Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual: 24. Dini siyasətdən ayıran sekulyarizm təfəkkürü necə yaranıb?


Cavab: Qərbdə intibah dövründən sonra xristian-kilsə hakimiyyətinin yeni yaranan elmi-fikri cərəyanlarla çarpışdığı dövr nəhayət, dinin siyasətlə ayrı olduğu təfəkkürü meydana çıxartdı.
“Sekulyarizm” fikri qərb təfəkkür dünyasına mənsubdur. Bunun da əsaslı səbəbləri vardır. Hər halda ilahi ideyaları aşılamayan, adi fərdlərin istəyi əsasında təhrif olunan bir din (xristianlıq) heç vaxt bəşəriyyətin etimadını tam doğrultmayacaq.
Daha geniş cavab
XV əsrin ortalarından başlayaraq Qərbdə qədim Rum və Yunan mədəniyyətinə meylli təzə bir tarixin başlanğıc illərinə təsadüf olunur.  Daha sonra bu hadisələr XVI əsrin ortalarında Martin Luter kimi islahatçı dindarların vasitəsi ilə islahat dövrünə qədəm qoydu.  Nəhayət, özünə çoxsaylı tərəfdar toplayan bu cərəyan XVII-XVIII əsrlərdə Qərbdə şüur və ağıla əsaslanan fikirlərə bəraət qazandıra bildi.  O dövrün dindar mütəfəkkirləri də belə nəticəyə gəldilər ki, kilsə üsul-qaydaları müasir fikir və ehtiyacları ödəməyə qadir deyil. Bu fikirlər o qədər genişləndi ki, nəhayət, din yalnız insanın Allahla şəxsi rabitəsi anlamı kimi ünvan aldı və axirət aləminə də onun əsasında məna verildi. Beləliklə, din tamamilə ictimai-siyasi hüdudlardan təcrid olundu və onu siyasətdən ayıran sekulyar fəlsəfi dünyagörüşünün  əsası qoyuldu.
Amma sekulyarizm fikri ilə qarşılaşanda, ümumi tərzdə deyil, məhz, Qərbin xristian-kilsə hakimiyyətinə qarşı mövqeyi haqda danışılmalıdır. Çünki düzgün dünyagörüşünü aşılamayan, təhrifə məruz qalan və hər hansı insani ehtiyacları ödəyə bilməyən din məhkumdur. Bir də ki, İsa peyğəmbərin şəriəti sonuncu din olmamış və o özü də heç vaxt özünü sonuncu peyğəmbər elan etməmişdir. Mövcud “İncil”lərdə də ondan sonra son elçini müjdələyən işarələr vardır.
Amma İslam dininin sonuncu din olaraq hər hansı təhif və xətadan uzaq olması faktı danılmaz məsələdir və onun ideyalarında dinin siyasətdən ayrı olması haqda fikirlər də təbii olaraq rədd edilir. Bununla belə, bəzən müsəlmanlar arasında ortaya çıxan bir sıra “mütəfəkkir”lərin əks mövqeləri isə qərb-sekulyar ideyalarından mənşələnib. İslamdan xəbərsiz olan belələri elə güman edirdilər ki, bu fikirlər İslam dünyasında da dönüş və inkişaf yaradacaq. Məsələn, doktor Cabir Usfur özü Əli Əbdürrəzzaqın “Əl-İslam və üsulil-hikəm” kitabına yazdığı müqəddiməsində belə qeyd edir: “Biz Rəfaət Təhtavi, Məhəmməd Əbdüh və Əli Əbdürrəzzaq kimi şəxsiiyyətlərlə fəxr edir və onları nümunə bilirik. Çünki onlar inkişaf etmiş mədəni-ictimai quruluşun tərəfdarlarıdır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment