Azəri
Monday 23rd of December 2024
0
نفر 0

İRAQLILARIN MƏKTUB YAZMASI

İRAQLILARIN MƏKTUB YAZMASI Nəhayət imam Hüseyn (ə)-a məktublar göndərildi. Məktub yazanlar islam ayinlərinin və şəriət hökmlərinin dəyişdirilməsinə təəssüf hissi keçirdiklərini qeyd etməklə yanaşı yazırdılar ki, biz Yezidi xəlifə saymırıq, yalnız səni imam olaraq qəbul edirik və Yezid tərəfindən Kufəyə hakim tə’yin olunmuş Nö’man ibni Bəşiri rəsmi olaraq hakim qəbul etmir və onun arxasında namaz qılmırıq. Kufədə əli qılınc tuta bilən 100000 min kişi sənə kömək et
İRAQLILARIN MƏKTUB YAZMASI

 İRAQLILARIN MƏKTUB YAZMASI

Nəhayət imam Hüseyn (ə)-a məktublar göndərildi. Məktub yazanlar islam ayinlərinin və şəriət hökmlərinin dəyişdirilməsinə təəssüf hissi keçirdiklərini qeyd etməklə yanaşı yazırdılar ki, biz Yezidi xəlifə saymırıq, yalnız səni imam olaraq qəbul edirik və Yezid tərəfindən Kufəyə hakim tə’yin olunmuş Nö’man ibni Bəşiri rəsmi olaraq hakim qəbul etmir və onun arxasında namaz qılmırıq. Kufədə əli qılınc tuta bilən 100000 min kişi sənə kömək etməyə hazırdır. Əgər onların də’vətini qəbul etməyib dini himayə etmək üçün ayağa qalxmasan Allah yanında cavabdeh olacaqsan.

Sonra yenidən məktublar göndərildi. Belə ki, ibni Əsir onların sayını 150-yə yaxın olduğunu yazmışdır. Lakin bə’ziləri məktubların sayını minə qədər qaldırmış, hətta bu rəqəmi həddindən artıq artırıb on iki minə çatdıranlar da vardır. Məktubların sayı lazımi həddi aşdıqdan sonra imam Hüseyn (ə) Kufə camaatını intizarda qoymamaq üçün onlara cavab verilməsini lazım və gərəkli hesab etdi. O, kiçik bir məktubda belə yazdı: E’tibar etdiyim əmim oğlu Müslimi sizin yanınıza göndərirəm ki, yaxından şəhərin vəziyyəti ilə maraqlanıb mənə mə’lumat versin, yazdıqlarınız doğru olsa sizin yanınıza gələcəyəm. Başqa bir tərəfdən bəni Üməyyə tərəfdarları, öz mənfəətlərini Dəməşqlə yanaşı olmaqda görənlər, həmçinin ağır günləri nəzərdən qaçırmayan kəslər Şama məktub yazıb göndərdilər. Yezidə yazırdılar ki, Kufəni, ümumiyyətlə İraqı əldən vermək istəmirsənsə oraya layiqli bir hakim göndərməlisən, çünki Nö’man ibni Bəşir bacarıqsız adamdır və ya özünü bilərəkdən belə aparır. Yezid rumlu müşaviri Sərcunla məşvərət edərək Bəsrənin hakimi olmuş Ziyadın oğlu Ubeydullahı Kufəyə hakim tə’yin etdi. Digər tərəfdən isə Müslim imamın məktubu ilə birgə Kufəyə getmişdi. Şəhər camaatı onu böyük təmtəraq, həyacan və istiqanlıqla qarşıladılar. O, özü pak əqidəli müsəlman olduğundan belə şövqlə ona bey’ət edən xalqın sonradan asanlıqla ondan ayrılıb ətrafını boş qoyacaqlarını belə, güman etmirdi. Camaatın bu istiqbalını gördükdə Hüseyn (ə)-a bir məktub yazdı: İraq və Kufə camaatı sənin tərəfdarındır və sənin gəlişini gözləyirlər, tezliklə İraqa gəlməyin məsləhətdir.


source : alhassanain
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QURAN VƏ YEDDİ QİRAƏT ÜSULU
ZEYDİYYƏ MƏZHƏBİNİN YARANMASI
İmam Hüseyn Aşura məktəbi bizim şərəfimizdir
Onlardan bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, ...
Fatimeyi- Zəhra (ə.s) - tanınmamış məsum
İRAQLILARIN MƏKTUB YAZMASI
Əhya gecələri və onun əməlləri
İmam Hüseyn əleyhissəlamın əqidəvi-siyasi vəsiyyətnaməsi
İmam Səccadın (ə) “Hüquq Risaləsi” adlı kitabı Hindu və Ordu dillərində ...
Zikrin gətirdiyi 21 səmərə

 
user comment