Azəri
Friday 26th of April 2024
0
نفر 0

İlahi tofiqdən məhrum olmayaq

İlahi tofiqdən məhrum olmayaq

Əgər Allahın bizim ixtiyarımıza qoyduğu istedadlardan düzgün istifadə etməsək, ya da yanlış yollarda, günahda istifadə etsək, nəticədə cəzalandırılarıq. Bu zaman İlahi tofiq bizə şamil olmaz. Müvəffəqiyyət zəminəsini əldən vermiş olarıq. Daha çox süqut edərik.

Bəzi məsələlər bizim üçün gizlidir. Misal üçün Qədr gecəsi neçə gecədə gizlidir, insan bu gecələrin hamısında oyaq qalmalıdır. Qəbul olan itaətlər başqa itaətlərin içərisində gizlidir. Məlum deyildir ki, itaətlərimizin içərisindən Allah hansını qəbul etmişdir. Ona görə də insan heç bir itaəti tərk etməməlidir.

Cəza da günahların arasında gizlidir. Məlum deyildir ki, insan hansı əməllərinə görə cəzalandırlılacaqdır. Bəzən də Allah bəzi günahlarımızı bağışlayır. “Şübhəsiz, Allah zalım dəstəni hidayət etməz”. (“Maidə” 51).

Hansı əməllər bizi İlahi tofiqdən məhrum edir?

1. Allahı unutmaq.

Allah buyurur: “Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!” (“Həşr” 19).

2. Şübhə içində olmaq.

Şübhə bəsirətsizliyin, imansızlığın nişanəsidir. Bu da İlahi tofiqi bizdən uzaqlşadırır. “(Cihaddan yayınmaq üçün) səndən yalnız Allaha və axirət gününə imanları olmayan və qəlbləri şəkk və tərəddüdə düşən kəslər izn istəyərlər. Onlar həmişə öz şəkk və tərəddüdlərində sərgərdandırlar.” (“Tövbə” 45).

3. Günah və itaətsizlik.

“Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür”. (“Əhzab” 36). “Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən - ağcaqanad olsun, ondan böyüyü, ya balacası - utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi dərk etməklə və ya mütləq itaət və tabeçilik vasitəsi ilə) bilirlər ki, bu onların Rəbbi tərəfindən olan bir həqiqətdir. Kafirlər isə deyərlər: «Görəsən Allahın bu məsəldən məqsədi nədir?!» (Bəli, Allah) onunla (bir həqiqəti bəyan etməklə) çoxlarını azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb olur) və çoxlarını onunla hidayət edir. (Allah) onunla ancaq fasiqləri azdırır”. (“Bəqərə” 26).

4. Küfr.

“Allah kafir qövmü hidayət etmir”. (“Bəqərə” 264).

5. Zülm.

“Allah zalım qövmü əsla hidayət etmir”. (“Bəqərə” 258).

6. Nalayiq əməllər.

«Ey Rəbbimiz! (Pis seçim etdiyimiz və nəfsi istəklərə tabe olduğumuz üçün) bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir dəstə idik». (“Muminun” 106).

Əgər İlahi tofiq bizə şamil olmazsa, nə kimi fəsadlar gətirər?

1. Özünü yaddan çıxartmaq.

“Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!” (“Həşr” 19).

2. Allahdan üz çevirmək.

“Onlar (haqdan) üz döndərdikdə, Allah da onların dönük qəlblilərini dönüklükdə buraxdı (ilahi lütflərini onlardan kəsdi) və Allah fasiq qövmü doğru yola yönəltməz”. (“Səff” 5). 

3. Mənəvi məhrumiyyət.

Bir nəfər İmam Əlinin (ə) yanına gəlir və Həzrətə (ə) deyir: “Bir müddətdir ki, gecə namazından məhrum olmuşam. Həzrət (ə) buyurur: Günahların əl və ayaqlarını bağlamışdır”.

4. Kədər.

“Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar”. (“Ənam” 125).

5. Bəsirətsizlik.

“Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (“Bəqərə” 7).

6. Günahları hər gün daha da artar.

Həzrət Peyğəmbər (s) buyurur: “Günahların vasitəsilə günahkarlar tofiqdən məhrum olacaq, o yerə qədər ki, onu daha böyük günahlara atacaqdır”.

7. Bədbəxtlik.

İmam Sadiq (ə) buyurur: “Pərvərdigara! Əməllərinə görə bədbəxt oldular”.

Nəticədə demək olar ki, bizim hər nəyimiz varsa, Allahdandır. İxtiyarımız da Onun əlindədir. Ancaq öz istedadlarımızdan necə istifadə etməyimizi Allah bizim ixtiyarımıza qoymuşdur. Əgər bu verilənlərdən yaxşı yolda istifadə etsək, özümüzə yaxşılıq etmiş olarıq. Çünki buna görə Allah bizə savab verər və İlahi tofiqini bizə şamil edər. Ancaq əgər Onun bəyənmədiyi yolda istifadə edəriksə, yenə də özümüzə pislik etmiş olarıq. Çünki bu halda cəzalandırılarıq. İlahi tofiqdən məhrum olarıq. Seçim bizim əlimizdədir.

 

 

 


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment