Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual: 42. Bəşərin Allahı tanıması mümkündürmü? Mümkünsə, hansı həddə qədər və bu tanımağın dəyəri nədir?

Sual: 42. Bəşərin Allahı tanıması mümkündürmü? Mümkünsə, hansı həddə qədər və bu tanımağın dəyəri nədir? 
Cavab: İnsan müxtəlif yollarla Allahı tanıya bilər. Bu maarif, ola bilsin ya əqli, ya da qəlbi yolla olsun. Bəzən filosoflar və hikmət sahibləri hüsuli elm (insanın beş dərk qüvvəsi vasitəsi ilə ələ gətirdiyi elm), hiss və əql vasitəsi ilə Allah-taalaya elmi ələ gətirirlər. Bəzi şəxslər isə, ariflər kimi, hüzuri elm (insanın batini hissi ilə ona gələn agahlıq) vasitəsi ilə öz məşuqlarına mərifət tapırlar və buna şühud (batini gözlə görmək) deyilir. Məslən, atəşin varlığına yəqinlik tapmaqdan ötrü bəzən, əlamət olaraq tüstünün olması kifayətdir. Bəzən isə, atəşin özünə birbaşa baxmaqla atəşi dərk etmək olur. Yaxud bədənin bir miqdarını atəşdə yandırmaqla onun varlığına yəqinlik tapılır və hiss olunur.
Hər halda bu iki qaydada, yəni, hüsuli və hüzuri elmdə bəzən yol, qayda və hədəf bir olur; məsələn, fərd ilahi ayələri və kainatın nəzmini mütaliə etməklə Allah-taalanın varlığına çatır. Bəzən də belə deyil, yəni, qayda və yol və ya yol və hədəf birdir. Məsələn, fərd, öz nəfsini tanımaqla Allaha çatır və bu ikinci qismə aiddir. İlahi sifətlər və adlarda təfəkkür etməklə Allaha yetişən yol isə üçüncü qism maarifdəndir.
Bu qismlərin hansı birində yol və hədəf bir olsa və insan öz ələ gətirdiklərini müşahidə edə bilsə belə maarif ən yüksək mərtəbəyə malikdir. Ayə və rəvayətlərdə bu üç yol bəyan olunmuşdur və qeyd olunmuşdur ki, Allah-taalanın varlığından aydın və zahir heç bir şey yoxdur. Ona görə də Onun vasitəsi ilə Ona yetişmək olar. Allah elə bir varlıqdır ki, Onu görməkdən ötrü başqasına ehtiyac yoxdur. Əgər Onun müşahidəsindən qafiliksə, bunun səbəbi gözümüzün önündə olan qəflət pərdəsinin hüsuli və hüzuri elmlərimizin üstünü örtməsidir.
Bizim elmə elmimiz yoxdur. Bu mürəkkəb elmə çatmaqdan ötrü zülmət və nur hicablarını gözümüzün önündən uzaqlaşdırmalıyıq. Ona görə də Allahı tanımaq haqqında deyilir ki, bu elm fitridir və əgər bu yolda hansısa elmdən istifadə edilirsə bu səbəb deyil, ayıqlıq üçündür.
Əlbəttə, qeyd etmək lazımdır ki, Allah-taalanın zatının və sifətlərinin dərinliyi nə hikmət sahibinin dərk qüdrətində və nə də ariflərin müşahidəsində məhdudlaşmır. Bundan başqa yerdə qalan digər xüsusiyyətlər dərk və şühud olunmaq qabiliyyətinə malikdirlər.
Daha geniş cavab:
Bu suala cavab verməkdən ötrü əvvəlcə maarif və tanışlıq vasitələri ilə tanış olmaq lazımdır. O da üçdür; hiss, əql və qəlb.
Zahiri hiss üzvləri, əşyanın sırf zahiri və onun təsirləri ilə bağlıdır və onun batininə nüfuz edə bilmir. Həmçinin, insana verdiyi geniş məlumata baxmayaraq zaman və məkan cəhətdən məhduddur.
Əql, elə bir xüsusi qüvvədir ki, əsas vəzifəsi külli məfhumların (dərk olnumaq qabiliyyəti olan şeylərin) dərkidir. Bu cəhətdən insan üçün çox böyük əhəmiyyətə malikdir və vəzifələrindən biri də hansısa bir məsələdə dəlil gətirməklə onu isbat etməkdir. (istidlal).
Amma tanışlıq vasitələri bu iki yola münhəsir deyil və insan qəlb yolu ilə də əzəmətli maarif ələ gətirə bilər. Həmçinin, qəlb digərlərinin dəlil yolu ilə ələ gətirmək istdiklərini batini müşahidə yolu ilə ələ gətirir və ariflər Allahı bu yolla tanımağa daha çox üstünlük verirlər.  Başqa sözlə desək, ümumi şəkildə mərifət ya hüsuli, ya da hüzuri və şühudidir.
Hüsuli mərifət, fəlsəfi və əqli dəlilləri nəzərə almaqla zehni məfhumların nəticəsində ələ gəlir. Hüzuri mərifət isə əvvəlcədən fərdin yanında heç bir məna, məfhum və zehni surətin vasitəsi olmadan ələ gəlir. Hüzuri mərifətə irfani və şühudi mərifətləri misal göstərmək olar ki, bu zaman bir şeyin əsl həqiqəti batini gözlə müşahidə olunur. Əlbəttə, hüsuli (əqli) mərifətdə hiss və təcrübə kimi məqəddimələrdən də istifadə etmək olar. Məsələn, təfəkkür yolu ilə kainatın nəzmində Allah-taalanın qüdrət əlamətlərinə diqqət yetirib bununla da sadə dəlil ələ gətirmək olar. Amma, bir yerdə ki, insan daha çox mərifət ələ gətirmək istəsə, sırf əqli müqəddimələrdən bəhrələnməlidir.
Hər halda diqqət etmək lazımdır ki, birincisi, insanların əlində olan təcrübə laboratoriyaları, təhqiqat müəssisələri və sırf təcrübi elmlərin sayəsində Allah-taalanın isbat və ya inkarını ələ gətirmək olmaz.  Çünki, təcrübə hissinin əhatəsi o qədər azdır ki, əzəmətli metafizik aləmə əl tapa bilmir və bu yolda sırf əqli müqəddimat dəlillərindən bəhrələnmək lazımdır. İkinci; baxmayaraq ki, islami mətnlərdə həqiqətə çatmaqdan ötrü kainat  və onun möcüzəlikləri haqqında düşünmək sifariş olunub, amma bir məsələdən qafil olmaq lazım deyil ki, belə araşdırmalar və varlıqların qurluşu və nəzmi haqqında düşünmək yalnız, bütün bunların arxasında ilahi qüdrət və hikmətin olmasını anlamaqdan ötrüdür. Yoxsa, sırf belə araşdırmalarla Allah-taalanın Özünün zatı və ya sifətlərinin keyfiyyəti və sair haqqında açıq və aydın maarif ələ gətirmək olmaz.
Amma, hüzuri mərifət üç cür təsəvvür olunur: a) səbəbin (illətin) nəticəyə (məlula) olan hüzuri elmi; b) mücərrəd varlığın öz zatına olan hüzuri elmi; v) nəticənin (məlulun) səbəbə (illətə) hüzuri elmi.
Yaranmışların Allah-taalaya hüzuri elmləri (mərifətləri) birinci və ikinci qismdən yox, məhz üçüncü qismdəndir. İnsanın qüsur və məhdudiyyəti Allah-taalaya olan mərifətinin azlığına səbəb olur. Allah-taalanın bütün varlıqlara (o cümlədən insana) yaxın olmasına baxmayaraq, yaranmışların özlərinin naqisliyi və məhdudiyyəti səbəb olur ki, Ondan müxtəlif məsafələrdə qərar tutsunlar.
Mühəqqiq Tusi (rəh) mərifət haqqında yaxşı bir məsəl çəkərək yazır: “Allah-taalaya mərifət tapmaq atəşi tanımaq kimidir. Atəşi tanımağın ən son mərtəbəsi başqasında atəş haqqında bəzi sifətləri eşitməkdir. İkinci mərtəbəsi, uzaqdan atəşin olmasına elm ələ gətirməkdir; üçüncü mərtəbəsi isə atəşi hiss edib, nurunu görməkdir; ən son mərtəbəsi isə o atəşdə yanıb kül olmaqdır.”
Bu məqamda bir məsələni də qeyd etmək lazımdır ki, bu mövzuda mərifət bəhsində bəzən Allah-taalanın varlığının sübutundan və bəzən də Onun xüsusiyyətləri və sifətlərindən söz gedir. Hər iki mövzuda insan həm təfəkküründən və həm də qəlbinin köməyindən bəhrələnə bilər. Başqa sözlə desək, həm hüsuli elmdən və həm də hüzuri elmlərdən istifadə edə bilər. Birinci yol “burhan”, ikinci yolu isə “irfan” yolu adlanır. Əlbəttə, burhan fəlsəfəsindəki adi mərifət yolu irfan yolu ilə ələ gələn mərifətə çata bilməz.
Hər halda istər əql və istərsə də qəlb vasitəsi ilə üç yolla Allah-taalaya nisbət mərifət ələ gətirmək olar. Hər halda salik və mütəfəkkir məqsədinə çatmaq üçün hərəkət etdiyi yolda üç haldan xaric deyil. 1) Yol gedən; (salik); 2) yol (məslək); 3) hədəf (yolun sonu). Bunların hər üçü biri digərindən ayrıdır. Məsələn, insan kainatın yaradılışı və nəzmi haqqında mütaliə və təfəkkür edərək və belə nəticəyə gəlir ki, varlıq aləminin əvvəli var və bu aləm ehtiyacsız və mütləq bir qüdrət sahibinə möhtacdır, bununla da insan öz məqsədinə, yəni, Allah-taala haqqında mərifətə çatır. Ayə və rəvayətlərdə bu yolla mərifətə çatmağa çox dəvət olunur.
2. Gedən üçün yol eynidir. Məsələn, insan öz batini aləmində fikirləşir ki, mən kiməm? Haradan gəlmişəm, nəyə görə iradələr və istəklər mənim öz ixtiyarımda deyil? Nəyə görə öz qəlbimi ram edə bilmirəm ki, mənim icazəm olmadan heç bir fikir qəlbimdən keçməsin.....? Bəzən insan, bir növ Allaha çatır.
Əmirəl-möminin Əli (əleyhissalam) bu yolu belə təfsir edir: “Allah-taalanı möhkəm iradələrin zəifləməsi, çətin düyünlərin açılması və niyyətlərin pərakəndə olmasından tanıdım.”  “Hər kəs özünü tanısa Rəbbini də tanıyar.”
Quranda oxuyuruq: “Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər.”  Bu yol, əvvəlki yoldan dərin və daha faydalıdır.
3. Yol, hədəfin özüdür. Yəni, yol gedən arif və alim, öz məqsədinə diqqət etməklə arzusuna çatır. Bu yol, nə dərin yoldur. Çünki, kainatda və özündə olan möcüzəliklərin dərki mərhələsindən keçib mütləq şahidə diqqət etməklə başa düşür ki, mütləq şahid Allahdır. Quran buyurur: “(Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!”  Əvvəl O tanınır və qəlbin gözü ilə görünür. Sonra sonsuz kainat. Çünki, O, yerin və göylərin nurudur. “Allah göylərin və yerin nurudur.” "Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?!”  Ona görə də Peyğəmbərinə (səllallahu ələyhi və alihi və səlləm) xitabən buyurur: “(Ona belə deyiləcəkdir:) "Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!"  Nə həqiqətdən, nə də özündən xəbərin var idi. İmam Hüsyen (əleyhissalam) Ərəfə duasında həmin üçüncü yolun adını çəkir və buyurur: “İlahi! Səndən qeyrisinin nuru var ki, Səni işıqlandırsın?! Və Səndən qeyrisində elə bir nur var ki, Səndə yoxdur! Nə vaxt qeybdə oldun ki, Səndən ötrü dəlilə ehtiyac olsun! Nə vaxt uzaq idin ki, yaratdıqların və əsərlərin bizi Sənə yaxınlaşdırsın!”  Uzaqda deyilsən ki yaxına, çığırım! Qeybdə deyilsən ki, Səni axtarım! Səni (qəlb gözü ilə) görməyən gözlər kor olsun! İlahi! Səndən səninlə görüşü istəyirəm! Sənin vücudunla özünə dəlil istəyirəm!” Bu sözlərdə bəyan olunur ki, mənəvi yol gedən insan üçün Alllah-taala yer və göyələrdən və ağacların yarpaqlarından da aşkardır. İmam Sadiq (əleyhissalam) bu mövzuya belə işarə edir: “Hazır və aşkar olan əvvəl özünü sonra isə sifətlərini tanıtdırmalıdır. Amma qeybi sifətin mərifəti Onun zatından özünə müqəddəmdir.” Necə ki, həzrət Yusifin (əleyhissalam) qardaşları əvvəl Yusifin özü barəsində fikirləşdilər sonra onu tanıdılar. “Onlar dedilər: sən Yusifsən? Yox, Yusif sənsən?” yəni, qarşılarında olananın özü haqqında düşündülər və sonra başa düşdülər ki, o Yusifdir. Başqalarından bu haqda soruşmadılar.
Bu anlamlardan istifadə etməklə sübut olunmuşdur ki: Mümkün varlıqlar elə həqiqətlərdəir ki, Allah-taalaya tam şəkildə bağlı və Onun səyəsində yaranan varlıqlardır. Əks təqdirdə onların özlüyündə ehtiyacsız olmaları qarşıya çıxır. Nəticədə onların varlığı vacib olar və bu da qeyri-mümkün və batildir. Deməli, onlar bütün varlıqları ilə Allah-taaalya bağlı olub, Onsuz görünmələri qeyri-mümkündür. Yəni, nəticənin (məlulun) müsətəqil təsəvvür olunması qeyri-mümkündür. Çünki, hər bir varlıq maddi də olsa, öz varlığında Yaradana bağlı olduğuna görə onların dərk və təsəvvürü Yaradanla birgə nəzərə alınır.
Əlbəttə, elm iki növdür: Bəsit (sadə) elm və mürəkkəb elm; həmçinin cəhalət də bu hissələr bölünür. Sadə elm, hər hansı bir mətləbə heç bir dərin və ikinci mərifət olmadan sadə elmi olmuş olsun. Mürəkkəb elm odur ki; bu elmdə məsələyə ikinci mərifət olsun. Yəni, şəxs bilsin ki, bilir. Biz də belə hesab edirik ki, hər kəs istər hüsuli və istərsə də hüzuri yol ilə Allah haqqında məlumat əldə etməlidir. Yəni, insanın istər hüsuli və istərsə də hüzüuri yolla əldə etdiyi mərifət istər-istəməz, Allah-taalaya olan elmlərdəndir.  “Onu hər kəs, hətta cahil də tanıyır”
Hətta, şəkkidə olan insan da öz şübhəsini bilməzdən əvvəl, Allah-taalanı görür (qəlbən hiss edir) çünki, onun şəkkinin səbəbi Allahdır. Onun şəkki də Allaha bağlı olmağından xəbər verir. Bəli, bəziləri elmin nə olduğunu bilmir və bu dərkdən qafildirlər. Əgər həzrət Əlinin (əleyhissalam) “Elə bir şey görmədim ki, ondan əvvəl Allah-talanı (qəlb gözümlə) gördüm.”  Yaxud başqa yerdə buyurur: “Mən (qəlbi gözümlə) görmədiyim Allaha ibadət etmərəm!”  – deməsi buna görədir ki, o Həzrətin elmə elmi var idi. İmam (əleyhissalam) o dərəcəyə çatmışdı ki; “Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır.”  Bəs, sahibsiz tərəfi müşahidə etmək mümükün deyil. O iradə ölümü ilə (iradə ölümü, insan özü öz ruhunu bədəninidən çıxarması və yenidən öz bədəninə qaytarmasına deyilir) həyatda olan halda Allahı qəlbi gözlə müşahidə edən və Allahdan qeyrisinin gizlində olmasını görən bir arifdir. Yalınz, Yaradan müşahidə olunur və zahirdir. Ona görə də Həzrət başqa yerdə buyurur: “Əgər pərdələr gözümün önündən açılsa, zərrə qədər yəqinliyim artmaz.”
İnsanın mərifət gözünün qarşısını alan şeyə hicab (pərdə-örtük) deyilir. Hicab ya zülmət ya da nuranidir. Qaranlıq hicab maddi örtükdür və onda üç şeyin olması lazımdır; örtülən, örtən və örtürülən. Amma, nurani örtükdə iki şey var; örtülən və örtürülən. Bu hissədədə örtük örtürülənin çox nuraniyyəti və ya dəqiq örtülənin zəifliyindəndir. Məsələn, insan bəzən divar və ya tozun təsirindən günəşi görə bilmir.  Bəzən də günəşin nurunun şiddətindən və ya gözlərinin zəifliyindən günəşi müşahidə etməkdən məhrum olur.
Hər halda üzündə bir örtük pərdəsi var,
Cahan gözündə gizlindir, aşkarlığından.
Allahla məxluqu arasında məxluqundan başqa bir pərdə yoxdur.  Əgər insan qaranlıq pərdələrini və mənəmliyini kənara qoysa da nuraniyyət pərdəsini kənara qoymaq üçün də çalışmalıdır. Çünki, Şəbaniyyə munacatında Allah taaladan nuraniyyət hicabının parçalanması istənilir.  İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) və Əhli-Beytdən (əleyhimussalam) başqa kimsənin nur pərdələrini tam şəkildə məhv etməyə qüdrəti yoxdur. Əlbəttə, Haqq-taalanın zat və sifətlərinin dərinliyinə çatmaq hətta, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) və Əhli-Beytin (əleyhimussalam) qüdrətində deyil  və o Həzrətlərin nurani varlığı bu muşahidə üçün pərdə rolunu oynayırlar. Çünki, mümükün varlıq öz məhdudiyyətindən və ona təyin olunmuş hüduddan kənara çıxa bilməz. Onlar, aləmin Pərvərdigarına (Allah tarafindən onlara verilmiş) öz (məxsus) məhdud baxışından qəlb gözləri ilə baxırlar.
Deməli, hər alimin elmi həmin alimin özünün varlığının hüdudunda özü ilə Allah-taala arasında nurani pərdə olur. Həzrət Əli (əleyhissalam) belə buyurur: “Ağılları öz sifətinin sərhəd və hüdudlarından agah etməmiş (çünki onun zatının eyni olan sifətləri üçün hədd-hüdud yoxdur) və (ancaq) onları vacib həddə özünü tanımaqdan məhrum etməmişdir.”  Digər tərəfdən, bütün mümkün aləmin varlıqları Haqqın nişanələridir və həqiqətin güzgüsüdürlər.  Həmçinin, bütün varlıq aləmi varlıq sahibindən kənarda deyillər. Bəs, onların Haqqdan başqa heç bir varlığı yoxdur və yalnız, Haqqın camalını göstərirlər. Baxmayarq ki, uşaqlar (uşaq fikirli insanlar) Onu ayrıca varlıq bilirlər.
Başqa tərəfdən, “O, elə bir məbuddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər. (Vücudu mümkün olan Onun zatının həqiqətlərini necə dərk edə bilər?)”[  Ona görə də Allah-taalaya mərifət həmişə acizliyə  etirafladır. Bunun da səbəbi yalnız, məchulun məlumun miqdarına olan nisbəti, yaxud, sonsuzun sonluğa nisbəti kimidir. Sonda qeyd olunmalı məsələ budur ki: bəzi rəvayətlərdə fitri mərifətdən söz açılır və o da əvvəldə bəhs etdiyimiz hüzuri elmdən sayılır.
İnsanın fitrəti iki qismə bölünür: a) heç bir müəllim olmadan insanda olan mərifətlər və anlamlar; b) yaranışın təbiətinə uyuğun olaraq insanda olan meyylər və istəklər. Birinciyə “Fitri Allahşünaslıq”, ikincisinə isə “Fitri Allaha pərəstlik deyilir. Amma qeyd olunduğu kimi “fitri Allahşünaslıq” və “fitri Allahapərəstlik” lazımi agahlıqla olan mərifət deyildir. Yəni, bu adi insanların Allah-taalanı artıq fikirləşmədən qəbul etməsinə səbəb olan həddə deyil.
Amma, Allahı tanımaq fitri olduğuna görə bu yolda ələ gələn dəlillər insan üçün səbəb yox, tənbeh və ayıqlıqdır. Səbəblə axtarışda insan fikirləşir ki, nə isə təzə bir şey kəşf etmişdir. Amma insan tənbeh olduqdan və məqsədinə çatdıqdan sonra bu hissin öncədən onunla olduğunu fikirləşir. Ona görə də Quran və rəvayətlərdə pərdənin kənara çəkilməsindən söz gedir. Bu isə səbəb axtarmaq yox, əksinə tənbeh və ayıqlıq deməkdir.

İstifadə olunmuş ədəbiyyat:
A) Təhrir təmhid, Əh-Qəvaid, Ayətullah Cavad Amuli, 1-ci cildin ikinci bölməsi, səh-1-dən 61-ə qədər və 722-dən 785-ə qədər.
B) Rəhiqin məxtum, Ayətullah Cavad Amuli, 1-ci cildin ikinci bölməsi, səh-188, 189, 193, 201.
Q) Təfsir mövzuyi, Ayətullah Cavad Amuli, 1-ci cild, səh-162-dən 175-ə qədər.
D) Rəhiqin məxtum, Ayətullah Cavad Amuli, 1-ci cildin üçüncü bölməsi, səh-534.
Ç) Məbəniye mərifət dini, Məhəmməd Hüseynzadə, səh-36-44.
X) Əl-Mizan, Əllamə Təbatəbai, 6-cı cild, səh-85-105.
O)Amuzeş əqaid, ayətullah Misbah Yəzdi, səh-35-62.
T) Seyri dər Nəhcül-Bəlağə, Şəhid Mütəhhəri.
F) Quran, irfan və burhan əz həmdigər cüdayi nədarəd, (Quran, irfan və bürhan bir-birindən ayrı deyillər) Ayətullah Həsənzadə, səh-141-142-143.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment