Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İNSANIN FORMALAŞMA MƏRHƏLƏLƏRI-3

İNSANIN FORMALAŞMA MƏRHƏLƏLƏRI-3

Kumeyl duasının şərhi

Hüseyn Ənsariyan

7. Yeddinci mərhələ: dölün üç pərdəyə bükülməsi.

Zumərsurəsinin 6- ayəsində oxuyuruq: “O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan yaranışa salaraq yaradır.” Bəli, bətndəki döl üç pərdə ilə əhatə olunmuşdur. Körpəni əhatə edən ilk pərdənin fəzası zülalla doludur bu pərdə onu kənar zərbələrdən qoruyur. İkinci pərdənin vəzifəsi körpəni digər `sirlərdən qorumaqdır. Üçüncü pərdə körpənin qarın hissəsini bürüyür onun qidalanmasına kömək edir.

8. Səkkizinci mərhələ: ruhun üfürülməsi.

Mu`minunsurəsinin 14- ayəsində oxuyuruq: “Sonra nütfəni laxtalanmış qana çevirdik, daha sonra laxtalanmış qanı bir parça ət etdik, bu əti sümüklərə döndərib yenə ətlə bürüdük. Nəhayət, onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah necə uca uludur.” Əlbəttə ki, bu yaranışda bir çox həqiqətlər gizlidir. Xüsusilə bətndəki körpəyə ruhun üfürülməsi olduqca əsrarəngizdir. Allah-Taala öz rəhmət iradəsi ilə cansız bir varlığa can verir. Vücuduna ruh üfürülmüş döl barmağını ağzına aparır, bu vərdiş anadan olandan sonra ananın döşünü əmməkdə ona yardımçı olur.

9. Doqquzuncu mərhələ: doğuş.

Nəhlsurəsinin 78- ci ayəsində buyurulur: Allah sizi analarınızın bətnindən çıxardı.” Körpənin doğulması prosesi yaranışda ən maraqlı hadisələrdəndir. Doqquz ay sakit qaranlıq ana bətnində qalmış döl Allahın iradəsi ilə yeni bir dünyaya qədəm qoyur. O, bu yeni dünyaya alışmaq istedadına malikdir. 37° istiliyə malik ana bətnini tərk etmiş körpə gəldiyi dünyanın fərqli temperaturuna asanlıqla vərdiş edir. Uzun müddət qaranlıqda qalmış bu kiçik gözlərin işığa dözümü çox təəccüblüdür. Rütubətdən quru mühitə çıxmış körpə az əvvəl göbəyindən qidalandığı halda doğulduğu andan ağzı ilə qidalanmağa başlayır. Bütün bu incə gedişlər yalnız Allahın hər şeyi bürümüş geniş rəhməti sayəsində mümkün olur. Bu rəhməti anlayan insan astadan pıçıldayır: “Allahummə inni əs`əlukə birəhmətikəl-ləti vəsiət kullə şəy`”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment