Azəri
Sunday 19th of May 2024
0
نفر 0

Bu gün bəzi rəvayətə görə Xanım Zəhranın (s) Şəhadətidir

 Bu gün bəzi rəvayətə görə Xanım Zəhranın (s) Şəhadətidir

Xanım Fatimə (s): "Bizə olunan zülümlər Bədir kini və Uhud döyüşlərindəki ölülərin qisasın (biz Əhli-Beytdən) almaqdan ötəri idi."

Bu gün bəzi rəvayətə görə Xanım Zəhranın (s) Şəhadətidir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bəzi hədislərə görə miladi tarixinin aprel ayının 5-nə təsadüf edən hicri qəməri tarixinin "Cəmadiul Ula" ayının 13-ü dünya xanımlarının Xanımı, əziz İslam Peyğənbərin qızı Fatiməi Zəhranın (səlamullahi əleyha) şəhadət günüdür.

Bu gün Ömər ibn Xəttab, Muğeyrə, Ömərin qulu Qonfoz başda olmaqla Peyğənbər ümmətindən bir iddəsi həzrəti Mühəmmədin (səlləllahu əleyhi və alih) öz ümmətinə tapşırdığı əmanətə, həzrəti Fatiməyə (səlamullahi əleyha) qarşı çıxaraq onu, öz evinin içərisində fiziki zərbələrə məruz qoymuş və qapı ilə divar arasında saxlyaraq bədəninə ölümcül xəsarətlər yetirmişdilər. Peyğənbər əmanətinə qarşı edilən nalayiq əməllər nəticəsində bu günkü gündə Xanım Zəhra (səlamullahi əleyha) aldığı zərbələrdən şəhadətə yetmişdir.

Biz ABNA olaraq bü müsübəti başda İmam Zaman (Allah onun zühurun tezləşdirsin) həzrətlərinə, onun haqq naibi İmam Xameneiyə və həmçinin bütün bəşəriyyətə dərin hüzünlə baş sağlığı veririk. Və Xanım Zəhranın şəhadəti ilə bağlı bir neçə hədisi siz ziyarətçilərimizə təqdim edirik:

1 - İbni Əbbas Peyğənbərdən (səlləllahu əleyhi və alih) belə rəvayət edir: "Qızım Fatimənin məndən sonra zülmə məruz qaldığını və Atacan! Deyərək fəryd çəkdiyini sanki görürəm. Ümmətimdən bir kəs yoxdur ki, qızımın fəryadına çatsın."

Xanım Zəhra (səlamullahi əleyha) bu sözləri eşitcək ağlamağa başladı Peyğənbər (səlləllahu əleyhi və alih) qızının ağlamağın görcək belə buyurdu: "Ağlama qızım..."

Xanım Zəhra (səlamullahi əleyha) atasına belə cavab verdi: "Mən sizdən sonra məruz qalacağım zülümlərə görə ağlamıram. Ey Allahın Rəsulu! Mənim ağlamağım sizin ayrılığınıza görədir."

(Əllamə Məclisi, Biharul-Ənvar, 43. c. 156. s. 2. riv.)

2 - "Mənaqib" kitabında deyilir: Ümmü Sələmə Fatimənin (səlamullahi əleyha) yanına gəldi və soruşdu: "Necə sabahladınız, ey Rəsulullahın qızı?"

Fatimə (səlamullahi əleyha) belə buyurdu: "Peyğəmbəri itirməkdən və onun vəsisinə edilən zülmə görə şiddətli hüzn və qəm içindəyəm. Allaha and olsun! Vəsilik (İmamət) pərdəsi yırtıldı! Allahın Quranında əmr etdiyi və Rəsulullahın (sallallahu əleyhi və alih) Quran təvilində bəyan etdiyi İmamət məsələsinin tam əksinə hərəkət edildi. Lakin bütün bu özbaşnalıq və zülümlər, Bədir kini və Uhud döyüşlərindəki ölülərin qisasın (biz Əhli-Beytdən) almaqdan ötəri idi."

Əllamə Məclisi, Biharul-Ənvar, 43. c. 156. s. 5. riv.

 

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Tibb sahəsində Müsəlmanların elmi nailiyyətləri
Hazrat Fatima (S.A) is the Master of All of the Worlds’ Women
Rüşvət
ABNA Qadınlar Bayramı münasibətilə təbrik edir (Xanım Zəhra haqqda qısa ...
Öz evində ...
Məgər kitabdan (Tövrat və İncildən) bir pay verilmiş kəsləri görmədinmi ki, ...
On ikinci İmamın (əc) məqamı ilə tanışlıq
Ümrənin növləri
İmam Həsən Əskəridən (ə) hədislər

 
user comment