Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

QURANDA YARADILIŞIN SİRLƏRİ

 

Qurani-kərimdə dəfələrlə yaradılışın sirr və qanunlarına toxunulur. Yer və digər səmavi cisimlərin qalaktikadakı müntəzəm hərəkəti, vahid və dəyişilməz qanuna tabe olmaları və s. mövzuları əhatə edir.

Quranın nazil olduğu bir dövrdə, vəhy yolu ilə bunlardan agah olan peyğəmbərlərdən savayı, kimsənin bu kimi elmlərdən azacıq məlumatı belə yox idi.

Qeyd etmək lazımdır ki, yunan alimlərindən bəziləri astronomik hesablamalar apararaq yaradılışın müəyyən sirlərinə yol tapa bilmişdilər. Lakin elm və svilizasiyadan uzaq düşmüş Ərəbistan yarmadasında bu kimi faktlarla qarşılaşmaq qeyri-mümkün idi. Lakin, Quranın verdiyi və olduqca dəqiq olan məlumatları hələ heç bir yunan alimi tərəfindən təklif olunmamışdı. Belə ki, yüz illər keçdikdən sonra bu elmlər bəşəriyyətə məlum olmuş və onun müxtəlif sahələrində araşdırmalar aparılmağa başlamışdır. Bir şeyə də diqqət yetirmək lazımdır ki, Quranda o dövrə aid olan elmi mövzular olduqca sadə bir tərzdə bəyan olunmuş, başa düşülməsi bir o qədər də asan olmayan mətləblərə isə yalnız qısa şəkildə toxunulmuş və geniş şəkildə araşdırılması isə gələcək nəsillərin üzərinə qoyulmuşdur. Qurani-kərimdə yaradılış və onun sirlərinə toxunan ayələrə istənilən qədər rast gəlmək olar. Biz onlardan bir neçəsinə işarə edirik:

«Hər şeydən [bütün meyvələrdən] müəyyən ölçüdə [lazım olan qədər] yetişdirdik.» (Hicr-19).

Ayədə bitkilər aləminin müəyyən ölçüdə yaradıldığına işarə olunmuşdur.

Son zamanlar botanika alimlərinə məlum olmuşdur ki, təbiətdə mövcud olan bitkilərin hər biri özünəməxsus tərkibə malikdir. Belə ki, tərkib hissəsinin bir qismi başqa bir qismindən çoxluq və ya azlıq təşkil edərsə, onların xarici görünüşündə nəzərə çarpacaq fərq və dəyişikliklər əmələ gəlir. Bitkilər aləminə hakim olan belə bir sabit qanun, əsrlər boyu dəyişmədən qalmış və qalmaqdadır. Və göründüyü kimi, yaradılış aləmində böyük əhəmiyyət kəsb etdiyi üçün Qurani-kərimdə dəfələrlə bu mətləbə işarə olunmuşdur.

QURANDA CÜTLƏŞMƏ QANUNU

Quran haqqında söhbət açan əsrarəngiz mövzulardan biri də, bitkilər aləminin külək vasitəsilə cütləşməsi və ya daha dəqiq desək, tozlanma prosesidir.

Bu təbii prosesin nəticəsində ağaclar (bitkilər) tozlanır və yeni-yeni bitkilərin göyərməsinə səbəb olur. Hicr surəsinin 22-ci ayəsində bu haqda deyilir:

«Biz [buludla] yüksəlmiş [bitkilərə, ağaclara həyat verən, onları tozlandıran] külək göndərdik.»

Keçmişdə müfəssirlər ayədəki «təlqih» kəlməsinin lüğəvi (yükləmək) mənasından istifadə edərək, ayəni belə təfsir etmişlər: «Buludları yükləyib hərəkətə gətirmək üçün küləyi göndərdik və ya yağışı buludların qatlarında yüklədik (yerləşdirdik) və onu küləklə hərəkətə gətirdik.»

Lakin bu nəzəriyyə, ayənin mənası ilə bir o qədər də uyğun gəlmir. Çünki, əvvəla nəzərdə tutulan mövzu bir o qədər də əhəmiyyət kəsb etmir və Quranın şənindən olduqca aşağıdır.

Sonra isə onlar buna diqqət yetirməli idilər ki, külək buludları yalnız hərəkətə gətirir və onların qatlarına heç bir şey yükləmir.

Demək, ayə bəzi keçmiş müfəssirlərin dərk edə bilmədiyi və olduqca əhəmiyyətli elmi bir məsələyə dəvət edir. O da bundan ibarətdir ki, bitkilər aləmi də nəsil artımı üçün heyvanlar kimi cütləşmə prosesini keçməlidirlər. Və bu proses bitkilər aləmində əksər hallarda külək vasitəsilə həyata keçdiyi üçün tozlanma adlanır. Məsələn nar, portaxal, sənubər, ərik, pambıq və s. bitkilərin cütləşməsi yalnız tozlanma yolu ilə həyata keçir. Tumurcuqların içindəki kisəciklər yetişdikdən sonra açılır və küləklə ətrafa yayılan erkək toz dənələri onlara daxil olur və beləliklə tozlanma prosesi başa çatır.

3. QURANDA EVLƏNMƏ QANUNU

Quran, evlənmənin və ya müştərək həyat tərzinin qurulmasını təkcə insan və heyvanlarda deyil, bitkilər aləmində də baş verdiyini bizə xəbər verir.

«Bütün meyvələrdən [erkək-dişi, yaxud şirin-acı, turş-meykai və s. olmaqla] cüt-cüt yetişdirən... Odur.» (Rəd-3).

«Yerin yetişdirdiklərindən, onların [insanların] özlərindən və bilmədiklərindən [erkək-dişi olmaqla] cütlər yaradan Allah pak və müqəddəsdir!

[Eybsiz və nöqsansızdır!]» (Yasin-36).

«O [böyük Allah] ki, yer üzünü sizin üçün döşəmiş [döşək etmiş]...» (Taha-20).

Quran, çox zərif və incə ifadələrdən istifadə edərək yer üzünü döşəyə və ya uşaq beşiyinə bənzətmişdir. Məlum olduğu kimi, ayədə istifadə olunan «məhd» kəlməsi, ərəb dilində uşaq beşiyinə deyilir. Südəmər körpə beşikdə rahatlıq tapdığı kimi, yer üzündə baş verən dəyişikliklər (gündüzün gecə ilə əvəz olması, fəsillərinin dəyişdirilməsi və s.) insanlarda mənəvi rahatlığın və asayişin yaranmasına səbəb olur.

Təbiətdə baş verən dəyişikliklər təkcə insanlarda deyil, heyvan və bitkilər aləmində də asayişin bərqərar olmasına səbəb olur.

Göründüyü kimi, ayədə yerin hərəkət etməsinə ötəri və qısa ifadələrlə işarə olunur. Bunun isə əsas səbəbi Ərəbistan yarmadasında hökm sürən o dövrün cəhalət rejimi olmuşdur.

Yerin sabit və hərəkətsiz olduğuna əsaslanan nadan bir camaata təbii ki, elə bir şəraitdə yerin daim hərəkətdə olmasını birbaşa açıq-aşkar ifadələrlə bəyan etmək olmazdı. (Peyğəmbərin (s) vəfatından on əsr sonra Qaliley, yerin iki növ hərəkətdə (həm öz oxu ətrafında fırlanması və günəş qalaktikasındakı daimi hərəkəti) olduğunu sübut etməyə cəhd etdi. Lakin onun irəli sürdüyü nəzəriyyə iqtidarda olan katolik keşikçiləri tərəfindən küfr kimi qarşılandı. Qaliley işkəncələrə məruz qalaraq zindanlara atıldı. Beləliklə, Avropa alimləri öz ixtiralarını kimsəyə bildirməməyi hər şeydən üstün tutdular.) Beləliklə, Quran yerin hərəkət etməsini icmali və qısa ifadələrlə bəyan edir.

5. QURANDA TANINMAYAN QİTƏLƏR

Quranın on dörd əsr bundan əvvəl açdığı sirlərdən biri də, yer üzündə mövcud olan digər qitələrdir. Qaf surəsinin 17-ci ayəsində bu haqda deyilir:

«İki məşriqin və iki məğribin Rəbbi [günəş və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi] Odur.»

İki məşriq və iki məğrib deyildikdə nəyin nəzərdə tutulduğu, bir çox müfəssirlərin nəzərini özünə cəlb etmişdir. Onlardan bəziləri ayəni təfsir edərkən iki məşriq və məğribdən, bir məşriq və məğribin ay, ikinci məşriq və məğribin günəş olduğunu izah etmişlər. Başqa bir qismi isə məşriq və məğrib deyildikdə, yay və qış nəzərdə tutulduğunu bildirmişlər.

Lakin bu məzmunda nazil olmuş digər ayələr yer üzündə mövcud olan, hələ o zaman kəşf olunmamış qitələrə dəlalət edir. Məsələn, Zuxruf surəsinin 38-ci ayəsində deyilir:

«Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasında məsafə qədər uzaqlıq olaydı.»

Ayədən belə məlum olur ki, insanlar üçün ən uzaq məsafə şərqlə qərb arasında olan məsafədir. Demək, iki məşriq və məğrib deyildikdə, bunu ay və günəş və ya yayla qış kimi mənalandırmaq olmaz. Çünki, onların arasında olan məsafə bir o qədər də uzaq deyildir. Demək, məşriq və məğrib deyildikdə, şərq və qərb tərəfindən əhatə edən qitələri nəzərdə tutmalıyıq. Belə ki, şərq hesab etdiyimiz qitədə yaşayan əhali yer kürrəsinin ikinci yarısında yaşadıqları üçün, bizim yaşadığımız qitəni artıq şərq deyil, qərb hesab etməliyik. Göründüyü kimi Quran, on dörd əsr əvvəl qitələr, dəniz səyyahları tərəfindən kəşf edilməzdən əvvəl bizə bu haqda xəbər verir.

«Şərq də qərb də Allahındır» ayəsini misal olaraq deyə bilərik ki, məşriq və məğrib kəlmələri tək halda işlənilən ayələrdən məqsəd, şərq və qərb istiqamətlərini bəyan etməkdir. Təsniyə (ikilik) «məşriqəyn» «məğribəyn» və cəm halında (məşriq, məğrib) işlənilən ayələrdən isə, üfüq baxımından bir-birləri ilə fərqli olan yer üzündəki bütün şəhərlərin şərq və qərb nahiyələrini nəzərdə tutmalıyıq. Gələcək fəsillərdə bu mətləbə yenidən qayıdacağıq.

6. QURANDA YERİN DAİRƏLİYİ

Qurani-kərimdə bu haqda deyilir:

«Zəif, fəqir görünən o tayfanı [İsrail oğullarını] yer üzünün daimi xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə [Şam diyarına] varis etdik.» (Əraf-137).

«O, göylərin, yerin və onların arasında olanların [bütün məxluqatın] Rəbbidir. Məşriqlərin [şərqin və qərbin] Rəbbi Odur.» (Saffat-5).

«Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən qadirik.» (Məaric-40).

Ayə günəşin müxtəlif yerlərdən qürub edib doğmasına dəlalət etməklə yanaşı, yerin dairəvi olmasına da işarə edir.

Çünki, əgər yer dairəvi olarsa, günəş onun başqa bir hissəsindən qürub etməlidir və belə olduqda şərq və qərbin müəyyən olunması bir o qədər də zəhmət tələb etməyəcək. Yox əgər yerin dairəvi olmadığını fərz edəriksə, şərq və qərbin dərk olunması bizim üçün qeyri-mümkün olacaqdır. Lakin Qurtəbi və digər müfəssirlər məşriq və məğribləri günəşin illik hərəkəti və il ərzində günlərin dəyişilməsi ilə təfsir etmişdir. Bu isə ayənin zahiri mənası ilə tamamilə ziddiyyət təşkil edir. Çünki, günəşin il ərzində müəyyən şərq və qərbi olmur və belə olduqda o, heç bir əhəmiyyət də kəsb etmir. Belə bir nəticəyə gəlirik ki, ayədə şərq və qərb deyildikdə, yerin hərəkəti nəticəsində yaranmış cəhətlər nəzərdə tutulur.

YERİN DAİRƏVİLİYİNƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR

Şərq və qərb ayələrinin yerin dairəvi olduğuna dəlalət etdiyi artıq bizə məlum oldu. İndi isə bu haqda nəql olunmuş hədis və rəvayətləri nəzərdən keçirək.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Günlərin bir günündə bir nəfər şəxslə səfərə çıxdım. O, hər gün məğrib namazını qaş qaraldıqdan, sübh namazını isə günəş qürub etməzdən əvvəl gecə yarısı qılardı. Amma mən əksinə olaraq, məğrib namazını gün qürub edərkən, sübh namazını isə dan yeri söküləndə qılardım. O, mənə dedi: Sən də mənimlə eyni vaxtda qıl çünki, günəş üfüqdə bizim üzərimizdə görünməzdən əvvəl başqaları onu bizdən tez görür və axşamlar bizim üzərimizdə qürub edərkən başqa üfüqlərdə hələ də qürub etməyir.

İmam Sadiq (ə) deyir: Mən ona dedim ki, hər qövm və millət bütün dini mərasimləri öz üfüqü əsasında həyata keçirməlidir.»

Göründüyü kimi, həmin şəxs burada şərq və qərb arasında fərq qoymaqla yer kürəsinin dairəvi olduğuna işarə edir. İmam Sadiq (ə) da öz növbəsində onun dediklərini təsdiq edir və eyni zamanda buraxdığı səhvlərə diqqət yetirməsini tövsiyə edir.

2. İmam Səccad (ə) sübh və axşam namazlarından sonra bu duanı edərdi: «Allah gecə və gündüz üçün müəyyən hədd və ölçü təyin etmişdir. Onlardan hər birini digərinə daxil edir və eyni zamanda digərindən o birinə qovuşdurur.»

İmam Səccad (ə) insanlardakı tərz-təfəkkürü nəzərə alaraq gündüzün gecə, gecənin də gündüzlə əvəz olunmasını çox zərif ifadələrlə bəyan edir və yerin dairəvi olduğuna toxunur.

Bəziləri belə güman edə bilər ki, imam Səccad (ə) gecənin gündüzə, gündüzün də gecəyə daxil olmasını (bir-birilə əvəz olunmasını) dedikdə, onların ilin fəsillərində uzanıb qısalması olmuşdur. Bu isə tamamilə yanlış bir fikirdir. Çünki, əgər imam yalnız hamının dərk edə bildiyi bir məsələni, yəni gündüzün uzanmasını və gecənin qısalmasını və ya bunun əksini bəyan etmək istəsəydi, «onlardan (gecə və gündüz) hər birini digərinə daxil edir» deməklə kifayətlənər və əlavə olaraq «və eyni zamanda digərini də o birinə qovuşdurur» ifadəsindən də istifadə etməzdi.

Çünki, bu cümlə ilk baxışda birinci cümləni bir növ təkrar edir. Buna əsasən deməliyik ki, ikinci cümlə hal formasında işlənmişdir. Demək gecənin gündüz, gündüzün də gecə ilə əvəz olunmasını yalnız o zaman fərz etmək olar ki, yerin dairəvi olduğunu qəbul etmiş olaq.

NƏTİCƏ

Quranın möcüzə və səmavi kitab olduğuna dair gətirdiyimiz dəlillərlə kifayətlənirik. Artıq cəsarətlə deyə bilərik ki, Quran bəşəriyyətin bacarıq və istedadından xaric olan ilahi bir vəhy toplusudur.

Quranın ilahi vəhy olduğunu sübuta yetirmək üçün, islamın bəşəriyyət üçün Əli ibni Əbi Talib (ə) kimi bir şəxsiyyət yetişdirməsini dəlil gətirmək kifayət edər.

Dünyanın tanınmış alimləri İmamın (ə) ifadələrini (xütbə və hikmətli kəlamlarını) dərk etməyi özlərinə böyük iftixar bilirlər. Mütəfəkkir və təhqiqatçılar onun tükənməz elm dəryasından bəhrələnir və ondan öz elmi əsərlərində lazımı qaydada istifadə edirlər. Onun söylədiyi ifadələr qarşısında nə bir şəxs yeni nəzər verir, nə də ondan üstün bir şey söyləməyə cəsarət edirlər.

Əli (ə)-ın həyatı ilə tanışlığı olmayan şəxslər, onun xütbələrindən birini mütaliə etdikdən sonra belə güman edə bilərlər ki, haqqında söhbət açdığı bütün elmi mövzularda xüsusi məharəti olmuş və bütün ömrünü bu sahələrdə təhqiqat işləri aparmaqla başa vurmuşudur. Lakin onun elm və zəkası ilahi vəhy məktəbindən qaynaqlanmışdır. Ərəbistan yarmadasının, xüsusilə də Hicazın o günkü ictimai vəziyyətilə azacıq tanış olan şəxs, qətiyyətlə belə bir nəticəyə gələcəkdir ki, Əli (ə) öz elmini Peyğəmbərə (s) iman gətirdiyi ilk gündən ilahi vəhy məktəbindən əxz edə bilmişdir.

Məşhur söz ustadlarından biri Nəhcül-bəlağə haqda bəyan etdiyi gözəl ifadələrdən birində deyir:

«Nəhcül-bəlağə, Xaliqin dediklərindən aşağı, məxluqun [insanların] dediklərindən olduqca üstündür.»

Əlinin (ə) məqamını yalnız o zaman dərk etmək olar ki, onun yiyələndiyi elmlərlə, xüsusilə də fəsahət və bəlağət elmləri ilə tanışlığın olsun. Belə ki, onun elm və zəkası hamını heyran qoymuş, hətta düşmənlərini də bu ecazkarlıqları etiraf etməyə vadar etmişdir. Elmlə yanaşı o, özünün iman və təqvası ilə də fərqlənərək kamil insan simvoluna çevrilmişdir. O, eyş-işrətə və dünya ləzzətlərinə göz yumar, hər zaman təqvanı meyar tutardı. Hakimiyyət məsələsi meydana çıxdıqda, Əbu Bəkrin idarəetmə üsulunu qəbul etmək şərtilə xilafəti ona təqdim etməyə hazır olurlar. O isə buna razı olmayaraq, necə olursa-olsun haqq-ədaləti hər şeydən üstün tutur, dövlət idarəetmə üsulunu yalnız Quranda görürdü. Müaviyə Şamda hakimiyyəti ələ keçirdikdən sonra, öz mövqeyini möhkəmləndirmək üçün, hətta bir gün də olsun onun hakimiyyətdə olmasına razı olmurdu. Çünki o, bunun acınacaqlı aqibətini əvvəlcədən görür və nə ilə nəticələnəcəyini çox gözəl şəkildə dərk edirdi.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QUR᾽ANIN QANUNVERİCİLİK BAXIMINDAN E᾽CAZI QUR᾽ANDAN ƏVVƏLKİ DÖVRLƏR
3 hicablı qadını təhqir edən şəxs cəzalandırıldı- İsveçdə
Bilirsinizmi ramazan ayının özəlliyi nədir?
İMAMİYYƏ ƏQİDƏSİ (1)
BU HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
QURANDA YARADILIŞIN SİRLƏRİ
İslam ölkələri Ermənistana qarşı qətnamə qəbul etdilər
HƏZRƏT ZƏHRANIN (S) TƏSBİHİ
IMAM CAVAD ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Nümunəvi oructutanlar

 
user comment