Azəri
Sunday 19th of May 2024
0
نفر 0

GÜNAHKARIN TÖVBƏSİ QƏBULDUR

 

 “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!”

Nəql olunur ki, bütün ömrünü ancaq günahda sərf etmiş bir kişi vardı. Ömrü boyu heç bir günahı haqqında fikirləşməmişdi. Zəmanəsinin xeyirxah və pərhizkar insanları ondan uzaq qaçır və ona nifrət bəsləyirdilər.

Nəhayət, hökm verən hökmünü verdi və kişinin ömrü sona yetdi. Cənabi Əzrail (ələyhissəlam) onun ruhunu almaqdan ötrü başının üstünü kəsdirdi. Kişi ölümünə yəqinlik gətirir, baxıb görür ki, daha geriyə yol yoxdur. Bir an xəyala dalıb ömrü boyu etdiyi əməllərinə nəzər salır. Bir ömür etdiyi əməllər içində bir dənə də olsa, savab iş görmür. Ümid etməli olan heç bir işıq ucu da gözünə dəymir. İlahi, nə günə qaldım? Əməllərimin axırı nə olacaq? Acizanə şəkildə ürəkdən ah çəkib, özündən ixtiyarsız deyir:

“Ey O kimsə ki, dünya və Axirət Onundur! Dünyası və Axirəti olmayan bəndənə rəhm et!”

Bu cümləni deyib dünyasını dəyişir. Şəhərin camaatı onun ölümündən çox xoşhal olurlar. Ömrü boyu günahlar içində boğulan bu şəxsi bir zibilliyə atıb üstünə zir-zibil tökürlər. Sonra həmin zibilliyin üstünü torpaqla örtürlər.

Gecə düşür şəhərin alimlərindən biri yuxuda görür ki, filankəs ölüb onu zibilliyə atıblar. Ona əmr edirlər ki: “Tez dur, o şəxsi zibillikdən çıxart və qüsl ver! Kəfənə bükdükdən sonra isə ona namaz qıl! Sonra onu xeyirxah və pərhizkar şəxlərinin qəbirlərinin yanında dəfn et!” Alim hövlnak cavab verir:“Pərvərdigara! Bu kişi pis adam olub, əhali arasında günahkar bir şəxs kimi məşhur olub. Nəyə görə rəhmət dərgahına layiq görüldü və Öz kəramətini ona bəxş etdin?”

Xitab gəlir ki: “Bu bəndənin ruhu bədənindən çıxmaq halında idi. Özünün keçmiş əməllərinə nəzər etdi. Günah və fəsaddan başqa bir şey görmədi. Ona görə də, müflis və aciz bir halda dərgahıma nalə çəkdi. Acizanə bir halda rəhmət dərgahıma baxıb fəzl və rəhm istədi. Onun acizliyinə və biçarəliyinə rəhm edib onun günahlarından keçdim, şiddətli əzabımdan ona nicat verdim və nemətimdən onu bəhrələndirdim."

Bəhsimizin sonunu Qurani-Kərimdə günahkar və haqq yoluna gəlməyib dünyadan köçənlər haqqındakı ayəni zikr etməklə bitiririk. Onu da xatırladaq ki, insan əgər Allaha təvəkkül etsə və özünün iradəsini möhkəmlətsə, hər hansı bir pis əməldən və ya günahdan çəkinə bilər. Allahdan istəyirik ki, bütün günahkar bəndələrinin tövbə etməsinə yar olsun!

 “[Qiyamət günü] Cəhənnəm onları [günahkarları] uzaqdan görüncə, onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər. Onlar əlləri boyunlarına bağlı vəziyyətdə Cəhənnəmə dar bir yerə atıldıqları zaman, [dünyada Allaha asi olduqlarına görə özlərinə nifrin edib] ölüm diləyərlər. [Onlara istehza ilə deyərlər:] Bu gün özünüzə bir deyil, çox ölüm diləyin! [Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən heç nə çıxmaz. Allahın əzabı sonsuz və dəhşətli olduğu üçün dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə ölüm diləməlisiniz!]”

Qadir və rəhman Allahdan istəyirik ki, hamımızı cəhənnəmin şiddətli əzabından uzaq etsin və Ona itaət etməkdə bizə yardımçı olsun!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Tibb sahəsində Müsəlmanların elmi nailiyyətləri
Hazrat Fatima (S.A) is the Master of All of the Worlds’ Women
Rüşvət
ABNA Qadınlar Bayramı münasibətilə təbrik edir (Xanım Zəhra haqqda qısa ...
Öz evində ...
Məgər kitabdan (Tövrat və İncildən) bir pay verilmiş kəsləri görmədinmi ki, ...
On ikinci İmamın (əc) məqamı ilə tanışlıq
Ümrənin növləri
İmam Həsən Əskəridən (ə) hədislər

 
user comment