Daha sonra hər bir məzhəbin ardıcılları öz adətlərinə uyğun olaraq, Bayram Mərasimini qeyd ediblər. Qeyd ounan gecə bütün məzhəb ardıcılları üçün xoş bir gecə olaraq yadda qalıb.
Misirdə, Xanım Zeynəbin (s.ə) Milad Bayramı təntənəli sürətdə qeyd edilib + Foto
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Əhli Sünnə qardaşlarımızdan nəql olunan rəvayətə görə, Hicri Qəməri tarixi ilə, 25 Rəcəb (5 iyun 2013 tarixə təsadüf edir) Xanım Zeynəbin (səlamullahi əleyha) təvvəlüd günü kimi qeyd olunur. Bu münasibət ilə, Misirin müxtəlif İslam məzhəblərindən olan minlərlə Əhli-Beyt (əleyhimus səlam) aşiqləri, Paytaxt Qahirədə yerləşən Xanım Zeynəb (səlamullahi əleyha) adına meydan və Məsciddə toplaşaraq, möhtəşəm bayram mərasimi qeyd ediblər.
5 iyun tarixində, Qahirənin "Seyyidətu Zeynəb" (səlamullahi əleyha) adlı meydanına, həmçinin Xanımın burada yerləşdiyi "Məqam"ına, Misirin müxtəlif bölgələrindən təşrif gətirmiş minlərlə ziyarətçi Bayram Mərasimin qeyd etmək mqsədi ilə toplaşıb.
Qeyd olunan Bayram, hər olduğu kimi bu il də, ənənəvi olaraq gecənin ikinci yarısından başlayaraq, Sübh namazına qədər davam edib. Mərasimdə, Quran Kərim tilavətləri, İlahi nəğmələr və dualar oxunub.
Daha sonra hər bir məzhəbin ardıcılları öz adətlərinə uyğun olaraq, Bayram Mərasimini qeyd ediblər. Qeyd ounan gecə bütün məzhəb ardıcılları üçün xoş bir gecə olaraq yadda qalıb.
Mərasimdə hər il olduğu kimi, bu ildə Xanım Zeynəbin (səlamullahi əleyha) Qahirədəki Hərəmi və həmçinin Zeynəbiyyə məntəqəsi xüsusi dekorla bəzədilmişdir.
source : www.abna.ir