Azəri
Sunday 5th of May 2024
0
نفر 0

Kumeyl duasının şərhi

Kumeyl duasının şərhi

 

Kumeyl duasının şərhi

Hüseyn Ənsariyan

 

Allahummə inni əsəlukə-birəhmətikəl-ləti vəsiət kullə şəy’”

(“Pərvərdigara! Səni hər şeyi bürümüş rəhmətinə and verib, Səndən istəyirəm.” 

Bu cümlənin hər bir ilahi kəlməsi o qədər rəmz sirlərə malikdir ki, şərhə ehtiyac duyulur. “Allahumməkəlməsiya Allahkəlməsindən yaransa da Allah-Taalanın əzəmətini daha üstün şəkildə göstərir. Allaha müraciət edən duaxanlar, `ni dua oxuyanlar dərin bir duyumlaAllahumməçağırırlar. `şuqdan icazəsi olmayan aşiqlərin bir kəlmə belə danışmağa qüdrəti yoxdur. Yalnız ilahi qüdrətdən güc almaqlaAllahummədeyərək Allahı çağırmaq mümkün olur. Dua oxuyanlar unutmamalıdırlar ki, Allahın istəyi olmazsa ağız duaya açılmaz. Bəli, dua Onun `limidir. Dua oxuyanın varlığı Allahın hökumətindədir. Dua oxuyanın sözü, halı Allahın iradəsinə tabedir.İnnikəlməsimən`nasını verir. Amma bumənfir`onsayağı eqoistməndeyil. Bu ilahi cümlədə zikr olunmuşmənzati bir fəqirlik, acizlik, möhtaclıq `nasındadır. Dua oxuyan şəxs özündə acizlik çarəsizlikdən başqa bir şey görmür. O, öz məhbubunda rəhmət, kəramət, lütf, məhəbbət, ehsan, ədalət müşahidə etdiyindən möhtac halda ona əl açır bu işdə Allahın hər şeyi bürümüş rəhmətinə ümid bağlayır.Birəhmətikəl-ləti vəsiət kullə şəy`”: Məhbubun rəhməti hər şeyi bürümüş, zahirdə batində hər şeyi əhatə etmişdir. Məhz bu geniş ilahi rəhmət hər şeyi yoxluq zülmətindən varlıq işığına çıxarmışdır. Hər bir varlıq öz qabiliyyətinə ləyaqətinə tutumuna uyğun yer almışdır. Ənisül-ləylkitabında belə buyurulur: “ Allahın ümumi feyzi Günəş kimidir. Bütün Yer üzündəkilər istisnasız olaraq Günəşin nurundan faydalandıqları kimi Allahın da ümumi feyzindən kimsə məhrum edilməmişdir. Bütün görünən görünməyən mövcudlar bu geniş rəhmətdən faydalanmaqdadırlar. Ən böyük mikroskop altında görünməyən zərrə belə bu rəhmət dairəsindən kənar deyil. Hər bir şey öz istedadı çatan qədər bu feyz rəhmətdən faydalanıb təkamül yolunda irəli gedir. İstər nəhəng planetlər, istərsə mikroskopik hüceyrələr Allahın rəhməti sayəsində hərəkət etməkdədir. Bu rəhmət dairəsindən çıxmaq üçün kimsədə güc yoxdur bu dairədən çıxmaq - məhv olmaq deməkdir. Varlıq aləminin yaranması, məxluqun ruziyə çatması, təbiətin inkişafı, peyğəmbərlərin ayələrin göndərilməsi, azğınların hidayəti, Qiyamət dirçəlişi, Cənnət Cəhənnəm - Allah-Taalanın ümumi feyz geniş rəhmətinin şüalarıdırBiz insanlar bu geniş rəhməti anlamaq gücündə deyilik. İnsan əqli bu həqiqəti dərk etməkdə acizdir. “Kullə şəy`”, `ni hər şey dedikdə nəzərdə tutulan yaranmışları sayıb qurtarmaq mümkün deyil. Meşələr qələm, okeanlar mürəkkəb, mələklər, cinlər insanlar mirzə olsalar belə bu siyahını yazıb qurtarmaq olmaz. Biz Allahın geniş rəhmətini çox cüz`i şəkildə qavraya bilirik. Sanki bizim bu `nada susuzluğumuzu ilahi qüdrət okeanının bir damlası yatırır. İnsan övladı bu rəhmət günəşinə yalnız bir göz qırpımı qədər baxa bilir.

 

.

 

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mühitin insan ruhuna təsiri
İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ
Qəflət azğınlıqla nəticələnir
ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (1)
Gündəlik beş namaz nə üçündür?
İmam Əliyyən Nəqi(ə.s) haqqında
İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətləri
Xanım Zeynəbin (s) hərəmi ziyarətə açıldı
Quranda şirk (Allaha şərik qoşmaq)
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq

 
user comment