Azəri
Tuesday 7th of May 2024
0
نفر 0

ABNA Qadınlar Bayramı münasibətilə təbrik edir (Xanım Zəhra haqqda qısa anlayış)

Allahın Peyğəmbəri(s):«Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəzəbləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.»
[Əllamə Məclisi, "Biharul Ənvar", c. 43, səh. 23, hədis 17]

ABNA Qadınlar Bayramı münasibətilə təbrik edir (Xanım Zəhra haqqda qısa anlayış)


Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün həzrəti Xanım Fatimənin (əleyha səlam) anadan olan günüdür. Bu gün sözün əsl mənasında Qadınlar Bayramı günüdür.

Biz ABNA olaraq dünya müsəlmanlarının bu sevincinə qoşulur və misilsiz bayram münasibəti ilə başda İmam Zaman (Allah Təala onun şərəfli gəlişini tezləşdirsin) həzrətləri və onun haqq naibi İmam Xamenei cənabları olmaqla, bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edirik.

 

Xanım Zəhra (səlamullahi əleyha) haqqda qısa anlayış:

Xanım Fatimə (səlamullahi əleyha) miladi tarixi ilə 614-cü ildə, hicrətdən qabağ Cəmadiyəl Axırin 20-sində Məkkədə dünyaya göz açıb. Həzrəti Fatimə (səlamullahi əleyha) Əziz İslam Peyğəmbəri həzrəti Məhəmməd ibn Əbdullahın (səlləllahu əleyhi və əla abaihi və alihi səlam) 18 yaşına qədər yaşaya bilən yeganə övladıdır. Digər övladları isə hələ uşaq ikən vəfat etmişdir. Xanım Fatimənin (səlamullahi əleyha) uşaqlıq illəri Məkkədə keçmişdir.

622-ci ildə atası ilə birlikdə Mədinəyə köçmüşdür. 623-cü ildə əmisi oğlu, Peyğəmbərin Canişini, Allah Təalanın yer üzündə Peyğəmbərdən sonra təyin etdiyi Xəlifəsi, Mömünlərin ağas,ı Əli ibn Əbu Taliblə (əleyhiməs səlam) ailə həyatı qurmuş və ondan İmam Həsən (əleyhis səlam) (624), İmam Hüseyn (əleyhis səlam) (626) adında 2 oğlu, Zeynəb (səlamullahi əleyha) (626) adında da 1 qızı olmuşdur.

8 iyun 632-ci ildə Xanım Fatimənin (səlamullahi əleyha) atası Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alih) şəhid edilir. Atası İslam Peyğəmbəri hələ xəstəliyi zamanı Fatimənin ondan sonra ona qovuşacaq ilk şəxs olacağını ona vədə verir. İslam Peyğəmbərinin şəhadətindən sonra Müsəlmanlar Allah buyurduğlarından üz çevirərək, Allahın Xəlifə təyin etdiyi şəxsə biyət lərini sındıraraq 632-ci ilin iyun ayında "Səqifə məclsi"ni təşkil verirlər. Bu işdən xəbərdar olan Əbu Bəkir (Allah öz rəhmətini onlardan uzaq etsin) və Ömər (Allah öz rəhmətini onlardan uzaq etsin) Bəni Övsla Xəzrəc tayfalarının Səqifə məclsinə özlərini çatdıraraq, Əbu Bəkiri (Allah öz rəhmətini onlardan uzaq etsin) xəlifə seçirlər. Lakin bəzi səhabələr o cümlədən Fatimə (səlamullahi əleyha) və onun həyat yoldaşı Əli ibn Əbi Talib (əleyhiməs səlam) bu işin haram olduğunu deyərək bunu bidət adlandırırlar. İslam Peyğəmbərinin şəhadətindən sonra xilafəti qəsb etmiş Əbu Bəkir (Allah öz rəhmətini onlardan uzaq etsin), Xanım Fatiməyə (səlamullahi əleya) atasından ona miras qaldığı Fədək bağnı müsadirə edir.

 

Xanımın Şəhadəti

Xanım Fatimə Cəmadiyəl Axır ayının 3-də Mədinədə şəhid edilib. Onun şəhid olmasına səbəb evinə hücum olunması nəticəsində qapının qarın nahiyəsinə yetirdiyi ağır zədə nəticəsində iç qanama keçirməsi olmuşdur. Bu haqda Hicri Qəmərinin 235-ci ildə vəfat etmiş İbn Əbu Şeybə belə yazır:

"...Ömər Fatimənin evinə tərəf yollandı və onun evinə yetişəndə dedi: - Ey peyğəmbərin qızı and olsun Allaha sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin and olsun Allaha bu məhəbbət heç vaxt başına yığdığın adamlara görə evi yandırmaq əmrini verməkdə mənə mane ola bilməz"

[İbn Əbu Şeybə, "əl Musənnəf", c. 7, Kitabu Məğazi - ma caə fi xilafət Əbi Bəkr, səh. 432, hədis 37045, Beyrut]

Daha sonra olan hadisələr haqqında isə HQ 276-cı ildə vəfat etmiş İbni Quteybə yazır:

«....Sonra Əbu Bəkr Öməri Əlinin evinə yığışanların ardınca göndərdi. Onlar evdən çıxmaqdan imtina etdilər. Bu zaman ömər əmr etdi ki, odun gətirsinlər və Əlinin evinə yığışanlara dedi:- And olsun o kəsə ki, ömərin canı onun əlindədir! Gərək evdən çıxasınız. Əgər evdən çıxmasanız evi içindəkiləri ilə yandıracağam. Orada olanlardan biri Ömərə dedi: - Bilirsən ki, Fatimə də evdədir? Ömər dedi: - Hətta Fatimə də evdə olsa belə yandıracağam....»

[İbn Quteybə, "əl İmamətu vəs Siyasət", c.1, səh. 12, Misir]

"Əbu Bəkr Əlidən beyət almaq üçün onun ardınca adam göndərdi, amma Əli beyət etmədi. Bu vaxt Ömər Əlində məşəl Əlinin evinə tərəf yollandı. Fatimə qapının arxasından Ömərə dedi:- Ey Xəttabın oğlu nə xəbərdir, mən səni evimin qapısını odlayan görürəm? Ömər dedi:- Bəli! Məni inkar etmək sənin atanın dinindən ağırdır"

[Bəlazuri, "Ənsabul-əşraf" c. 1, səh. 576, Səqifə əhvalatı, hədis 1184, Misir]

«Təlhə, Zubeyr və mühacirlərdən bir dəstə Əlinin evində cəm olduqları bir vaxt Ömər ibn Xəttab ora gəlib dedi:-And olsun Allaha əgər beyət etmək üçün çölə çıxmasanız evi sizin üstünüzə yandıracağam»

[Təbəri, "Tarixi Təbəri", c. 2, səh. 443, Beyrut]

Sonradan I Ərəb İslam xəlifəsi Əbu Bəkir bu hadisə haqqında belə demişdir :

Ulvan ibn Davud əl-Beceli, Humeyd ibn Əbdurrahman-Salih ibn Keysan-Humeyd b. Əbdürrəhman ibn Avf isnadı ilə atası Əbdürrəhman ibn Avftan belə rəvayət edər: Vəfat etdiyi xəstəliyində ziyarət üçün Həzrəti Əbu Bəkrin hüzuruna gedib salam verdim... Əbu Bəkr belə dedi: Mən isə, dünyada etdiyim üç şeyə kaş ki etməsəydim, etmədiyim üç şeyi də kaş ki etsəydim, üç şeyə də nə ola bunları Peyğəmbərə s. a. a soraydim deyə kədərlənirəm. Kaş ki etmeyeydim dediyim üç şey: 1) Kaş ki Fatimənin evinə hücum etməsəydim !...

(1 Təbərani, "Mucəm əl-Kəbir", c. 1, s. 62

2 Təbəri, "Tarixi Təbəri", c. 3, s. 429-430

3 ibni Əsakir, "Tarix", c. 30, s. 417-418

4 əz-Zəhəbi, "Tarix əl-İslam", c. 3, s. 118

5 Muttəqi Hindi, "Kənzul Ummal", c. 5, s. 252, Hədis : 14113

6 ibn Əbil Hədid "Şərhi Nəhcül Bəlağə" c. 2, s. 47

7 Məsudi, "Murucuz Zəhəb", c. 2, s. 194

8 Əbu Abdullah Məhəmməd ibn Əbdülvahid ibn Əhməd əl Məqdisi, "Əl Əhadisil Muxtara", c. 1, səh. 90)

 

Haqqında nəql olunan kəlamlar

"Xanım Fatimeyi Zəhranın (ə) namazda Allah-taalanın qorxusundan nəfəsi çətin gedib-gələrdi."

[Əllamə Məclisi, "Biharul Ənvar", c. 70, səh. 400, hədis 72]

Allahın Peyğəmbəri(s):«Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.»

[Şeyx Tusi, "Əmali", səh. 300]

İmam Sadiq (ə):«Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra.»

[Şeyx Səduq, "Əmali", səh. 474, hədis 18]

Umarə:«İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün «Zəhra» (parlaq) adlandırıblar?» Buyurdu:«Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.»

[Məani əl-Əxbar, səh. 64, hədis 15]

Allahın Peyğəmbəri(s):«Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəzəbləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.»

[Əllamə Məclisi, "Biharul Ənvar", c. 43, səh. 23, hədis 17]

Allahın Peyğəmbəri(s):«Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir.»

[Şeyx Səduq, "Əmali", səh. 394, hədis 18]

Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dünya xanımlarının xanımıdır.»

[Əllamə Məclisi, "Biharul Ənvar", c. 43, səh. 22, hədis 13]

Allahın Peyğəmbəri(s):«Fatimə Cənnət xanımlarının xanımıdır

[Əhməd ibn Hənbəl, "Müsnəd", c. 3, səh. 80]

Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dünyanın - yaradılışın əvvəlindən sonuna kimi - bütün qadınlarının xanımıdır.»

["Nurus Səqəleyn", c. 1, səh. 338, hədis 135]

Allahın Peyğəmbəri(s) Fatimə əleyhəs-səlama buyurub:«Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur.»

["Kənzul Ummal", hədis 37725]

İmam Əli (ə) Fatimə əleyhəs-səlamı torpağa tapşırarkən buyurmuşdur:«Salam olsun sənə ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbrim tükəndi və güc və taqətimi əldən verdim. Amma sənin böyük kədər yaradan ayrılığın və səni itirmənin böyük müsibəti belə bir vaxtda mənim təsəlli amilimdir. Çünki başının mənim sinəmdə olduğu, mənim qucağımda can verdiyin və öz əlimlə başını qəbrinin daşı üzərinə qoyduğum anları heç vaxt unutmaram. Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Budur (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah mənim üçün sənin olduğun diyarı seçincəyə qədər, mənim (sizin ayrılığınız üçün olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla keçəcək. Tezliklə qızın səni ümmətinin və bir-birləri ilə əlbir olanların ona olan zülmlərindən və haqqını qəsb etmələrindən xəbərdar edəcək. Bütün baş verənləri ondan soruş və vəziyyət barəsindəki xəbərlərin hamısını ondan xəbər al. Bu zülmlər baş verərkən sənin getməyindən elə də çox zaman keçməmişdi və xatirələrin itməmişdi. Salam olsun sizə, bezikmək deyil vida salamı! Buna görə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil.Əgər qalsam, bu, Allahın səbr edənlərə vəd etdikləri barəsində pis gümanda olmağımdan deyil.»

[Nəhcül Bəlağə, xütbə 202]

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslam yaxınlığın zaman və məkanı üçün xüsusi şəraiti təyin edibdirmi?
Qadın öz pulu ilə həccə getmək istəyir, amma əri icazə vermir və getməyə ...
CAHANIN ƏN ŞƏRƏFLI QONAĞI
Kumeyl duasının şərhi
Quranın hikmətləri bir daha təsdiqləndi
GÜNAHKARIN TÖVBƏSİ QƏBULDUR
ƏL-QƏSƏS ‏ SURƏSI
Bu gün bəzi rəvayətə görə Xanım Zəhranın (s) Şəhadətidir
İ.Əliyevə göndərilən məktubda İslamçı jurnalistlərin də adı var
İNSANIN FORMALAŞMA MƏRHƏLƏLƏRI-3

 
user comment