Azəri
Thursday 18th of July 2024
0
نفر 0

QURANLA MÜBARİZƏ APARILMASININ SƏBƏBLƏRİ

 

Onlar deyirlər: Ərəblərin Quran kimi ikinci bir kitab yazmamasının səbəbi heç də onların bu işə aciz olmaları deyildir. Bunun bir neçə səbəbi olmuşdur.

İstər Peyğəmbərin (s), istərsə də xəlifələrin dövründə iqtidarı ələ keçirmiş müsəlmanlar böyük qüdrət və nüfuz əldə etdikləri üçün, bütpərəst ərəblər Quran kimi ikinci bir kitab yazmağa cəsarət etmirdilər. Onlar çox gözəl bilirdilər ki, Quranla mübarizə müsəlmanlar tərəfindən necə qarşılana bilər.

Əməvi sülaləsi xilafəti ələ keçirdikdən sonra isə mərkəzi hakimiyyətin islama və Qurana olan marağı getdikcə zəifləyib məhvə doğru yönəlirdi. Və təbii ki, belə bir şəraitdə Quran və islam dini ilə mübarizə heç bir əhəmiyyət kəsb etməməli idi.

Digər tərəfdən isə illər ötdükcə müsəlmanlar Quranın şirin məna və ifadələrindən ilham alır və qəlbən ona bağlanırdılar. İllər ötdü və Quran qəlblərdə dərin iz qoydu və insanlarla Quran arasında qırılmaz ünsiyyət yarandı.

Cavab: Biz bu iradı bir neçə səbəbə görə rədd edə bilərik.

1. Peyğəbmər (s) öz müxaliflərini Quranla mübarizəyə dəvət etdiyi zaman hələ Məkkədə yaşayır və islamı gizlincə təbliğ edirdi. Məlum olduğu kimi, o illər iqtidarda müsəlmanlar deyil, öz şer və ədəbiyyatı ilə fəxr edən Məkkə müşrikləri idi. Amma buna baxmayaraq, fəsahət və bəlağət elmlərinə yiyələnmiş ərəblər Quranın qarşısında aciz olduqlarını etiraf edir və həqiqəti dərk etdikdə onun qarşısında diz çökürdülər.

2. Qorxu məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, bu heç vaxt qeyri-müsəlmanların Quran və islamla apardıqları mübarizəyə maneçilik törədə bilməzdi. Belə ki, islamdan əvvəl və sonra Səudiyyə Ərəbistanında kitab əhli azad və toxunulmazlıq şəraitində yaşamış və müsəlmanlar tərəfindən heç bir zorakılığa məruz qalmamışlar. Məkkə bütpərəstləri də kitab əhlinin malik olduqları toxunulmamazlıq hüququna yiyələndikləri üçün, kimsədən çəkinmədən etiraz edə bilərdilər. İctimai ədalət müsəlmanların xəlifələri tərəfindən qorunub saxlanılır və qanun pozğuntuluğuna yol verilmirdi. Əlinin (ə) xilafəti dövründə ictimai ədalətə daha çox diqqət yetirilir və müxalif qrup və qəbilələrə öz sözlərini deməyə xüsusi şərait yaradılırdı.

Bəli, belə bir azad şəraitdə Qurana bənzər ikinci bir kitab yaza bilməsələr də, hamıya söz azadlığı verilir, din və Qurana qarşı öz etirazlarını açıq-aşkar bəyan etməyə şərait yaradılırdı.

3. Fərz edək ki, elə doğrudan da Məkkə müşriklərində bu işdə onlara maneçilik törədə biləcək qorxu hissi olmuşdur. Bəs görəsən bu işdə kitab əhlinə hansı amil maneçilik törətmişdir? Nə üçün onlar gizlində də olsa, Qurana qarşı mübarizə apararaq istəklərinə nail ola bilməmişlər? Onlar Tövrat və İncilə istənilən qədər xurafi dastanlar əlavə etsələr də, Quran ayələrində kiçik bir ziddiyyət və ixtilaf yaratmağa cəsarət etməmişlər.

4. İnsan təbiəti daim yenilik və dəyişiklik tələb edir. Bir şey dəfələrlə təkrar olunduqda insanın nəzərində adiləşir və bir çox hallarda həmən şeyə qarşı nifrət hissinin yaranmasına səbəb olur.

Yazılmış şer və ədəbi əsərlər isə nə qədər fəsahətli və bəlağətli olsalar da, bir neçə dəfə oxunduqdan sonra adiləşir və özünün əvvəlki dəyərini itirməyə başlayır.

Məsələn, insan yeni yazılmış qəsidəni oxuyur və bundan mənəvi zövq alır, lakin bir neçə dəfə təkrarlandıqdan sonra həmin əsər öz təravətini itirir və adiləşir. Əlinə yeni qəsidə düşdükdə isə onu ilk qəsidədən daha maraqla oxumağa başlayır. Zaman keçdikcə o da əvvəlki kimi adiləşir və öz əhəmiyyətini itirməyə başlayır.

İnsanın yeniliyə və dəyişikliyə olan meyli təkcə ədəbiyyatda deyil, yemək-içməkdə, geyinib-keçinməkdə və s. şeylərdə də özünü büruzə verir.

Əgər Quran möcüzə olmasaydı, bəşəriyyətin yenilikaxtarma hissi özünü burada da büruzə verərdi. Məlum olduğu kimi, bu müqəddəs kitabın nazil olduğu vaxtdan illər, əsrlər keçməsinə baxmayaraq, dəfələrlə oxunmuş, əzbərlənmiş amma öz təravət və şirinliyini qoruyub saxlaya bilmişdir.

Əgər Quran da oxucu və ya dinləyicidə yorğunluq hissi yaratsaydı, müxaliflər bunu mübarizə üçün ən gözəl üsul hesab edərdilər. Quran nə qədər çox təkrar olunursa, öz cazibədarlığını bir o qədər çox qoruyub saxlayır və oxunduqca özünə qarşı rəğbət hissinin artmasına səbəb olur. Quranın tilavəti insanda ruh yüksəkliyi yaradır və imanın daha da möhkəmlənməsinə böyük təsir göstərir. Belə bir xüsusiyyət nəinki Quranın əzəmətinə xələl gətirmir, hətta onu daha da dəyərləndirir və ilahi möcüzə olduğunu bir daha sübuta yetirir.

5. Müxaliflərin, «müsəlmanlar əsrlər, illər boyu Quranla ünsiyyətdə olmuş və bu səbəbdən də onunla mübarizə etməmişlər» iddiasına gəldikdə isə, bunu biz yalnız müsəlmanlar barəsində qəbul edə bilərik. Çünki, ərəb olmayan qeyri-müsəlmanlar da Quranın tilavətindən mənəvi zövq aldıqlarını etiraf etmiş və mənasını başa düşməsələr belə, özlərində ona qarşı böyük rəğbət və ruh yüksəkliyi duymuşlar.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment