Bir gün İmam Cəfər Sadiq (ə) tərəfdarlarından biri ilə dünyanın işləri barədə müzakirə aparırdı. Həmin adam dünyada baş verən zülm və ədalət barədə bəzi suallar verdi. İmam onunla uzun söhbət etdi.
Həmin söhbət əsnasında bu sözləri də buyurmuşdu:
Şeytan səni aldatmasın. İzzət Allaha, Onun Rəsuluna və iman sahiblərinə məxsusdur, amma münafiqlər bunu bilməzlər.
Məgən bilmirsən ki, hər kim bizim hakimiyyətimizi (yəni İmam-zamanın zühurunu) gözləsə, zülm və əziyyətlərə dözsə, qiyamət günündə bizimlə (Əhli-beytlə) eyni sırada məhşərə gətirilər?
Nə zaman ki gördün haqq ölüb və haqq əhli aradan geib;
zülm şəhərləri bürüyüb;
Quranın hökmləri unudulub və Quranda olmayan hökmlər ona yol tapıb;
ayələr hər kəsin istəyinə görə təfsir olunur;
din su kimi qarışıb;
batil əhli haqq əhli üzərində böyüklük edir;
pislik aşkardadır və ondan çəkindirən yoxdur;
pis iş görəni üzrlü bilirlər;
günah aşkarda edilir;
kişilər kişilərlə, qadınlar qadınlarla kifayətlənirlər (yəni cinsi pozğunluq yayılıb);
mömin adam ağzına su alıb susur, çünki sözünə qulaq asan yoxdur;
fasiq (günahkar) yalan danışır və yalanını üzünə vuran yoxdur;
kiçik böyüyü alçaldır;
qohumlarla rabitə unudulub;
hər kimin günahını tərifləsələr şad olub gülür və heç kim onu danlamır;
...yaltaqlıq çoxalıb;
bir kəs öz malını Allaha itaət əvəzinə başqa yollara xərcləyəndə onu bu yoldan çəkindirmir və qabağını almırlar;
əksinə, möminin əməllərini görəndə bu əməllərdən Allaha sığınırlar;
qonşu qonşunu incidir və ona mane olan yoxdur;
...şərabı aşkarda içirlər;
Allahdan qorxmayanlar yığışıb şərab məclisi təşkil edirlər;
insanları yaxşı işlərə doğru çağıranlar, ...Quran və təfsir əhli, həm də onları sevənlər əskik sayılırlar;
...Allahın evi (Kəbə) boş qalıb və onu ziyarət etməməyi təbliğ edirlər;
həm kişi, həm də qadın öz cinsiyyət üzvünün hesabına (yəni əxlaqsızlıqla) dolanır;
...sərvətli adam mömindən daha qiymətli sayılır;
sələmçilik aşkarda edilir, buna görə heç kimi danlamırlar;
qadın zina edərsə təriflənir;
...camaat yalan şahidliyə inanır;
haram halala çevrilir, halal da harama;
...camaat Allaha o qədər asi olub ki, günah etmək üçün heç axşamın düşməsini də gözləmir (yəni gündüz vaxtı, hamının gözü qarşısında günah edilir);
mömin pis əməllərə qarşı ürəyində etiraz etməkdən savayı əlac tapmır;
hakimiyyətdə olanlar kafirlərə yaxınlaşıb xeyr əhlindən (möminlərdən) uzaq qaçırlar;
hakimlər hökm verəndə rüşvət alırlar;
...adamlar öz məhrəm qohumları ilə evlənirlər;
iftira əsasında adam öldürürlər;
...kişi öz arvadının əxlaqsızlıqla əldə etdiyi qazancın hesabına yaşayır, özü də bunu bilə-bilə edir;
qadın öz ərinə başçılıq edir, ərinin razı olmadığı işləri görür;
arvad öz ərinə cibxərcliyi verir;
kişi öz arvadını və qulluqçusunu zina üçün başqalarına kirayə verir;
...tez-tez Allahın adına yalan andlar içilir;
aşkarda qumar oynanılır və maneəsiz şəkildə şərab satılır;
...camaatı öz gücü ilə qorxudan adam şərəfli insanları alçaldır;
hakimlərə ən yaxın olanlar bizi (Əhli-beyti) təhqir edənlərdir;
bizi sevənləri yalançı sayıb şahidliyini qəbul etmirlər;
camaat nahaq danışmaqda bir-biri ilə yarışır;
Quranı dinləmək camaata çətin və ağır gəlir, əksinə, nalayiq sözləri və səsləri eşitmək isə onların xoşuna gəlir;
qonşu qonşuya dilinin qorxusundan hörmət edir;
Allahın hədləri (yəni cinayətlərə görə verilən cəzalar) icra olunmur və ya şəxsi istəklərə əsasən icra edilir;
məscidlər qızılla və şəkillə bəzədilir;
...qeybəti duzlu-məzəli zarafat kimi qəbul edirlər;
Allah yolunda deyil, başqa niyyətlə həccə və cihada gedirlər;
hökmdar kafirin xatirinə mömini incidir;
xarabalıqlar abadlıqları üstələyir;
camaat çəkidə aldatmaqla dolanır;
qan tökmək əhəmiyyətsiz iş sayılır;
...namaza etinasız yanaşırlar;
çoxlu mal-dövləti olan adam bu sərvəti əldə etdiyi vaxtdan bəri zəkatını vermir;
...namaz qılan özünü göstərir və riyakarlıq edir;
fəqih din naminə deyil, başqa məqsəd üçün elm öyrədir, dünyaya və vəzifəyə uyub;
...halal ruzi dalınca qaçan adama tənə vurur, haram qazananın qabağında təzim edirlər;
Məkkə və Mədinədə Allahın bəyənmədiyi işlər görülür, heç kim də buna qarşı çıxmır və mane olmur;
bu müqəddəs məkanlarda musiqi səsləri aşkar eşidilir;
hər kim haqq söz danışsa, yaxşı işlərə çağırıb pis işlərdən çəkindirsə, başqaları ona nəsihət verib deyirlər ki, bu, sənin işin deyil;
...ölüyə məsxərə edirlər və ölü üçün ağlayan yoxdur;
hər il əvvəlkindən daha çox pislik və bidət meydana çıxır;
...fəqirə nə isə verəndə gülüb ələ salırlar;
səmadan nişanələr görünür, amma bundan qorxmurlar;
...at-anaya ağ olmaq halları açıq-aşkar görünür;
...qadınlar hakimiyyətə çatıb bütün işləri ələ keçiriblər və hər bir iş onların istəyincə olur;
oğul ataya iftira atır, ata-anaya qarğış edir və onların ölümünə sevinir;
adam bir gün günah etməsə, çəkidə aldatmasa, şərab içməsə kədərlənir, elə bilir ki, həmin günü hədər gedib;
hökmdar möhtəkirlik edir;
Peyğəmbər nəslinin payı (xüms) zülmə sərf olunur, hətta onunla qumar oynayır, şərab alıb içirlər;
şərabı müalicə üçün işlədir, xəstəyə dərman kimi məsləhət görürlər;
...münafiqlər hay-küy salır, haqq əhli sakit durub;
...məscidlər orada Allaha asilik edənlərlə, haqq əhlinin qeybətini edib ətini yeyənlərlə, şərabı tərifləyənlərlə doludur;
ağlını itirmiş sərxoş adam camaat namazına imamlıq edir, heç kim ona eyib tutmur, əksinə, ona hörmət edir, ondan qorxur və öz halına buraxırlar, sərxoşluğuna görə cəzalandırmır və üzürlü sayırlar;
yetim malı yeyənləri tərifləyirlər;
qazılar Allahın buyurduğunun əksinə hökm verirlər;
...minbərdən camaatı təqvaya çağıran adam özü dediyinə əməl etmir;
namazı vaxtın əvvəlində qılmırlar;
...camaatın bütün dərdi-səri yalnız qarnı doldurmaq və cinsi həvəsdən ibarətdir, nə yediklərindən və kiminlə əlaqədə olduqlarından qorxmurlar...
Belə bir zamanda yaşasan, özünü qoru, Allahdan nicat dilə. Bil ki, camaat Allahın qəzəbinə tuş gəlib, Allah onlara nəyə görə isə möhlət verir. Çalış, camaatın etdiyini etməyəsən ki, onlara əzab nazil olanda sən Allahın mərhəmətini qazanasan... Bil ki, Allah gözəl əməl sahiblərinin savabını zay etməz və gözəl əməl sahibləri Allahın mərhəmətinə yaxındırlar”.
(Şeyx Küleyni. Rövzətül-Kafi, səh. 36-42, hədis 7).
source : http://az.islam.az