Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Abbasilər sülaləsinin zalım hökmüdarı Məmun (Allah onu qəzəbinə düçar etsin) Şiələrin qiyam edib İmam Rza (əleyhis səlam) ilə biət etmələrindən hürküyərək, Hicri Qəməri tarixi ilə 201-ci ildə İmam Rzanı (əleyhis səlam) zor gücü ilə Mədinədən İrana, indiki Türkmənistan respublikasının Mərv şəhərinə, öz sarayına gətizdirir.
Həzrəti İmam Rzanın (əleyhis səlam) 203-cü ilə kimi, ömürünün son anları və Şəhid olan günəcən başına gələn müxtəlif hadisələr, Abbasilər sülaləsinin başçısı Məmun (əleyhi lənətullah) ilə İmam Rzanın arasında baş verən dialoqlar, Məmunun (əleyhi lənətullah) İmama icbar etdiyi “Vilayəti Əhdlik” macərası və.s. tarixi hadisələr hammısı bu məkanda baş verib.
Aşağıda müşahidə edəcəyiniz xarabalıq vaxtı ilə Abbasilər sülaləsinin ən əzəmətli saraylarndan biri sayılan, Məmun sarayı və bu sarayın daxilində tikilmiş kiçik bir yaşayış məkanı olan İmam Rzanın (əleyhis səlam) yaşayış evinin dağılmış divarlarıdır.
Təsüflə qeyd etməliyik ki, Türkmənistan respublikasının Mədəniyyət nazirliyinin baxımsızlığı üzündən bu böyük və Tarixi bir məkanın bərpası yönündə heç bir ciddi addımlar atılmamış və nəticədə iki qonşu ölkə tarixi aram-aram məhv olaraq yoxa çıxmaq üzrədir...