Peyğəmbəri - Əkrəm (s) çox zaman oruc olardı, Quran tilavət edər, gecəni ibadətlə keçirər yatmaz və gecə namazı qılardı.
O həzrət şəban və ramazan ayını oruc tutardı. Başqa aylarda isə besətin əvvələrində bir günaşırı oruc tutardı. Bir müddətdən sonra (ayın 13, 14, 15)-də oruc tutar. Ömrünün sonlarında hər on gündə bir gün oruc tutar: On günün ilk və son cümə axşamını və on günün arasında çərşənbəni oruc tutardı.
Həzrət Əli (ə) çox gecələri ibadətdə keçirər, günaşırı oruc tutardı.
Həzrət Zəhra (ə.s) və pak İmamlar (ə) əksər günlər oruc tutardı.
Həzrət Davud (ə) il ərzində günaşırı oruc tutardı.
Həzrət Süleyman (ə) ayın ilk üç, orta üç və son üç gününü oruc tutardı.
Həzrət Musa (ə) həftə ərzində (müəyyən ) günləri oruc tutardı. “Tövrat”da deyildiyi kimi bir vaxt 40 gün oruc tutub.
Həzrət İsa (ə) çox vaxt ilin bütün günlərini oruc tutardı. “İncil”-də deyildiyi kimi bir dəfə 40 gün həvarilərlə oruc tutdu.
Həzrət Əli (ə) və Zəhra (ə.s) öz övladları İmam Həsən (ə) və İmam Hüseynin (ə) salamatlığı üçün üç gün oruc tutdular. Hər üç günün iftar yeməyini yoxsul, yetim və əsirlərə verdilər. O zaman bu ayə nazil oldu: “ Onlar sevərək, Allah yolunda miskin, yetim və əsirlərə təam verirlər.” ("İnsan" surəsi, ayə: 8)
Həzrət Səccad (ə) Kərbəla hadisəsindən sonra 40 il müddətində gündüzləri oruc tutur, gecələri namaz halına keçirirdi.
Cəfər Təyyar çox vaxt oruc olar ibadət edərdi. “Mutə” döyüşündə oruc halında şəhid oldu. Şücaətli və səxavətli kişi idi. Hər il və il boyu, günaşırı oruc tutardı.
Təntavi (məşhur təfsirçi), arıdıcıl olaraq altı il oruc tutduqdan sonra təfsir yazmağa başladı.