Azəri
Saturday 20th of July 2024
0
نفر 0

ŞƏRABXORUN TÖVBƏSİ

 

Nəql edirlər ki, Abdullah adlı bir şəxs çox pis şəkildə yolunu azmışdı. İşi-gücü ancaq şərab içib müxtəlif havalara (musiqilərə) qulaq asmaq idi. Lakin birdən-birə qəflət yuxusundan oyanaraq tövbə etməklə günahlardan əl çəkir. Allah yolunda hərəkətə gəlir.

Bir şəxs ondan soruşur: “Sən ki, dinsiz, əxlaqsız şərabxor və əqidəsiz adam idin, necə oldu ki, birdən-birə belə dəyişdin və Allah yoluna gədin?” Abdullah cavabında deyir: “Mən həddən artıq içki içən və musiqi dəlisi idim. Gecələrin birində özüm kimi dostlarımla birlikdə istirahət bağlarının birində kef məclisi qurmuşduq. Yaxşıca yeyib-içib və çalıb oynadıqdan sonra tar-kamanımızı və musiqi alətlərimizi ağaclardan birinin budağından asıb ağacın altında yatdıq. Bir müddətdən sonra birdən yuxudan ayıldım və ağacın yanından qəribə bir səs eşitdim. (Ola bilsin vicdanının səsi idi). Səs bu ayəni oxuyurdu:

”Məgər vaxt çatmamışdır ki: O kəslər ki, Allaha inanırlar, qəlbləri qorxub təvazökar olaraq Allahı yadlarına salsınlar?”(Hədid surəsi 16)

Bu ayə mənə elə təsir etdi ki, o gündən belə qərara aldım ki, Allahın dəvətinə baş əyib qəlbimi Onu yad etməklə təmizləyəm və Allah yolunda çalışam!”

 

“Bu gün azacıq elmimə görə məni yuxarı başa keçirtdin, amma, indi istəyirsən bu neməti məndən alasan?! Bu elm mənim izzətimdir. İstəyirsən məni uca məqamdan endirib zəlil edəsən? Sənin kimi xəlifəyə yaraşmaz ki, mənim bu kiçik elmimə paxıllıq edib məndən alasan. Çünki, şərab insanın ağlını aradan apararaq, ədəb və elmini əlindən alır. Insanların gözündə adamı xar və zəlil edir”.

Məmun bu sözlərdən xəcalət çəkib başını aşağı salır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR

 
user comment