Azəri
Monday 23rd of December 2024
0
نفر 0

Əhya gecələri və onun əməlləri

Əhya gecələri və onun əməlləri

Üçüncü Qədr gecəsinin əməlləri: 1. «Ənkəbut» (29-cu surə), «Rum» (30-cu surə) və «Duxan» (44-cü ) surələrini oxumaq. 2. Qədr surəsini 1000 dəfə oxumaq...

Əhya gecələri və onun əməlləri

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən mübarək Ramazan ayının şah zirvəsi olan əhya gecələri yaxınlaşmaqdadır. Əhya gecəsi elə bir gecədir ki, 1000 aydan üstündür. Bir gecədir ki, onun 1000 ay cihaddan, 1000 ay ibadətdən, 1000 ay səltənət etməkdən üstün olduğu buyrulub. Bu, elə bir şərafətli gecədir ki, insanların ruzisi, onların əcəlləri və digər işləri bu gecədə təyin edilir. Bu, bir gecədir ki, onda Quran nazil olunub. Bu əzəmətli gecənin mübarəkliyi Qurani-şərifin özündə bildirilir.

Bu gün ilk əhya gecəsidir. Belə ki, Qədr gecəsi üçün əhyalar Ramazan ayının 18-dən 19-na (bu il üçün avqustun 7-dən 8-nə), 20-dən 21-nə (avqustun 9-dan 10-na), 22-dən 23-nə (avqustun 11-dən 12-nə) keçən gecələri əhatə edəcək.

P.S: Qey edək ki, ilk qədr gecəsində, Ramazan ayının 18-dən 19-na keçən gecəsi həzrəti Əmirəl Möminin Əlinin (əleyhis səlam) dünyanın ən mənfur insanı İbni Mülcəmin zəhərli şəmşiri ilə zərbətlənən gecəsidir.

Alimlərimiz və müçtehidlərimiz bu ayda, xüsusəndə əhya gecələrində İmam Zaman (Allah onun zühurun tezləşdirsin) ağanın gəlişi və onun salamatçılığı üçün bolluca dua etməyi tövsiyə edirlər. Tövsiyə olunan dualardan biri də Allaha, Rəsulina və onun İmamlarına olan mərifətin çoxalmasıdır.

Allah hammımızı özünün və Əhli-Beytin mərifəti ilə maarifləndirsin. Amin.


Qədr gecələrinin əməlləri

Birinci qədr gecəsi

19-cu gecə

1. Şam namazına yaxın qüsl almaq.

2. İki rükət namaz qılmaq. Hər rükətdə «Həmd» («Fatihə») surəsindən sonra yeddi dəfə «İxlas» surəsini oxumaq. Namazı qılıb qurtardıqdan sonra səcdəyə gedib 70 dəfə «Əstəğfirullahə rəbbi və ətubu iləyh» demək.

3. 100 dəfə «Allahumməl ən qətələtə Əmirəlmumininə» demək. (Bu 19-cu gecəyə məxsus əməldir)

4. 100 dəfə «Əstəğfirullahə rəbbi və ətubu iləyh» demək. (Bu 19-cu gecəyə məxsus əməldir)

5. Covşən-kəbir duasını oxumaq.

6. Quranı açıb bu duanı oxumaq: «Allahummə inni əsəlukə bikitabikəl munzəli və ma fihi və fihi ismukəl əkbəru və əsmaukəl husna və ma yuxafu və yurca ən təcələni min utəqaikə minənnari». Duadan sonra bütün arzularıvın həyata keçməsi üçün Allaha dua etmək.

7. Quranı açıb başın üstünə qoyaraq bu duanı oxumaq lazımdır:

«Allahummə bihəqqi hazəlqurani və bihəqqi mən ərsəltəhu və bihəqqi kuli muminin mədəhtəhu fihi və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə minkə».

8. 10 dəfə bikə ya Allah,10 dəfə bimuhəmmədin,10 dəfə biəliyyin, 10 dəfə bifatiməti, 10 dəfə bilhəsəni, 10 dəfə bilhusəyni, 10 dəfə bimuhəmməd ibn Əli, 10 dəfə bicəfər ibn Muhəmməd, 10 dəfə bimusa ibn Cəfər, 10 dəfə biəli ibn Musa, 10 dəfə bimuhəmməd ibn Əli, 10 dəfə biəli ibn Muhəmməd, 10 dəfə bilhəsən ibn Əli, 10 dəfə bilhuccə.

9. İmam Hüseyn cənabların (əleyhis səlam) ziyarət etmək.

 

İkinci Qədr gecəsinin əməlləri

21-ci gecə

21-ci günün fəziləti 19-cu günün fəzilətindən daha çoxdur.

1. Qüsl almaq

2. İki rükət namaz qılmaq. Hər rükətdə «Həmd» surəsindən sonra 7 dəfə «İxlas» surəsini oxumaq. Namazı qılıb qurtardıqdan sonra səcdəyə gedib 70 dəfə «Əstəğfirullahə rəbbi və ətubu iləyh» demək.

3. Covşən-kəbir duasını oxumaq.

4. Quranı açıb bu duanı oxumaq: «Allahummə inni əsəlukə bikitabikəl munzəli və ma fihi və fihi ismukəl əkbəru və əsmaukəl husna və ma yuxafu və yurca ən təcələni min utəqaikə minənnari». Duadan sonra bütün arzularıvın həyata keçməsi üçün Allaha dua etmək.

5. Quranı açıb başın üstünə qoyaraq bu duanı oxumaq lazımdır:

«Allahummə bihəqqi hazəlqurani və bihəqqi mən ərsəltəhu və bihəqqi kuli muminin mədəhtəhu fihi və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə minkə».

6. 10 dəfə bikə ya Allah,10 dəfə bimuhəmmədin,10 dəfə biəliyyin, 10 dəfə bifatiməti, 10 dəfə bilhəsəni, 10 dəfə bilhusəyni, 10 dəfə bimuhəmməd ibn Əli, 10 dəfə bicəfər ibn Muhəmməd, 10 dəfə bimusa ibn Cəfər, 10 dəfə biəli ibn Musa, 10 dəfə bimuhəmməd ibn Əli, 10 dəfə biəli ibn Muhəmməd, 10 dəfə bilhəsən ibn Əli, 10 dəfə bilhuccə.

7. İmam Hüseyn cənabların (əleyhis səlam) ziyarət etmək.

8. İmkan olarsa gecənin axır vaxtlarında daha bir Qüsl ala.

9. Məsciddə Etikaf saxlamaq olduqca təkid olunub.

10. Peyğənbər və onun pak ailəsinə (səlləllahu əleyhi və alih) salavat düşmənlərinə isə bolluca lənət göndərmək.

 

Üçüncü Qədr gecəsi

23-cü gecə

Əvvəlki gecələrdə yerinə yetirilən əməlləri təkrar etdikdən sonra aşağıdakı əməlləri də yerinə yetirmək tövsiyə olunur.

1. «Ənkəbut» (29-cu surə), «Rum» (30-cu surə) və «Duxan» (44-cü ) surələrini oxumaq.

2. Qədr surəsini 1000 dəfə oxumaq.

4. Covşən-kəbir duasını oxumaq.

5. İmam Zamanın (ə.f) duasını oxumaq xüsusən bu gecədə təkid olunub. (Əllahummə Kunli vəliyyəkəl...)

6. İmam Hüseyn cənabların (əleyhis səlam) ziyarət etmək.

(Dua kitablarında hər üç gecəyə məxsus digər dualarda qeyd olunmuşdur).

 


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.sibtayn.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Hüseyn Aşura məktəbi bizim şərəfimizdir
Onlardan bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, ...
Fatimeyi- Zəhra (ə.s) - tanınmamış məsum
İRAQLILARIN MƏKTUB YAZMASI
Əhya gecələri və onun əməlləri
İmam Hüseyn əleyhissəlamın əqidəvi-siyasi vəsiyyətnaməsi
İmam Səccadın (ə) “Hüquq Risaləsi” adlı kitabı Hindu və Ordu dillərində ...
Zikrin gətirdiyi 21 səmərə
İLAHİ İRADƏ VƏ TƏQDİR ARASINDA OLAN RABİTƏ
Bu gün, Əziz İslam Peyğəmbəri (s) və 8-ci Məsum, İmam Cəfəri Sadiqin (ə) ...

 
user comment