Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gün Hicri qəməri tarixi ilə, 43-cü il Şəban ayının 11, miladi tarixinin 2013, iyun ayının 20-nə təsadüf edən gün, İmam Hüseyn ibni Əlinin (əleyhiməs səlam) nazənin oğlu həzrət Əli Əkbərin təvəllüd günüdür.
Biz ABNA olaraq dünya Müsəlmanlarının bu sevincinə qoşulur və bənzərsiz bayram münasibəti ilə başda İmam Zaman (Allah Təala onun şərəfli gəlişini tezləşdirsin) Həzrətləri və onun haqq naibi İmam Xamenei cənabları olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edirik. Bir daha bayramınız mübarək!
Həzrəti Əli Əkbərin (əleyhis səlam) həyatı barədə qısa məlumat.
Həzrət Əli Əkbərin hörmətli atası İmam Hüseyn (əleyhis səlam), möhtərəm anası Xanım Leyla binti Əbi Mərrə ibn Urvə ibn Məsud Səqəfidir (Muxtar Səqəfinin (əleyi rəhmə) tayfasındandır).
Həzrəti əli Əkbər (əleyhis səlam), gözəllik və şücaətdə, əxlaq və xoşrəftarlıqda, çehrə və qəd-qamətdə, həmçinin danışıq tərzində hammıdan artıq əziz İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alih) oxşayırdı.
Əli Əkbər cənabları (əleyhis səlam) İmam Hüseynin (əleyhis səlam) böyük oğlu idi. Bu haqqda İmam Zeynul Abidindən (əleyhis səlam) belə bir rəvayət nəql oluinur: "...كان لي اخ يقال له عليّ اكبر منّي قتله الناس- Mənim, məndən böyuk, Əli Əkbər adlı qardaşım var idi ki, bu insanlar onu qətlə yetirdilər... "
Əli Əkbər cənabları Kərbala faciəsində Bəni Haşim tayfasından ilk, şəhid olan şəxsdir... Onun barəsində Şəhidlərin ziyarətnaməsində belə bir misra gəlib: ".السَّلامُ عليكَ يا اوّل قتيل مِن نَسل خَيْر سليل- Səlam olsun sənə Ey qılınclarını ən gözəl sürətdə qınından çıxardan nəslin ilk Şəhidi."
Həzrəti Əli Əkbər (əleyhis səlam) Aşura günü iki mərhələdə, Ömər ibn Sədin 31 min qoşunundan 200 nəfəri cəhənnəmə vasil etdi... Sonda Allahın lənətinə gəlmiş Mumərrə ibn Munqəz Əbdi, həzrətin başına qılınc zərbəsi endirərək, onu ağır yaraladı. Bu haləti görən düşmən qüvvələri, özlərində cürət taparaq hərə bir tərəfdən Əli Əkbər cənablarına hücum çəkərək, qılınc və nizələr ilə həzrətin bədənini tikə-tikə etdilər...
İmam Hüseyn (əleyhis səlam) Əli Əkbərin Şəhadət xəbərin eşitdikdə qəmm və qüssə içinə batdı... İmam oğlu Əli Əkbərin qanlı başını qucağına aldıqda isə, bu kəlamı söylədi: "ولدي علي عَلَي الدّنيا بعدك العفا - Oğlum! Əlican! Sənin ölümündən sonra of olsun bu dünyaya..." (Əla səyəlləmul ləzinə zələmu əyyə munqələbin səyənqəlibun)
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.abna.ir