin Həzrət Əli (əleyhəssəlam) buyurur:

“Allaha and olsun! Gecəni iti tikanlar üstündə oyaq başa vurmağım və ya iri zəncirlərə bağlanıb sürünməyim daha əzizdir ondan ki, qiyamət günündə Allah və Rəsulu ilə elə halda görüşəm ki, bəndələrin bəzisinə zülm etmiş olam və ya onların mallarından bir şey qəsb etmiş olam....... Allaha and olsun! Yeddi iqlim göylərdə olanları mənim ixtiyarımda qoyalar ki, qarışqanın ağzından arpanın qabığını alam və zülm edəm, heç vaxt etmərəm.”

Beləliklə, din, insanı daim Allahı xatırlamağa vadar edir. Nəticədə, qəlbi rahatlaşdırır və ruhu qüvvətləndirir. Onu nalayiq işlərdən qoruyub saxlayır.

Bəli, insan doğru və düzgün dinə bağlanıb, dindən olduğu kimi istifadə edərsə, dinin bərəkətindən arzuladığı səadətə yetişər. Çünki, dinin insana həm mənəvi və həm də maddi faydaları vardır. Din, insanda özünə etimad, ruhun möhkəmlənməsi və qəlb şadlığı yaradır. Onu hər cür çirkinlikdən qoruyur və nəticədə canı sağlam, malı qorunmuş, həyatı xoş, adını yaxşı və işlərinin aqibətini xeyir edir. Allah-təala buyurur:

“Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edib, etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.”

İctimai həyatda yaşayan insanlar, xeyir-şər, izzət, zillət, həyat və ölümdə bir-birləri ilə müştərəkdirlər. Həmçinin, cəmiyyətin tərzi-təfəkkür və hissiyatlarında da oxşarlıqları vardır. Onlar hamısı birlikdə cəmiyyəti təşkil edirlər. Sağlam cəmiyyət bir insan hökmündədir. Cəmiyyətin sağlam, güclü, şad, həmişəlik və həyatdan daha çox faydalanmasından ötrü üç əsas lazımdır.

1. Cəmiyyətin fərdləri və təbəqələri arasında ülfət, birlik və mehribançılığın olması;

2. Cəmiyyət üzvlərinin bir-birinə zülm və əziyyət etmələrindən çəkinməsi;

3. Haqq və xeyir işlərdə cəmiyyət üzvlərinin bir-birlərinə köməklik və həmkarlıq etmələri.

İlk yaranış və qiyamətə etiqadlı olmaq, qeyd olunan bu üç əsli yaşayış mühitində ən yaxşı şəkildə əməli edir. Dinin cəmiyyətə ən mühüm və birinci faydası cəmiyyət üzvləri arasında mənəvi birlik və qardaşlıq yaratmasıdır. Həmçinin, din, insanların qəlblərində bir-birinə qarşı ülfət yaranmasından ötrü ən yaxşı vasitədir. Allah-təala Qurani-kərimdə buyurur:

“Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən ayrılmayın. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizə qardaş oldunuz.”

Dinin cəmiyyətə ikinci faydası budur ki, din, cəmiyyət üzvlərinin bir-birinə qarşı əzab və əziyyətlərinin qarşısını alır, ən azı azaldır. Cəmiyyətin və ya fərdin bədbəxtçiliyinə səbəb olan şər və fəsad niyyətini məhv edib aradan aparır. Din, insanın batinində yatmış və həmişə fitnə-fəsad törətmək istəyən şeytanın əl-qoluna zəncir vurur və onu cilovlayır. Din, zorakılıq, təkəbbür və fərdin bir-birinə qarşı əxlaqsızlıqlarının qarşısını alır. Din, qohum-əqrəba arasındakı bağlılığı möhkəmləndirir və onun qorunmasına çalışır. Allah-təala buyurur:

“Həqiqətən, Allah (Qurandan insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar. Zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə bəlkə düşünüb ibrət dərsi alasınız deyə, belə öyüd-nəsihət verir.”

Dinin yaşayış mühitinə üçüncü faydası, bütün insanların xeyir işlərdə, bir-birlərinə köməklik göstərib, pis işlərin və günahların qarşısını almaqda əl-ələ vermələrinə çağırmasıdır. Din, insanları ədavət və düşmənçilikdən çəkindirir. Onlara öz növlərindən olan insanların mühitinin cəhənnəmə çevirmələrini qadağan edir. Həmçinin, insanları bir-birinə əziyyət verməkdən çəkindirir. Allah-təala Quranda buyurur:

“Yaxşılıq və xeyir işlərdə bir-birinizə kömək olun. Günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin! Allahdan qorxun! Həqiqətən, Allahın əzabı şiddətlidir.!”

Din öz insanpərvər proqramları və qanunları ilə elə bir yaşayış mühiti təşkil edir ki, belə bir mühitin ruhu mütləq xeyirdir. Belə qüdrətli, xoş və yüksək səviyyəli proqramlarla o cəmiyyətin fərdlərini dünya və axirətdə xoşbəxt olmağa hazırlaşdırır.

İndi ki, dinin mənası, zərurəti və faydaları qısa şəkildə aydın oldu, əsas mətləbə qayıdırıq. Qeyd etdiyimiz kimi dinin üç əsas hissəsi var. Bundan sonrakı bəhsimizin mövzusu etiqadlardır. Bəhsə başlamazdan əvvəl aşağıdakı mətləbə diqqət edək:

Əməliyyə risaləsinin birinci məsələsində qeyd edildiyi kimi, müsəlman dinin əsaslarına (yəni, tövhid, ədl, nübuvvət, imamət və qiyamətə) yəqinlik əldə etməlidir etməlidir. Yəni, bütün bunlara möhkəm şəkildə elm ələ gətirməlidir. Bu sahədə başqasının dediyinə kifayətlənmək olmaz. Qısası, ağıl, ayə və rəvayətlərin hökmlərinə əsasən, hər bir müsəlmana vacibdir ki, dinin əsaslarına yəqinlik əldə etsin. Bu işdə səhlənkarlıq isə əbədi əzaba səbəb olar. Onu da qeyd edək ki, yəqinliyin əsası, qəti etiqadın hasil olmasıdır. Bu məna hansı yolla ələ gəlsə də kifayətdir.

Beləliklə, insanların əksəriyyəti dinin əsaslarına alimlərin dediklərindən, ruhani və din müəllimlərinin danışığından, hətta bəzən, valideynlərinin sözlərindən yəqinlik əldə edirlər. Bütün bunlar danışanın dediyi mətləbə tam etiqadlı olub, yalan və xilafın onda olmadığını bildikdən sonra hasil olur. Həmçinin, ola bilsin ki, müsəlman özü yəqinlik hasil etdikdən sonra öz əqidəsini başqasına isbat etməkdən ötrü dəlil gətirə bilməsin. Əsas məsələ şəxsin özünün yəqinlik əldə etməsidir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment