Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual: 4. Din nədir


Cavab: Din barəsində qərb alimləri tərəfindən müxtəlif nəzəriyyə və mətləblər irəli sürülüb. Quran ayələrində “din” iki mövzuda işlənmişdir.
1-Qeybi qüdrətə olan hər hansı etiqad, istər batil, istərsə də haqq olsun: اکم دینکم و لی دین. “Sizin öz dininiz var, mənim də öz dinim!”
2. İlahi dinlər haqqında: انّ الدین عند الله الاسلام “Allah yanında (haqq olan) din, əlbəttə, islamdır."
Dinin tərifində bizim nəzərimiz onun barəsindəki ikinci mənadır. Din, bu mənada ilahi dinlərə aid olur, onun müxtəlif mərhələ və şəraitləri var. Məsələn, öz-özlüyündə din və yollanmış din.
Daha geniş cavab
“Din” barəsində qərb alimləri tərəfindən müxtəlif nəzəriyyə və mətləblər irəli sürülüb. Can Hik özünün “Din fələfəsi” kitabında din barəsində müxtəlif təriflər və nəzəriyyələr nəql edir:
a) Psixoloji tərif: Din, fərdlərin təklik halında yaranan hissiyyatları, təcrübə və əməlləridir ki, onlar özlərini “ilahi” adlanan hər bir şeyin müqabilində yerinə yetirirlər. (Vilyam Ceymz)
b) Cəmiyyətşünasların tərifi: Din, müxtəlif zamanlarda insanların ümumi inancları, etiqadları, əməlləri, şüarları və tutduğu yollardır. (Talkut Parsunz)
v) Materialistlərin tərifi: “Din, bizim azad istedadlarımızın həyata keçməsinə, çiçəklənməsinə mane olan əmr və qadağanların məcmusuna deyilir.” (İs Raynax)
Həmin məzmunlu başqa bir tərifdə deyilir: “Din - mehr-məhəbbət və hissiyyatlı, ucalıq, istilik və aydınlıq gətirən həmin əxlaqdır.” (Matyu Arnold)
d) Dini tərif: məs, “Din, bütün varlıqların bizim elm və mərifətimizdən yüksəkdə olan bir qüdrətin təcəllisi olması ilə əlaqədar bir həqiqətə etiraf etməkdir.” (Horbert İspenser)
Din barəsində belə təfsirlər qərb alimlərini ümumi bir etirafı qəbul etməyə vadar etmişdir. O da budur ki: “Din - hamının bir mənada qəbul etdiyi termin deyil; din adı altında müxtəlif ideyalar vücuda gəlib ki, hamısının bir-biri ilə bir növ əlaqələri vardır. Bu əlaqəni Lyudvik Vitgenştayn onu aliə-qohumluq  əlaqələrinə bənzətmişdir.»
Quran terminlərində “din” iki mövzuda işlənmişdir:
1-Qeybi qüdrətə olan hər hansı etiqad, istər batil, istərsə də haqq olsun: اکم دینکم و لی دین. “Sizin öz dininiz var, mənim də öz dinim! ”
2- İlahi dinlər haqqında: انّ الدین عند الله الاسلام “Allah yanında (haqq olan) din, əlbəttə, islamdır."
Dinin tərifində bizim diqqətimiz “din”dən ikinci işlənən mənadır. Din, bu mənada ilahi dinlərə aid olur, müxtəlif mərhələ və şəraitləri var. Məsələn, din öz-özlüyündə və yollanmış din.
Əlavə təhqiqat üçün bax:
Mehdi Hadəvi Tehrani, “Vilayət və dəyanət”, Müəssiseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1380 şəmsi ili.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment