Azəri
Thursday 18th of July 2024
0
نفر 0

“İMAM ƏLİ (Ə)-IN VAXTINDA HƏDİSİN YAZILMASI “

 

Buxari öz səhih adlı kitabında Əmirəl möminin Əli (ə)-dan nəql edir ki, O, belə buyurdu: - Bizim yanımızda səhifədən başqa oxunulası bir kitab yoxdur. Sonra bir səhifəni çıxartdı. Onun içində “diyə hökümləri, dəvələrin zəkatda şərt olan yaşları və Mədinədən başqa ta Sura qədər olan yerlərin hərəm hökmündə olması yazılmışdır”.

Həmçinin, Buxari nəql edir ki:- Əli (ə) mənbər üstündə bir səhifəni şəmşirin qınından çıxartdı və açdı. Sonra hökmü o səhvə üzündən oxudu.

Əli (ə)-ın səhifəsinin barəsində, Buxari və Müslüm öz “səhih” adlı kitablarında çox geniş başqa sənədlər əsasında hədislər nəql etmiş, o cümlədən Əli (ə)-ın səhifələrindən müxtəlif hökümlərin istifadə olunmasına işarə etmışlər.

Bu səhifələrdən Buxari və Müslümün “səhih” adlı kitablarında olan nəqlə əsasən belə nəzərə gəlir ki, çox olmasına baxmayaraq  hədislərin mətnlərinə diqqət yetirdikdə diqqətimizi iki əsas və mühüm nöqtəyə sövq edir. Onlardan biri bu səhifələrin çoxluğuna, digəri isə onun yığcam və bütöv olmasını çatdırır. Bu səhifələrdə əhkam məsələlərinin bütün incəlikləri və xırdalıqları (məs: diyə, qisas və dəvələrin yaşlarının müəyyən olması və s. kimi hökümlər) vardır. Bu səhifələrdə Mədinə və onun ətrafında olan dağların sayı, məsafəsi də qeyd olunmuşdur. Bu da, səhifələrin yığcam olmasına dəlalət edir. Lakin, İbn Həcər deyir : - Bu hədisləri axtararkən bu nəticəyə gəlmək olar ki, səhifələr bir kitab olubdur. Bütün hökümlər bu səhifədədir lakin, nəql edənlər bacardıqları miqdarda əzbərləmış və nəql etmişlər.

“ İMAM ƏLİ (Ə) VƏ ONUN TUMARI “

Nəcaşi Muhəmməd ibn Əzafir Seyrəfidən nəql edir ki:- Mən, Həkəm ibn Üyeynə ilə Əbu Cəfər imam Baqir (ə)-ın yanında idik. Həkəm İmam Baqir (ə)-dan sual soruşdu . İmam (ə) ona xüsusi ehtiram edirdi. Ta bir məsələdə ixtilaf etdilər. İmam Baqir (ə) övladına buyurdu:- Qalx, cəddim Əmirəl möminin Əli (ə)-ın kitabini gətir. İbn Əzafir deyir:- İmam Baqir (ə)-ın övladı kitabı gətirdi, çox böyük və bir-birinə bükülmüş idi. Bu vaxt İmam Baqir (ə)buyurdu :- Bu kitab Əli (ə)-ın öz xətti və Peyğəmbər (s)-in imlası ilə yazılmışdır. Sonra Həkəmə tərəf üz tutub buyurdu :- Əba Muhəmməd! Sən və Sələmə və Əbul Meqdam hara istəyirsinizsə gedə bilərsiniz. Lakin, and olsun Allaha elmi Cəbrayil (ə)-ın nazil etdiyi kəslərdən başqa heç yerdə tapa bilməzsiniz.

“ HƏDİS YAZANLARIN SAYİ VƏ RÜTBƏLƏRİ“

Nəcaşi  öz qiymətli kitabında əimmə (ə)-ın səhabələrindən və şiə məzhəbinin rical şəxslərindən 1200 nəfərin adını çəkmiş və onların tərcümeyi halını gətirmişdir. Həmçinin, öz kitabının müqəddiməsində bu nöqtəni qeyd edərək bildirir ki: - Mən, bu kitabda şiə ravilərini və əimmə (ə)-ın səhabələrindən təkcə təlif edənlərin tərcümeyi halını yazmağa başlayiram. Fəqət, müəlliflərin həyat tərzini qeyd edirəm. İmam Sadiq (ə)-ın dövrünə qədər rical elminin alimlərini, müəllif adı ilə şöhrət tapmış şiələrin məşhur müəlliflərini və hədis yazanlarla birgə üç qismə bölmüşəm. Lakin, bununla belə əimmə (ə)-ın səhabələrindən təlif sahiblərini və hədis yazıçılarının dəqiq sayı əlimizdə deyildir. Çünki, əimmə (ə)-ın səhabələri arasında onlarla söhbət olub, şagirdlik iftixarına nail olan şəxslər, həmçinin kitab və təlifi yadigar qalmayanlar çox azdır.

“ İMAM SADİQ (Ə)-IN ZAMANINDA HƏDİSLƏRİN YAZILIŞI “

İmam Sadiq (ə)-ın dövründə (hicri-qəməri tarixi ilə 83-148-ci illər) ona verilən və ələ düşən fürsətdən istifadə edərək hədis söyləmək və yazmaq çox inkişaf etdi. O həzrətin (ə) müxtəlif sahələrdə 4000 – dən yuxarı tələbəsi olmuşdur. O elmlərdən fiqh, kəlam, təbiət, fizika, kimya və bialogiya kimi elmləri göstərmək olar. Təkcə Həsən ibn Əli Vəşai bir zaman Kufə məscidində 900 nəfər alimin olduğunu görmüşdür ki, onıların hamısı demişlər :

حَدَّثَنِي جَعْفَر بن مُحَمَّدْ - “Cəfər ibn Muhəmməd (ə) mənə belə söylədi”.

Bəli, İmam Sadiq (ə)-ın dövründə, o həzrətin öz təkidi ilə hədis nəql etmək və yazmaq barədə olan buyurduqları sözlərə və kəlamlara çoxlu kitablar yazılmışdır. O zamanda yazılmış kitabların və müəlliflərin sayının çoxluğuna görə onların dəqiq sayını söyləmək mümkün deyildir. Lakin, bu kitablardan əhkami və başqa məsələlərə aid olan məzhəbi hökümlər barədə yazilmış yazıların sayı 400 cild kitab olmuşdur. Bu da İmam (ə)-ın 400 nəfər tələbələri tərəfindən yazılmışdır. Bu kitaba “ Usule ərbəə” deyirdilər. Kitabda olan hədislər qarışıq və pərakəndə şəkildə olduğuna görə bəzi hədislərin bir qismi bu hədis kitabında yazılmış, bəzisi isə yazılmamışdır. İmam Əli ibn Musa Ər-Rza (ə)-ın zamanında (hicri-qəməri tarixi ilə 148-203-cü il) onun səhabələrindən bir qrupu, hər biri də öz səliqə və xüsusi tərtibi ilə “Usul” kitabını toplamışlar. Onlardan hər biri Usule ərbəə kitabını toplamaqla böyük bir kitab düzəldərək adını “Came” qoydular. Əlbətdə bu came, əimmə (ə)-ın səhabələrinin qeybət zamanına kimi, müxtəlif mövzularda və xüsusi təlif və ünvanlar altında yazdıqları kitablardan başqa qeyd olunan yazılar idi.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment