Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual: 15. Cəmiyyətin dini dəyişdirilə bilərmi?


Cavab: Bu sualın cavabında əvvəlcə gərək nəyin nəzərdə tutulduğu aydınlaşdırılsın. Bəzən “cəmiyyətdə dinin dəyişdirilməsi” dedikdə məqsəd hər hansı bir cəmiyyət tərəfindən qəbul olunan haqq və ilahi dinin əslini dəyişdirmək ola bilər. Bu fərzdə söhbət dini ünsür və mərifət məsələsinin dəyişdirilib-dəyişdirilməməsi, sabit qalıb-qalmaması, onun hüdudlarının genişləndirilməsi və ya məhdudlaşdırılması olacaqdır. Bəlkə də sual edən şəxsin hədəfi – din kəlməsinin cəmiyyətə əlavə etməsinə nəzər yetirməklə – belə bir məsələni irəli çəkməmək ola bilər ki, onun araşdırılması başqa bir vaxt tələb edir.
Bəzən də məqsəd cəmiyyətin ayrı-ayrı fərdlərinin inanc və etiqadlarında, meyllərində, görüş və nəzəriyyələrində dəyişikliyin edilməsidir. Bu fərzdə belə cavab vermək olar: Bəli, cəmiyyətin dini dəyişdirilə bilər. Çünki Quran və rəvayətlərdən, islami mənbələrdən, eləcə də tarixdəki mühüm hadisələrdən məlum olur ki, dinlə mübarizə aparanlar həmişə – bütün zamanlarda və hər bir bəşər cəmiyyətində iman əhlinə, haqq əhlinə zərbə endirmək, onların din, etiqad və hədəflərində sarsıntı yaratmaq əzmində olmuşlar. Onlar öz mənfur niyyətlərini həyata keçirmək və məqsədlərinə nail olmaq üçün hər bir vasitədən istifadə etmişlər. Buna görə də Qurani-kərim möminlərə daim xəbərdarlıq edib buyurur ki, öz din və etiqadlarınızı gücləndirin, batil əhlinin şübhə və məkrli planları qarşısında müqavimətli və hazırlıqlı olun, məğlubiyyətin acınacaqlı təsirlərini özünüzdən uzaqlaşdırın. Quranın göstərişlərinə diqqət yetirmədikdə dini dəyərlər yavaş-yavaş unudulur, dindarlar tədrici olaraq din düşmənlərinin, Şeytanın və nəfsani istəklərin tələsinə düşür. Özləri də bilmədən batil cəbhəsində qərarlaşır. Nəticədə Allahın və Onun mütərəqqi göstərişlərinin müqabilində əks mövqe seçir. Bununla da öz ixtiyarı ilə Allahın vilayət dairəsindən, hidayət və səadət nurunun əhatəsindən xaric olaraq azğınlıq, zəlalət və bədbəxtlik qaranlıqlarında qərar tutur. Sonradan bu şərif ayənin əyani nümunəsinə çevrilir: “O kəslər ki, kafir oldular, onların başçıları tağutlardır ki, onları nurdan çıxarıb zülmətə doğru aparar...”

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment