Azəri
Sunday 21st of July 2024
0
نفر 0

Mədinə 2013-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı olacaq

Mədinə 2013-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı olacaq

İranın mədəniyyət və islam irşad naziri Seyid Məhəmməd Hosseyni Səudiyyə Ərəbistanın mədəniyyət naziri Əbdüləziz Höcə ilə Ciddədə görüşüb.

Görüş zamanı 2013-cü ildə Mədinə şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olacağı barədə qərar qəbul edilib.

Tərəflər mədəniyyət və mətbuat əməkdaşlığına ehtiyac olduğunu, beynəlxalq Quran sərgilərində və mədəniyyət həftələrində fəal iştirak etməyə ehtiyac duyulduğunu vurğulayıblar.

Əbdüləziz Höcə hər iki ölkənin mədəniyyəti və tarixi birliyi barədə danışıb və deyib ki, İran qonşu dost ölkədir. İki ölkə arasında yaxşı münasibətlər qurulub. Quran mədəniyyətini qoruyan İranın fərqləndirici xüsusiyyətlərindən biri odur ki, bu ölkə Quran yazılarını qoruyur, yayır və inkişaf etdirir. 2013-cü ildə Mədinə İslam dünyasının mədəniyyət paytaxtı olacaq. Bu vacib hadisəyə həsr olunacaq bayramda iştirak üçün İran və bütün islam ölkələri dəvət olunublar.

Xatırladaq ki, 2012-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı İraqın Ən-Nəcəf şəhəri seçilib./SalamNews


source : http://az.islam.az
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İsntanbulda Fars dili də tərcümə dərsləri başlayıb
Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!

 
user comment