Azəri
Friday 27th of December 2024
0
نفر 0

Aşura və dəyərlər

Aşura və dəyərlər

AŞURA VƏ DƏYƏRLƏR
Bunlardan biri də öz əzəməti ilə seçilən möhtəşəmliyi ilə yaşayıb günümüzə qədər gəlib çatmış Aşura hadisəsidir. Hər il Məhərrəm ayının 10-u (ərəbcə əşərə - 10 deməkdir. «Aşura» sözü burdan gəlir) müsəlmanlar matəm günü kimi qeyd edir və bu artıq bir mədəniyyət halını almışdır. Hamının bildiyi kimi, həmin tarixdə 5-ci məsum İmam Hüseyn (ə.s) şəhadətə yetişmişdir. Tarixə nəzər saldıqda görürük ki, İmam Hüseynə (ə) qədər və ondan sonra bir neçə məsumlarımız şəhid olmuşlar. Etiraf etməliyik ki, digər məsumların şəhadət günlərinin sırasında Aşura günü öz əzəməti ilə seçilir. Bəs görəsən bu müstəsnalığın səbəbi nədir? Bu müstəsnalıq bəzilərinin dediyi kimi süni bir formallıqdan ibarətdirmi? Yoxsa köklü bir əsası var? Bu suallara cavab vermək üçün müxtəlif dəyər müstəvilərindən Aşura hadisəsinə baxmağa çalışaq. Daha doğrusu, İslamdan kənar nəzərlərin və İslamın özünün bu hadisəyə necə qiymət verməyini bir qədər araşdıraq. Daha sonra isə Aşuranın özünün dəyərlərə nə kimi təsir etdiyinə də fikir vermək yerinə düşərdi.
Ümumiyyətlə bu mövzunu əhatə etmək üçün ilk öncə "dəyər" anlamının özünə bir açiqlama gətirmək lazımdır. Nədir "dəyər"? İnsanlar nəyi dəyərləndirirlər? Dəyərin özünün doğru olub-olmamasından asılı olmayaraq insanlar nəyisə görür, hiss edir, onu dəyərləndirə bilirlər. Məsələn: əgər bir adam özünün mömin olduğunu iddia edirsə, əməllərində, rəftarında isə bu hiss olunmursa, imanın görünməz olduğuna baxmayaraq, heç kim onu mömin kimi qiymətləndirməyəcək. Buradan belə çixir ki, dəyərləndirilən nəsə üzdə olan, görünən bir şeydir. Bəs nədir bu?
Bir az da mövzudan uzaqlaşaq... Bəşər tarixində Yer üzünə çoxlu peyğəmbər gəlmişdir. Bunların hamısı da Allahın təkliyindən xəbər vermiş, insanları düzgün yola çağırmışlar. Bu bütün peyğəmbərlərin missiyalarında olan ümumi bir cəhətdir. Amma peyğəmbərlərin hərəsinin özünə məxsus fərqli cəhətləri də olmuşdur. Belə ki, sonuncu peyğəmbərimiz Həzrət Muhəmməd (s) öz missiyasi haqqında belə demişdir: "Həqiqətən mənim peyğəmbərliyə seçilməyimdə məqsəd - ən gözəl, ən üstün əxlaqları kamala çatdirmaqdan ibarətdir". Sanki Peyğəmbərimiz özündən əvvəlki peyğəmbərlərin gətirdiyi tövhidi dinləri insanların etdiyi müdaxilələrdən təmizləmiş və üzərini gözəl və möhkəm əxlaq pərdəsi ilə örtmüşdür və bununla da bütün peyğəmbərlərin işini sona çatdirmişdir. Necə ki, meyvənin qabığı onu kənar amillərdən qoruyur və həm də onu gözəlləşdirir, əxlaq da eləcə tövhid dəyərindən tutmuş füruiddinə qədər bütün təbəqələrin üzərini örtmüş, onları həm qoruyur, həm də onların nurunu özündə əks etdirir, gözəlliyini ətrafa saçır.
Burdan belə nəticəyə gəlmək olar ki, həmin üzdə olan, görünən, dəyərləndirilən elə çox vaxt əxlaq olur.
Qayıdaq Kərbəla hadisəsinə. Kərbəla hadisəsinə kənardan nəzər saldıqda ilk öncə nəzərə çarpan yüksək əxlaqdir. Amma bir qədər irəli getdikcə İslam dininin nəzəri şəklidə olan bütün qatlarının, tərəflərinin Kərbəla hadisəsində canlandığının şahidi oluruq. Kərbəla hadisəsində üsuliddinin hər bir bəndinin kamil təcəssümünü görmək mümkündür və bunlarin hər biri ayri-ayriliqda uzun-uzadı təhlil olunası mövzulardır. Kərbəla hadisəsinin islami nəzərdən ən böyük qiymətini isə elə bu hadisənin içində olanlar özləri vermişlər. Xanım Zeynəbin "Mən burda gözəllikdən başqa bir şey görmədim" sözləri Aşuranın əsl dəyərini ifadə edir. İmam Hüseynin (ə) "Zillət bizdən uzaqdir!" şüari zülmə baş əyməyən, yüksək izzəti-nəfsə malik, ali əxlaqlı kamil insandan xəbər verir. Burada Peyğəmbərimizin gətirdiyi kamil əxlaqın praktik şəkildə şahidi oluruq.
İslamdan kənar məktəblərə gəldikdə isə, dünyanın bir çox məşhur insanlarının Kərbəla hadisəsi haqqındaki fikirləri, onların Aşuraya verdikləri dəyər müxtəlif kitablarda, yazılarda rast gəlinir. Məsələn: qərb alimi Murik Dukber yazir: "əgər tarixçilərimiz Aşuranın mahiyyətini anlasaydılar, buna sadə baxmazdılar. Çünki Hüseyn ardıcılları zəlillik və acizliyə baş əyməzlər. Çünki onların əsas şüarları zülmə baş əyməmək, təslim olmamaqdır." M.Qandi isə demişdir: "Mən mübarizəni Hüseyndən öyrəndim."
Ümumiyyətlə, yer üzündə müxtəlif keyfiyyətləri əsas dəyər hesab edən bir-birindən fərqli əxlaqi məktəblərin hansi birinin prizmasından Kərbəla hadisəsinə baxsaq, onların hər birinin dəyər meyarının orada tapmış olacağıq. Məsələn: bu məktəblərdən hansısa üçünsə iradə dəyərdir - onlar Kərbəlada əsl dəyər görəcəklər. Hansı üçünsə məhəbbət dəyərdir - onlar Kərbəlada ən ali məhəbbətə şahid olacaqlar. Kimlər üçünsə gözəllik dəyərdir, ədalət dəyərdir - onlar Kərbəlada misli görünməmiş gözəlliyin, yüksək ədalət uğrunda mübarizənin şahidi olacaqlar və s.
Kərbəla hadisəsinin özünün dəyərlərə təsirinə gəlincə, diqqət etsək, bayaqdan bəri müxtəlif cəhətlərdən, dəyər sistemlərindən Aşura hadisəsinin dəyərləndirilməsi elə Aşuranin özünün onlara təsirinin nəticəsidir. Sanki,müxtəlif formalı güzgü parçaları vahid günəşin şüalarını əks etdirir - hərəsi özünə tərəf bu şüanın düşmə bucağına uyğun olaraq. Amma bunların arasında elə güzgü parçaları var ki, bu şüalari əks elətdirə bilmir. Çünki, əks tərəfə baxır bu güzgülər. Bu günəşin nöqsanı deyil. Kimlər Kərbəla hadisəsinin gözəlliklərini görə bilmirsə, hiss edə bilmirsə özlərində dəyişiklik aparmalıdırlar. Öz dəyər güzgülərini doğru səmtə yönəltməlidirlər. Budur İmam Hüseynin (ə) şəhadətinin əbədiyaşarliğının sonsuz səbəblərindən biri. İmam Hüseyn (ə) hərəkatı dəyərlərdə inqilab yaratdi. Bu inqilab hələ də davam edir. Aşura haqqında təsəvvürü olmayan adam ilk baxişda çox bəsit görünən bu hadisəyə əvvəlcə təəccüb edir. Bu təəccüb həmin adamı hadisənin mahiyyəti ilə maraqlanmağa məcbur edir. Maraq isə həqiqətləri üzə çıxarır. Həqiqəti dərk edən insan isə artiq əvvəlki insan olaraq qala bilmir. Hər kəs öz tutumuna görə bu gözəllikdən, bu kamillikdən bəhrələnir. Hər kəs öz durumuna görə İmamət günəşinin nuru ilə işıqlanır. Qoy Uca Allah bu dünyada və axirətdə bizləri bu nurdan ayri salmasın...
deyerler.org


source : www.sibtayn.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM HÜSEYNİN (Ə) İRAQA DOĞRU HƏRƏKƏTİ
MÜBAHİLƏ AYƏSİ
Atasın zinəti
Nümunəvi oructutanlar
Pеyğәmbәrdәn (s) 100 hәdis
Quran oxu sən ...
İmam Həsən Müctəba (ə) (1)
Həzrət Sukeynənin (Səkinənin əleyha salam) türbəsinə hücum edilib
İKİNCİ HEKAYƏT
Məhərrəm ayının 15-ci günü

 
user comment