Azəri
Saturday 27th of April 2024
0
نفر 0

İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ

İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ

Kumeyl duasının şərhi

Hüseyn Ənsariyan

Qəlb aynamızdan qəflət hicabını qaldıra biləcək maraqlı məsələyə - İlahi rəhmətin bir təcəllisinə nəzər yetirək:

İnsanın beyin mexanizmi elmi nöqteyi-nəzərdən ən maraqlı bir mexanizmdir. Bu mexanizmin gördüyü işi ən böyük zavodlar belə yerinə yetirmək iqtidarında deyil.

Beyinin funksiyalarından biri müxtəlif hadisələri qeydə alıb yaddaşa köçürməkdir. Yaddaş qurğusu beyində çox kiçik yer tutur. İnsanın əlli illik xatirəsini dərc etmək üçün 160 milyon nüsxə böyük formatlı iyirmi səhifəlik qəzet lazımdır. Beyin isə uyğun `lumatları analoqsuz mikromaqnitofon kimi qoruyur bu işdə orqanizmin ümumi enerjisindən istifadə edir. Bəli, eyni işi görmək üçün nəhəng zavodlara çox böyük miqdarda enerjiyə ehtiyac vardır.

Uşağın ana döşündən süd əmməsi üçün onun beynindən dodaqlarına siqnal gəlir o heç bir çətinlik çəkmədən qidalanmağa başlayır. Ananın orqanizmində isə qandan süd yaradan avtomatik bir zavod işləyir. Bu zavodda gedən texnoloji proseslər, hələ ki, elmi izahını tapmışdır. Zavodun hasil etdiyi məhsul ananın döş xəzinələrində toplanır. Döş giləsi körpənin ağzı ilə mütənasib ölçüdə olur. Bu gilədəki mikro-dəliklər yalnız uşaq əmdiyi zaman açılır. Uşaq ana bətnində formalaşdığı zamandan ana orqanizmində süd istehsalına başlanır. Belə ki, uşaq doğulan kimi misilsiz qidasını hazır görür. Uşaq böyüdükcə südün keyfiyyətində dəyişikliklər baş verir.

Yuxarıda sadalanan gerçəkliklər Allahın hər şeyi bürümüş rəhmətinin əsrarəngiz nümunələrindəndir. Bu gerçəklikləri dərindən düşünən insan hökmən təşəkkür üçün Allah dərgahına üz tutmalı yeni-yeni feyzlər əldə etmək üçün deməlidir: «Allahumməinni əsəlukə birəhmətikəl-ləti vəsiət kullə şəy’.»

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Əhzab" surəsi
Qiyamətin şahidlik evi
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Haramdan doğulan uşağın əlamətləri
VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq

 
user comment