Azəri
Monday 23rd of December 2024
0
نفر 0

Zikrin gətirdiyi 21 səmərə

Şeytan (lən) daima vəsvəsə etdiyi kimi, insan da daima zikrində olmalıdır. Mərhum Nəraqi bizlərə buyurur ki, vəsvəsədən xilas olmağın yolu - Allahı zikr etməkdədir. Zikrin gətirdiyi səmərələr:
1. Zikr pis fikirlərlə mübarizə aparar və şəhvəti tərk edər.
2. Həzrət Peyğəmbər (s) buyurur:“Əgər hər kim qəlb hüzuru ilə iki rükət namaz qılsa, əvvəlki və sonrakı günahları bağışlanar”.
3. Nəfsani istəklərlə mübarizə aparar.
4. Şeytan ordusunun qarşısında o zaman aciz oluruq ki, Allahdan yardım istəmirik. Zikr Allahı yada salır.
5. Hədislərdə oxuyuruq ki, hər bir insanın üzərində bir şeytan və iki mələk vardır. Zikr bizi mələklərə yaxınlaşdırar.
6. Əgər insanın həyatdakı qorxusu Allah üçün olarsa, şeytan heç bir zaman ona hakim olmaz.
7. İnsanın varlığı o zaman ki, boş olar, havayi-nəfslə dolu olar. Ancaq əgər bu boşluq zikrlə doldurularsa, şeytan üçün yer qalmaz.
8. Allah bəndəsi olmaq insanı şeytanın bəndəsi olmaqdan xilas edər.
9. Əgər qəlb qabınız zikrlə dolu olarsa, şeytani vəsvəsə üçün yer qalmaz.
10. Unutmayın ki, belə deyildir ki, insan həm Allahdan boş olsun, həm də şeytandan.
11. İnsanın ancaq bir seçimi var, ya Allah, ya da şeytan. Zikr insana Allaha seçdirər.
12. Allah, Rəhman adı ilə hər şeyi var edər, Rəhim adı ilə kamala çatdırar.
13. Hər gün inanaq ki, Rəhman Allah xüsusi bir rəhmətini bizdən qabaqda qərar vermişdir.
14. Əgər insan hər gün həmin günün lütfünü görərsə, şeytanın məkrindən amanda qalar.
15. Zamanın qədrini bilməmək, nigaran olmaq şeytandandır, ancaq zikr bunları bizdən uzaqlaşdırar.
16. Vaxtımızı pak fikir, əməl və niyyətlə dolduraq.
17. Əgər düzgün fikirləşməyi bilmirsənsə, zikrə pənah apar.
18. Zikrin nuraniliyi insana sağlam fikir hədiyyə edər.
19. Zikr nəfsani təhlükələri dəf edər.
20. Əxlaqi rəzillikləri aradan aparar.
21. Əxlaqi fəzilətlər əmələ gətirər.
Zikr davamlı olarsa, təsir qoyar. deyerler.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fatimeyi- Zəhra (ə.s) - tanınmamış məsum
İRAQLILARIN MƏKTUB YAZMASI
Əhya gecələri və onun əməlləri
İmam Hüseyn əleyhissəlamın əqidəvi-siyasi vəsiyyətnaməsi
İmam Səccadın (ə) “Hüquq Risaləsi” adlı kitabı Hindu və Ordu dillərində ...
Zikrin gətirdiyi 21 səmərə
İLAHİ İRADƏ VƏ TƏQDİR ARASINDA OLAN RABİTƏ
Bu gün, Əziz İslam Peyğəmbəri (s) və 8-ci Məsum, İmam Cəfəri Sadiqin (ə) ...
İmam Baqir əleyhissəlamın münazirələri
Quran oxumağın zahiri və batini ədəbi

 
user comment