Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İsveçdə şəhərkənarı qatarda 3 hicablı qadını təhqir edən şəxs 14 min kron (təxminən 1400 avro) pul cəriməsi ilə cəzalandırılıb.
İsveçin TT dövlət xəbər agentliyi paytaxt Stokholmda şəhərkənarı qatarla səyahət edən 3 hicablı qadına donuz bastırması göstərərək, "Müsəlmanlardan nifrət edirəm, zibil ərəblər" deyən 52 yaşlı şəxs saxlanılıb.
Xəbərdə Stokholm Sollentuna Attunda məhkəməsinin hadisəni “nifrət cinayəti” çərçivəsində tövsif edərək, təcavüzkarın xanımların hər birinə 5 min kron (təxminən 500 avro) təzminat ödəməsinə qərar verib.
Bundan başqa, məhkəmə müttəhimə verdiyi 60 gün həbs cəzasını pula çevirərək, 9 min kron (təxminən 900 avro) pul ödəməyə məhkum edib.