Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual: 28. Nəyə görə üsuliddində təqlid yoxdur?


Cavab: Din alimlərinin yalnız, “füruiddin” -də təqlid olunması və “üsuliddin”-də təqlidə icazə verməmələrinin, həmçinin, bu məsələdə “icma” iddia etmələrinin əsas səbəbi budur ki: Təqlid, yəni yəqinlik hasil olmasa da müctehidin göstərişlərinə əməl etməkdir. (bəzilərinə görə, başqasının sözünə dəlilsiz əməl etməkdir). Əgər ayə və rəvayətlərdə dinin əsaslarının iman, mərifət və yəqinliklə ələ gətirilməsi vurğulanırsa, iman qəlbin arxayınlığı və batini yəqinlik sayılırsa, bu məna təqlidlə hasil olmur.
Başqa sözlə desək, insanı dünya və axirətdə səadətə çatdırıb onu əzab və həlakətdən xilas edən, yalnız, qəlbi etiqad və möhkəm imandır. Həmçinin, insanı dini faydalardan bəhrələndirən təkcə, batini inam və yəqinlikdir. Bütün bunlar isə təqlid və əməldən ayrı olub, başqasının deməyi ilə ələ gəlmir. Ona görə də belə məsələlərdə təqlidə yer yoxdur.
Beləliklə, qeyd olunmalıdır ki, dinin əsaslarına inam, yəqinlik və elm əldə etmək nəfsani fəzilətlərdəndir. Allaha etiqad, mərifət, İlahi sifətlərə inam, peyğəmbərləri və imamları tanımaq, feyz vasitələrini ələ gətirmək, qiyamətə və Allaha tərəf qayıdışa əqidə insanın kamal xüsusiyyətlərindən olub, nəfsin nadanlıq rəzilətindən xaric olmasına səbəb olur. Ağılın hökmünə əsasən, bütün bunların təqlidsiz ələ gətirilməsi lazımdır.
Tək Allaha etiqad
“Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?”
Allahın vücuduna iqrar və zatına etiraf aydın məsələlərdəndir. Kafirlər də buna etiraf edirlər. Belə ki, Allah-təala buyurur:
“Həqiqətən, əgər, göyləri və yeri kim yaratmış, günəş və ayı kim tabe etmişdir–deyə soruşsan, onlar mütləq: Allah–deyə cavab verəcəklər. Elə isə onlara de ki: Niyə yalandan üz döndərirlər?”
Ona görə də İslam Peyğəmbəri (s) Allahın vücudunun iqrarından ötrü yox, bəlkə də, insanları tövhid və yeganəpərəstliyə dəvət etməkdən ötrü göndərilmişdir.
Bu iqrar və etirafın mənşəyi, həmçinin, anlayış və meyllər, Allahın insanın fitrətində qərar verdiyi dərk və anlayışdan irəli gəlir. Allah-təala buyurur:
“Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.”
Bəli, Allah-təala bu həqiqəti hamının təbiətində qərar vermişdir. Ona görə də insan özünün əsl yaranış və zatında hiss edir ki, özbaşına olmayıb yaradana bağlıdır. Yaradan onu qoruyub ona köməklik etməklə yanaşı fikr və əməllərini nəzarətdə saxlayır. Həmin yaradan ki, bütün aləmə hökm edir və mövcudatın varlığı ona bağlıdır.
Hər bir mütəfəkkir təsdiq edir ki, bütün aləm müəyyən nəzm və qanuna tabedir. İnsan özü bu qanun və nəzmlərin sayəsində aləmin bütün zərrələrindən bəhrələnir. Havadan nəfəs alır, sudan içir, bitkilərdən yeyir və günəşin şüasından istifadə edir. Anlayır ki, bütün aləm bir qüvvədən sərçeşmə alıb bir iradə altında qərar tutmuşdur. Həmin fitrət, anlayış və dərkə görədir ki, insan möhtac olanda o qüvvəyə əl açır. Çətinlikdə ona pənah aparır və nemət istəyərkən ona ümidvar olur. Aydındır ki, belə bir hiss və dərk insanın cahil və zəif olması ilə bağlı deyil. Çünki, hər hansı dəstə və təbəqədən olmasına baxmayaraq, insan hər vaxt özünü bütün elm, etiqad, adət və ənənələrdən kənara çəksə və özünü təzə dünyaya gəlmiş bir mövcud kimi təsəvvür edib, heç kəsi görməyən və heç bir şey eşitməyən şəxs kimi fərz olunsa, bu dünyaya nəzər salıb nə fikirləşər və nə görər?
Özünü elə bir mövcud kimi tanıyar ki, gözləri, qulağı və şüuru olan halda bu sonsuz kainatın kiçik bir guşəsində tapılıb. Hansı tərəfə baxırsa, gözləri dünyanın axırını görmür. Cahanı çox-çox böyük və özünü çox-çox kiçik hiss edir. Ayağının altını müxtəlif qəribəliklərlə dolu, başının üstündə fəzanı təəcüblü görür. Dünyaya gəlir, olur və hərəkət müşahidə edir. Günəşin və ayın çıxıb-batmasını görür. Gecə-gündüz ardıcıl olaraq tərtiblə gəlib-gedir. Aylar və fəsillər növbə və nəzmlə dövr edirlər. Gecə vaxtı başının üstündəki fəzanı gözəl parlayan ulduzlarla dolu müşahidə edir. Yer üzündə elə bitkilər və ağaclar görür ki, bəzilərinin toxumu xırdalıqdan dırnağının da üstündə görünmürdü. Bir müddət sonra isə bu toxumlar böyük cüssəli iri şaxəli müxtəlif rəngli və yarpaqlı ağaclara çevrilirlər. Bu meyvələrin dadı-tamı insanı cana gətirir. Təbiətdə müxtəlif şəkilli, təbiətli və ölçülü heyvanlar görür. Elə mövcudları müşahidə edir ki, bir anda tapılır və yenidən aradan gedir. Dirilir və təzədən ölür. Həyat cərəyanını bitkidən tutmuş insana qədər hamısında müşahidə edir.
Öz xilqətindəki əzəmət və xırdalıqlara nəzər salır. Bədəni, sümükləri, bədənindəki damarlar, başının qəribə sümükləri, göz, qulaq, üz, hiss üzləri, qan dövranı, qəlbin vurması, əllərinin xilqəti, barmaqlar, bədən əzalarının tərkibcə birləşmə quruluşu, bədənin lazım olan maddələrlə qidalanması, övlad dünyaya gətirmək mexanizmi, ağılın qüvvəsi, şəhvət, xəyal, vahimə və bədənindəki görünməyən yüzlərlə başqa mövcudları nəzərə alaraq, ixtiyarsız olaraq yaradana etiraf edir.
Bəli! Belə olan halda insan öz qəlb gözü ilə bir iradə, bir elm, bir həyat, bütün bu sifətlərə malik bir varlıq həqiqəti və kainatın ruhunu aydınca görür. Onu, bütün mövcudatı əhatə edən, onlara agah, qüdrətli və hər şeyə hərəkət verən kimi tanıyır. Özünü bütün vücudu ilə o varlığa bağlı bilir. Doğrudur ki, onun zatına elmi olmur, kainatın və özünün yaranış sirlərinə tam agah ola bilmir, amma bu qədər anlayır ki, bütün bunların yaradanı var. O, Allahdır. Başa düşür ki, bütün mövcudların fitrətində belə bir anlayış var. Hər şey özünü bütün vücudu ilə Onun varlığına iqrar edir və Ona bağlıdır. Təbii ki, əzəməti müqabilində baş əyib təslim olur və ona səcdə edir. Quran buyurur:
“Həqiqətən, göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün qəti dəlildir.”
Bəli! Ağıl və idrak sahibi azacıq diqqət etsə hiss edər ki, bütün varlıq aləmi, həyat, şüur, görünüş və eşitməklə doludur. Mövcudatın hər birisi öz batini dili ilə Yaradanı ilə raz-niyaz edir. Onun vücuduna iqrar edib, ona təsbih və təriflər söyləyir.
“Göylərdə və yerdə olanların hamısı (bütün məxluqatın) sahibi, müqəddəs və pak olan yenilməz qüvvət və hikmət sahibi Allahı təsdiq edib Onun şəninə təriflər deyər.”
Belə olan halda insan öz yaradanı barədə fikirləşir və Onu axtarır. Belə olmaya da bilməz. Bu halda insanda itaət və bəndəlik əmələ gəlir. Həmin halda insan nə qədər bədbəxt və zülmkar olsa da yenə də Allahın dərgahına üz tutub yalvarır. Bu vəziyyətdə insanların zahirini yox, batinlərini görmək lazımdır. Nə qədər pis və tüğyançı olsa da insanların batini əsasında hökm etmək lazımdır.
Həmin halda insan Allahın elçisi və göstərişləri ardınca gəzir. Onun bəndəliyi və itaətini peyğəmbərinin dilindən öyrənmək istəyir. Ona yaxınlaşır və ondan kömək istəyir. Onun müqabilində vəzifəsini yerinə yetirib müxalifətdən pərhiz etmək istəyir. İmam Sadiq (əleyhəssəlam) buyurur:
Bütün insanların biliyi dörd sözdədir:
Allahı tanımaq;
Özünü tanımaq;
Vəzifəsini tanımaq;
Azğınlığı tanımaq.
Əmirəlmöminin Əli (əleyhəssəlam) buyurur:
“Allah-təala peyğəmbərləri göndərir ki, insanlara öz fitrətlərinin istəyinə uyğun olaraq İlahi nemətləri, onun höccətlərini (dəlillərini) tanıtdırsın və nəfslərində olan sirlərini açıb onlara göstərsin. Onlar yer üzündəki İlahi nişanələri insanlara göstərir.”


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment