Azəri
Saturday 18th of May 2024
0
نفر 0

“Ədəbi ədəbsizdən öyrəndim"

İmam Sadiqdən (ə) soruşurlar: “Əbuzər Ğəffaridən nəql edirlər ki, o, insanlara bu üç mövzunu deyirdi:

1. Mən ölümü həyatdan çox istəyirəm. Yəni, ölüm mənim yanımda həyatdan daha sevimlidir.

2. Mən bəlanı, əziyyəti, müsibəti sağlamlıqdan və səhhətdən yaxşı hesab edirəm.

3. Mən yoxsulluğu sərvətdən və mal-dövlətdən çox istəyirəm. Bu üç mövzu nə məsələdir? İmam Sadiq (ə) təsdiq edir ki, Əbuzər həqiqətən bu sözləri demişdir. Sonra buyurur: “Sizin
bu üç cümlədən çıxartdığınız nəticə Əbuzərin təfəkkür və düşüncə dünyasına aid deyildir”.
İmam Sadiq (ə) məclislərin birində Əbuzəri bu cür tərifləyir: “Əbuzərin ən yaxşı ibadəti - düşüncə və təfəkkürüdür. Yəni, o, hər bir şeydən dərs alan sənətkar idi”.
Loğmana dedilər: “Sizin müəlliminiz kim olmuşdur?”. Dedi: “Yüngül və ədəbsiz insanlar”. Dedilər: “Necə ola bilər ki, ədəbsiz insanlar bu qədər ədəbə malik olan insanın müəllimi olmuşdur?”. Loğman cavabında dedi: “Mən ədəbsizlərdə hər nə gördümsə, onların özünə, ailəsinə və ictimai vəziyyətinə ziyan vurduğunu gördüm. Ona görə də mən ağlımı işlətdim və zərərli işlərin altına girmədim”.
Həzrət Peyğəmbər (s) buyurur: “Mömin bir yarıqdan iki dəfə sancılmaz”. Aqil insan həmişə başqalarının həyat təcrübəsini özlərinə örnək hesab edər və ondan ibrət dərsi alarlar. Bilərlər ki, hər kim quyuya düşərsə, bir daha oradan çıxa bilməz. Ona görə də bu quyuya yaxınlaşmaq belə istəməzlər.


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslam dinində Qədir Xum bayramının həqiqəti
9-cu imamımızın şəhadəti münasibəti ilə başsağlığı veririk
Allahın saleh bəndələri namazı belə qılırdılar
Quranda şirk (Allaha şərik qoşmaq)
NӘSXİN MӘ᾽NASI
Məb`əs bayramınız mübarək ABNA bu bayramı münasibəti ilə sizə təbrik deyir
Həzrət Əbülfəzl-Abbasın (ə) şəhadəti!
Düşmənlərin İslama qarşı ədavəti
Həzrət Məsumənin (ə.s) fəzilətləri
Peyğəmbərin (s) möcüzəsi

 
user comment