MÜQƏDDİMƏ
«Əhli-Beyt» kəlməsi həzrət Peyğəmbəri (s) sevən, ona iman gətirən və o Həzrətin yolunu gedən hər bir müsəlman üçün, parlaq, əzizlənən və əbədi bir kəramətin nişanəsi olan müqəddəs addır.
Onlar Qur᾽ani-kərimin üfüqündə ilahi vəhy vasitəsilə bu əzəmətli ləqəblə məşhurlaşdıqdan sonra, müsəlmanlar bu mübarək adı tanımış və başa düşmüşlər ki, Rəbbimiz bu müqəddəs ifadəni insanlıq dünyasında zahir olan misilsiz şəxslərə bəxş etmişdir.
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
«Həqiqətən Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb və sizi pak və pakizə etmək istəyib.» (Əhzab-33)
Bu mübarək ayənin nazil olması ilə islam cəmiyyətində həqiqi hərəkət yolu və yüksək hədəflərə gedən ideologiyanın hüdudları müəyyən olmuşdur. Qur᾿ani-kərim bu tə᾿birlə nəzərləri Əhli-beyt (ə)-a doğru cəlb etmiş və onların islam ümmətinin həyatındakı rolunu açıqlayıb, bu şərif ayənin mə`nasını yalnız onlara aid etmişdir. İslami elm və maarif sahəsində tədqiqat aparan və müsəlmanların həyatı haqqında mə᾽lumatı olan hər bir şəxsə mə᾿lumdur ki, bu böyük hadisənin islam xalqlarının həyatında, islam tarixinin meydana gəlməsində və islam mədəniyyətinin yaranmasında nə qədər yüksək rolu vardır.
Bu ayə həzrət Peyğəmbərdən (s) sonra, tarixi hərəkatların mərkəzini islam qanunlarına və məntiqinə uyğun bir şəkildə müəyyən etmişdir. Allah bu seçilmiş nəslə (Əhli-beyt (ə)) bu mübarək keyfiyyəti (bütün günahlardan, pisliklərdən və xətalardan pakizə olmağı) əta etdikdən sonra, fəzilətin ən üstün dərəcəsini onlar üçün isbat etmiş və islam cəmiyyəti üçün ən layiqli rəhbərlər tə᾽yin etmişdir. Bu seçki Qura᾽nın insanların yaranışında olan ümumi fəlsəfəsinə tam müvafiqdir. Allah-taala Hücurat surəsinin 13-cü ayəsində bu barədə (insan yaranışında olan ümumi məqsəd haqqında) buyurmuşdur:
...إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ
«...Allahın nəzərində ən əziz və üstün adamlar, sizin daha çox imanlı və təqvalı olanlarınızdır.»
Qur᾽ani-kərimi və həzrət Peyğəmbərin (s) müqəddəs şəriətini mütaliə edən hər bir kəs görər ki, Əhli-beytin (ə) çox yüksək bir məqamı və ülviyyəti vardır. Bu barədə islam tarixində bütün məzhəb və təriqətlərdə tanınmış rəhbərlər, alimlər, təfsirçilər, hədis raviləri, tarixçilər, fəqihlər, ariflər və abidlər hamısı geniş söhbət açmışlar. Müxtəlif məzhəblərdən olan müsəlmanların yazdıqları hədis, sirə, tarix, ədəbiyyat, şe᾽r və s. kitablarda Əhli-beytə (ə) böyük əhəmiyyət verilmiş və onlar üçün xüsusi və əzəmətli bir məqam bəyan edilmişdir. Mö᾽minlərin imanının, həzrət Peyğəmbər (s) və Əhli-beyt (ə)-a bəslədikləri məhəbbətin dərəcəsi ilə ölçülməsi, onların tə᾽rif və mədhlərinin bəyan edilməsi ilə qəlblərdəki məhəbbətin artırılması, onlara zülm edən şəxslərə qarşı düşmənçilik hissinin bəslənilməsi və onların dərdinə şərik olub, narahatlıqlarının izhar olunması yolunda müsəlmanların bir-birləri ilə rəqabət etmələri dediyimiz mətləbi bir daha sübut edir.
Əhli-beyt (ə) elm, təqva, əxlaq, şərəf və həqiqət yolunda dönməzliyin, islamı elm və silah ilə müdafiə etməyin, zülmə, ədalətsizliyə qarşı mübarizə aparmağın misilsiz simvoludur. Ona görə də bütün müsəlmanlar inanırlar ki, bu ümmətin içərisində Allah-taala Əhli-beyt (ə)-dan başqa heç kəsə bu məqamı verməmişdir. Bəli, Allah ancaq bu sülaləni bütün günah və pisliklərdən pakizə etmişdir.
Allah yalnız onların dostluğunu bu ümmətə vacib etmiş və onları sevməyi müsəlmanların həzrət Peyğəmbərə (s) olan vəzifə və borcları kimi tə᾽yin etmişdir.
ذَلِكَ الَّذِي يُبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى وَمَن يَقْتَرِفْ حَسَنَةً نَّزِدْ لَهُ فِيهَا حُسْنًا إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ
«Ey Peyğəmbər, müsəlmanlara söylə ki, mən sizdən peyğəmbərlik yolunda çəkdiyim zəhmətlərin qarşısında Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm. Hər kəs yaxşılıq edərsə, biz də onun yaxşılıqlarını artırarıq.» ( Şura surəsi, ayə 23)
Həmçinin, Allah-taala onlara gündə beş vaxtda qılınan namazda salavat göndərməyi vacib etmiş, onların adını həzrət Peyğəmbərin (s) adı ilə yanaşı gətirmişdir. Allah-taala Qur᾽ani-kərimdə buyurub:
إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
«Şübhəsiz Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. (Siz də) ona (Peyğəmbərə) salavat və salam göndərin.» (Əhzab surəsi, ayə 56)
Müsəlmanlar həzrət Peyğəmbərdən (s) hansı şəkildə ona salavat göndərmələrini soruşanda, onlara bu qaydada salavat göndərməyi öyrətdi:
«Deyin: Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat göndər, necə ki, İbrahim peyğəmbər və onun övladına salavat göndərdin. Sən həqiqətən yüksək və ibadət olunmuş varlıqsan.»
Deməli, ümmətin içərisində bu xüsusiyyətlərə malik olan ayrı heç bir kimsə yoxdur. Elə buradan da Əhli-beytin (ə) əzəmət və məqamları, onları sevməyin vacibliyi və onlara tabe olub getdikləri yol ilə getməyin bütün müsəlmanlara lazım olduğu mə᾽lum olur. Qur᾽ani-kərimin Əhli-beyt (ə) haqqında bu qədər tə᾽kid edərək, onların əzəmət və məqamlarını tanıtmağından əsas məqsədi budur ki, hamı onları sevsin və həqiqi islamı məhz bu müqəddəslərdən öyrənsin. Bəli, Qur᾽an onları əqidə, məktəb və ideologiyaları üçün bu şəkildə tanıtdırmışdır. Eyni zamanda Qur᾽anın və həzrət Peyğəmbərin (s) Əhli-beyti (ə) bu şəkildə təqdim etməsi, hər bir müsəlmanı düşünməyə və seçilmiş insanları daha yaxşı tanımağa məcbur edir.
QUR`ANDA ƏHLİ-BEYT ƏLEYHİSSALAM
Qur᾽ani-kərim düşüncə, qanun və hikmət qaynağıdır. Qur᾽anda olan kəlamların hamısı vəhy və Allahın müqəddəs ayələridir ki, insanların həyat və məişət qanunlarını göstərmək və müəyyən etmək üçün nazil olmuşdur. Bütün müsəlmanlar bilirlər ki, bu qanunlar şəriət və həyatın bütün sahələrini əhatə edir və buna görə də onlara əməl edib, onun işığında hərəkət etmək zərurətdir.
Qur᾽an müxtəlif şəkillərdə Əhli-beyt (ə) haqqında bəhs etmişdir:
1. Bə᾽zən xüsusi ifadələr və adlarla onlardan söhbət açır: Məsələn, Qur᾿anda «Əhli-beyt», «Zəvil-qurba» və bu kimi sair ifadələrlə rastlaşırıq. Bu keyfiyyətlə bir çox ayələr nazil olmuşdur ki, onlar həzrət Peyğəmbərin (s) zamanında onun söylədiyi hədislər vasitəsi ilə açıqlanmışdır. O hədislər müasir təfsirçilərin və hədis söyləyən ravilərin kitablarında mövcuddur.
2. Bə᾽zən də Əhli-beyt (ə)-a aid olan hadisələri zikr edir və bu vaqiələr barədə nazil olan ayələrlə onların fəzilət və məqamlarını açıqlayır. Bununla da ümmətin diqqətini onlara cəlb edir. Bu ayələrin bəzilərində Əhli-beyt (ə)-ın hamısından söhbət gedir. Məsələn, «Ali İmran» surəsinin 61-ci ayəsi «Mübahilə» və «Dəhr» surəsində olan «It`am» ayəsini buna misal göstərmək olar. Bəzi ayələrdə isə Əhli-beyt (ə)-ın ayrı-ayrı üzvləri haqqında bəhs edilir. Məsələn, «Vilayət» ayəsində deyilir:
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
«Sizin vəliniz (ixtiyar sahibləriniz) yalnız Allah, onun Peyğəmbəri və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.» (maidə 55)
Bu ayə qarşıda deyiləcəyi kimi, həzrət Əli (ə) haqqında nazil olmuşdur. Əhli-beyt (ə) haqqında çox ayələr nazil olmuşdur, lakin biz burada onların bə᾽ziləri haqda söhbət edəcəyik:
TƏTHİR AYƏSİ
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
«Həqiqətən Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb və sizi pak və pakizə etmək istəyib.» (Əhzab-33).
Təfsir və hədis kitablarına görə «Əhli-beyt» sözündən məqsəd həzrət Peyğəmbərin (s) ailəsidir və onlar «Əli, Fatimə, Həsən və Hüseyn» əleyhissəlamdan ibarətdirlər. Süyuti «Əd-dürrül mənsur» kitabında Təbəridən, o da Ümmü-Sələmədən nəql edərək deyir:
«Həzrət Peyğəmbər (s) öz qızı Fatiməyə belə buyurdu: «Ərini və uşaqlarını mənim yanıma çağır». O, da gedib onları həzrət Peyğəmbərin (s) hüzuruna gətirdi. Həzrət Peyğəmbər (s) onların üstünə bir Fədək əbası atdı və mübarək əlini onların çiyninə qoyub bu duanı oxudu: «Ey Allah, bunlar Məhəmmədin Əhli-beytidirlər. Rəhmət və bərəkətini Məhəmmədin Əhli-beytinə qərar ver. Necə ki, İbrahimin (ə) əhli-beytinə qərar verdin. Həqiqətən sən ibadət olunmuş və yüksəksən.» Ümmü-Sələmə deyir: «Mən əbanı qaldırıb onlarla birlikdə onun altına daxil olmaq istədim, lakin həzrət Peyğəmbər (s) əbanı çəkərək mənə mane oldu və buyurdu: «Əlbəttə sən xoşbəxt və səadətlisən».
Həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmü-Sələmə deyir: «Həzrət Peyğəmbər (s) mənim evimdə üstünə bir Xeybər örtüyü olan bir yataqda yatmışdı. Bu vaxt xanım Fatimə (ə) saxsı qazanda bir qədər yemək gətirdi. Həzrət Peyğəmbər (s) buyurdu:
«Ey Fatimə, ərini və oğlanlarını (Həsən və Hüseyni) mənim yanıma çağır.» O da onları çağırdı və onlar əyləşib birlikdə yemək yeməyə məşğul oldular. Bu zaman həzrət Peyğəmbərə (s) «Təthir» ayəsi nazil oldu. Həzrət Peyğəmbər (s) üstünə örtdüyü örtüyün qalan hissəsini onların üstünə çəkib əlini göyə qaldıraraq buyurdu:
«İlahi, bunlar mənim Əhli-beytim və mənə məxsus olan şəxslərdir. Bəs günah və çirkinlikləri onlardan uzaqlaşdır və onları pak-pakizə et.» Həzrət Peyğəmbər (s) bu sözləri üç dəfə təkrar etdi. Ümmi-Sələmə deyir: Mən də başımı o örtüyün altına daxil etdim və dedim: «Ya Rəsulullah, mən də sizinlə bərabərəmmi?» O Həzrət cavabımda iki dəfə buyurdu: «Sən xoşbəxt və səadətlisən, amma Əhli-beytdən sayılmazsan». [1]
Əziz Peyğəmbərimiz (s) ardıcıl olaraq bu ayənin mənasını şərh edirdi ki, xalq onu yaxşı şəkildə başa düşsün və bunun vasitəsi ilə daim hidayət və həqiqət yolunda hərəkət etməyə nail olsunlar. Məsələn, təkrar buyururdu: «Təthir ayəsi beş nəfərin haqqında nazil olmuşdur: Mən, Əli, Fatimə, Həsən və Hüseyn.» [2]
Aişədən bu ayənin təfsirində Əhli-beyt (ə)-ın kimlərdən ibarət olduğu barədə belə rəvayət edilmişdir: «Bir gün həzrət Peyğəmbər (s) çiynində qara yundan toxunmuş naxışlı bir parça olduğu halda bayıra çıxdı. Həsən ibni Əli onun yanına gəldi. Həzrət Peyğəmbər (s) onu o parçanın altına daxil etdi, sonra Hüseyn, daha sonra, Fatimə və Əli gəldilər. Həzrət Peyğəmbər (s) onları da parçanın altına daxil etdi və buyurdu: «Ilahi, bunlar mənim Əhli-beytim və mənə məxsus olan şəxslərdir. Bəs günah və çirkinlikləri onlardan uzaqlaşdır və onları pak-pakizə et.» [3]
Başqa bir rəvayətdə nəql edilmişdir: Həzrət Peyğəmbər (s) sübh namazına gedəndə qızı Fatimənin (ə) qapısından keçərkən belə buyurdu:
«Namaz vaxtıdır ey Əhli-beyt, namaz vaxtı...
Həqiqətən, Allah fəqət siz əhli-beyti günah və çirkinliklərdən uzaqlaşdırıb, pak-pakizə etmək istəyib.» [4]
Bə᾽li, Qur᾽ani-kərim Əhli-beyt (ə) haqqında bu şəkildə bəhs etməklə, onların hər cür günah və pisliklərdən, xoşagəlməz nəfsani istəklərdən pakizə olduqlarını və şəxsiyyətlərinin yüksəkliyini bəyan edir. Məhz buna görə onların yüksək dərəcə və məqamları müsəlmanlar üçün nümunə və örnək olmalıdır. Qur᾽anın bu şəxsiyyətləri tanıtmaq və uca mərtəbələrini bəyan etməyindən əsas məqsədi, müsəlmanların kimə inanıb bel bağlamağı, həqiqi islamı kimdən öyrənmələrini, işlərində kimlərdən nümunə götürmələrini, ixtilaflı məsələlərdə və əqidə köklərində kimə müraciət etmələrini müəyyən etməkdir. Qur᾽anın bu hədəfini və Əhli-beyt (ə)-ı həzrət Peyğəmbərdən (s) sonra müsəlmanlara nümunə və rəhbər kimi tanıtmaq qərarında olduğunu müxtəlif ayələrdə görmək mümkündür.
Həzrət Peyğəmbərin (s) neçə ay müntəzəm olaraq həzrət Əli və Fatimənin qapısından keçib sübh namazına getdiyi vaxt onları «Əhli-beyt» adı ilə namaza çağırması və bu çağırışın ardınca «Təthir» ayəsini oxuması, yuxarıda qeyd etdiyimiz məqsədlərə nail olmaq üçün idi. Yəni, bu hərəkəti ilə həmən ayənin həqiqi mənasını təfsir edərək, Əhli-beytin (ə) kimlərdən ibarət olduğunu və ümmətin belə şəxsiyyətləri özləri üçün, nümunə və rəhbər seçməklərinin vacib olmasını söyləmək istəyirdi.
Təbərani Əbu-Həmradan belə rəvayət edir: «Altı ay həzrət Peyğəmbərin (s) Əli (ə) və Fatimənin (ə) qapısına gəlib, Təthir ayəsini oxumasını gördüm.» [5]
Fəxri Razi də öz təfsir kitabında belə nəql etmişdir:
وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا
«Ey Peyğəmbər, öz əhlini (ailəni) namaza də᾽vət et və bu işdə səbirli ol» (Taha surəsi, 132-ci ayə).
Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) altı ay hər gün sübh vaxtı həzrət Əli və Fatimənin evinin kənarından keçib buyururdu: «Namaz vaxtıdır ey Əhli-beyt, namaz vaxtı...
Həqiqətən, Allah fəqət siz əhli-beyti günah və çirkinliklərdən uzaqlaşdırıb, pak-pakizə etmək istəyib.» [6]
«Ey Peyğəmbər, əhlini namaza də᾽vət elə...» ayəsi nazil olduqdan sonra həzrət Peyğəmbərin (s) o şəkildə onları çağırması müsəlmanlar üçün bir daha onların kim olduğunu başa salmaq və onların yüksək dərəcələrinə verilən əhəmiyyəti göstərmək üçün idi.
Bu ayənin mənası və həmçinin, əvəzliyin qadın cinsindən deyil, kişi cinsindən işlənməyi sübut edir ki, «Əhli-beyt» kəlməsindən məqsəd həzrət Peyğəmbərin (s) həyat yoldaşları yox, o, beş nəfərdir. Çünki, təfsir kitablarında deyilən kimi, əgər burada həzrət Peyğəmbərin (s) xanımları nəzərdə tutulsaydı, «yutəhhirəkum» deyil, «yutəhhirəkunnə» kəlmələri ilə onlara müraciət edilərdi. Yəni, şəxs əvəzliyi qadın cinsində işlədilərdi.
Bu ayə biz müsəlmanları işıqlı bir yola istiqamətləndirir və diqqətimizi islam xalqlarının həyatındakı bir çox əsil həqiqətlərə cəlb edir. Haqqı tanımaqda qarşılaşacaqları hər bir şəkk-şübhəni aradan aparmaq və Qur᾽anın, əsasını paklıq və ədalət təşkil edən və bütün günah və çirkinliklərdən uzaq olan ideal bir ümmət yaratmağa və Əhli-beytin (ə) o cəmiyyətin əsil mehvər və mərkəzi olmasına dair olan ülvi hədəflərin aradan getməməsini istəyir.
Müsəlmanların arasında Əhli-beytdən (ə) başqa bu ayədəki (paklıq və s.) keyfiyyətlərə malik olan və Qur᾽an tərəfindən təsdiq olunan bir kimsə yoxdur. Təkcə bunlar həzrət Peyğəmbərin (s) «Ya Əhləl-beyt» deyə müraciət etdiyi şəxslərdir.
MƏVƏDDƏT AYƏSI
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
«Ey Peyğəmbər, müsəlmanlara de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yo lunda çəkilən zəhmət) müqabilində Ə hli-beytimi sevməkdən başqa bir şey istəmirəm» (Şura surəsi, 23-cü ayə)
Əziz Peyğəmbərimiz (s) bu ayədə kimlərin nəzərdə tutulduğunu və kimlərə itaət və dostluğun vacib olduğunu müsəlmanlar üçün izah etmişdir.
Təfsir, hədis və tarix kitablarında qeyd olunduğu kimi, bu ayədəki, «zil-qurba» kəlməsindən məqsəd Əli, Fatimə, Həsən və Hüseyn (ə) həzrətləridir. Zəməxşəri öz «Kəşşaf» təfsirində belə yazmışdır: «Bir gün müşriklər: Məhəmməd öz risaləti (peyğəmbərliyi) üçün mükafat istəyirmi? - deyə danışırdılar ki, cavab olaraq bu ayə nazil oldu:
«Ey Peyğəmbər (müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.»
Zəməxşəri öz sözünə davam edərək yazır: Rəvayətə görə bu ayə nazil olandan sonra həzrət Peyğəmbərdən (s) soruşdular: «Ya Rəsuləllah! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?
Peyğəmbər (s) cavabında buyurdu:
«Onlar Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyndən ibarətdir.» [7]
Əllamə Bəhrani bu hədisi Əhməd ibni Hənbəlin «Müsnəd» adlı kitabından orada zikr olunan silsilə sənədlə Sə᾽id ibni Cubeyrdən və o da ibni Abbasdan belə nəql edir: Məvəddət ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?» O, Həzrət (s) belə buyurdu: «Əli, Fatimə və iki oğlanları.» [8]
«Təfsiri-kəbir»in müəllifi Fəxri Razi, Zəməxşərinin «Ali-Məhəmməd» (Peyğəmbərin Əhli-beyti) haqqındakı sözünü nəql etdikdən sonra belə yazmışdır: Mənim nəzərimə görə «Ali Məhəmməd» Peyğəmbərlə (s) rabitələri daha sıx olan şəxslərdir. Bu rabitə nə qədər güclü və kamil olsa, yaxınlıq da bir o qədər artıq olar. Şübhəsiz, Əli, Fatimə, Həsən və Hüseynin (ə) həzrət Peyğəmbər (s) ilə rabitəsi hamıdan artıq idi. Bunun inkarolunmaz bir həqiqət olduğu hamı tərəfindən eyni cür söylənilmiş və sübuta yetirilmişdir. Nəhayət, onların yalnız «Ali-Məhəmməd» olmaları zərurəti meydana gəlir. Əlbəttə «ali» kəlməsinin tərcüməsində çoxlu mübahisələr vardır. Bəzilərinin fikrincə, məqsəd «əqraba» və bəzilərinin nəzərincə «ümmət» kimi məna olunur. Əgər birinci mənanı götürsək, Peyğəmbərin (s) ailəsi, (Əli, Fatimə, Həsən və Hüseyn) «Ali-Məhəmməd» hesab olunur. Əgər ikinci mənanı da götürsək, yenə də onlar ümmətin içərisinə daxil olurlar. Çünki, onlar da Peyğəmbərin (ə) ümmətindən sayılırlar. Şübhəsiz «ali» kəlməsinin mə᾽nası Əli, Fatimə, Həsən və Hüseynə (ə) şamil olunur. Amma, onlardan başqalarının daxil olmasında ixtilaf vardır. Həqiqətdə isə ayrı şəxsləri «ali» kəlməsinin mə᾽nasına daxil etmək ağıl, məntiq və nəql olunan rəvayətlərə zidd getməkdir. [9]
Yuxarıda qeyd olunduğu kimi, Zəməxşəri nəql etmişdir ki, bu ayə (Məvəddət ayəsi) nazil olandan sonra Peyğəmbərdən (s) soruşdular: «Ey Allahın peyğəmbəri! Sənin yaxın adamlarından kimlərin dostluq və məhəbbəti bizlərə vacibdir?» O Həzrət buyurdu:
«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»
Beləliklə, mə᾿lum olur ki, bu dörd nəfər həzrət Peyğəmbərin (s) yaxınlarıdır və xüsusi tə᾽zim və ehtiram onlar üçün olmalıdır. Bu sözümüzə bir neçə sübut vardır:
1. Məvəddət ayəsi; Yuxarıda bu barədə söhbət açıldı.
2. Hamıya mə᾽lumdur ki, həzrət Peyğəmbər (s) xanım Fatiməni çox sevərdi və buyurardı:
«Fatimə mənim vücudumun bir parçasıdır, onu incidib narahat edən, məni incidib narahat etmişdir.»
Deməli, belə bir şey doğru olduğu halda, Peyğəmbərin (s) ümmətinə də onları sevmək vacibdir. Çünki, Qur᾽an buyurur:
قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ
«Ey Peyğəmbər, müsəlmanlara de ki, əgər Allahı sevirsizsə, mənə tabe olun (yə᾽ni, mənim etdiklərimi edin və dediklərimi yerinə yetirin), o zaman Allah da sizi sevər.» (Ali Imran surəsi, ayə 31).
وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ
«O Peyğəmbərə tabe olun, ola bilər ki, hidayət olasınız» (Ə᾽rafa surəsi, ayə 158).
فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ
«Peyğəmbərin əmrindən çıxanlar (Allahın əzabından) qorxmalıdırlar .» (Nur surəsi, ayə 63).
لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ...
«(Ey müsəlmanlar) Həqiqətən Allahın rəsulunda sizin üçün gözəl nümunələr vardır...» (Əhzab surəsi, ayə 21).
Bu ayələrdən mə᾽lum olur ki, Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni (ə) sevdiyi və onlara fövqəladə əhəmiyyət verdiyi üçün, müsəlmanlar da gərək Peyğəmbərin (s) bu işini təkrar edərək onları sevsinlər.
3. Həzrət Peyğəmbərin (s) Əhli-beytinə (ə) dua etmək və salavat göndərməyin vacib olunması, onlar üçün yüksək dərəcə və mərtəbədir. Buna görədir ki, namazda təşəhhüd oxuduqdan sonra onlara dua etmək və salavat göndərmək vacibdir: «Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd»
Yə᾽ni «Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat və rəhmət göndər. Məhəmməd və onun Əhli-beytinə rəhmət et.»
Bu böyük tə᾽zim və ehtiram Əhli-beytdən (ə) başqa heç bir kəsin haqqında yoxdur. Bütün bu dediklərimiz Peyğəmbərin (s) Əhli-beytini (ə) sevməyin vacib olmasına aşkar sübutdur. Qeyri-şiə təriqətlərinin birinin başçısı olan Şafei öz şe᾽rində belə məzmunda deyir:
«Ey səvarə olan, «Mina» qumluğunda bir az dur, «Xif» bölgəsində yatmışlara, yaxud ayıq olanlara nida eylə, səhər vaxtı hacılar Minadan keçəndə, böyük bir çay axıb gedəndə, söylə. Əgər Məhəmmədin Əhli-beytini sevmək dini tərk etmək hesab olunsa, bütün insanlar və cinlər şahid olsunlar ki, mən dini tərk etmişəm. [10]
Həmçinin, Şafei öz şe᾽rində o dövrdə Əhli-beytin (ə) düşmənlərinə Peyğəmbərin (s) dostları, onların dostlarına isə Rafizi deyildiyinə işarə edib deyir: «Əgər mənə Əhli-beytin dostluğuna görə Rafizi desələr, onda Qur᾽an və Əhli-beytdən öncə buna şəhadət verməli idilər.» (Halbuki, Qur᾽anda və Əhli-beytin sözlərində «Rafizi» sözü işlənilməyib, deməli mənə Rafizi demək mə᾽nasızdır.)
Təbəri ibni Abbasdan nəql edir ki, «Məvəddət» ayəsi nazil olduqdan sonra, müsəlmanlar soruşdular: «Ey Allahın Peyğəmbəri (s)! Bizə məhəbbət və dostluğu vacib olan yaxın adamların kimlərdir? O həzrət (s) buyurdu:
«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»
Bu hədisi Əhməd də «Mənaqib» kitabında nəql etmişdir. [11]
İbni-Münzər, ibni Əbi-Hatəm, ibni-Mərdəveyh və Təbərani «Möcəmi-kəbir» kitabında ibni Abbasdan belə nəql etmişlər: «Məvəddət» ayəsi nazil olandan sonra müsəlmanlar dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan adamların kimlərdir? O həzrət (s) buyurdu:
«Əli, Fatimə, Həsən və Hüseyn». [12]
Ye᾽nə «Mö᾽cəmi-kəbir» kitabında düzgün bir sənədlə imam Həsəndən (ə) nəql olunmuşdur ki, O həzrət (ə) bir gün xalqa müraciət edərək belə buyurdu:
«Biz Allah-taala dostluğunu bütün müsəlmanlara vacib etmiş Əhli-beytdənik».
Qur᾽an, Təthir ayəsi ilə Əhli-beytin (ə) paklığını, bütün pisliklərdən uzaq olduqlarını və beləliklə mə᾽nəvi dəyərlərini və insanların hidayət yolunda olan çox mühüm rollarını sübuta yetirdi. İndi isə «Məvəddət» ayəsi ilə Əhli-beytin (ə) getdiyi yolun düzgün olduğunu və insanların e᾽tiqadi məsələlərdə və şəriət hökmləri öyrənməkdə kimə müraciət etmələrini müəyyən edir. Bəli, Qur᾽an bu ayənin vasitəsi ilə ümməti Əhli-beytin yoluna sövq edir. Əgər Əhli-beytin yolu doğru bir yol olmasaydı və onlar ümməti səadət yoluna rəhbərlik etməyə qadir olmasaydılar, heç vaxt Qur᾽anda bu ayələr nazil olmazdı. Həmçinin həzrət Peyğəmbər (s) zəhmətlərinin qarşısında Əhli-beyti sevməyi ümmətindən istəməzdi. Şübhəsiz, Qur᾽anın bu ayəsi bizə Əhli-beytin yolundan ayrılmamağın və bütün işlərimizdə onlara tabe olmağın zərurətini və lazım olduğunu başa salmaq üçündür. Çünki, Qur᾽an o böyük şəxsiyyətlərin pakizə və hərtərəfli keyfiyyətlərə malik olmağına zəmanət vermişdir. Beləliklə Qur᾽an bu kimi ayələrdə Əhli-beytin yolunu tutmaq və islamı onlardan öyrənmək haqqında ümmətə xatircəmlik və zamənət vermək istəyir. Bu, Qur᾽ani-kərimin nəzəri idi. Amma, həzrət Peyğəmbərin (s) nəzərini isə bu ayənin təfsiri ilə əlaqədar hədis və rəvayətlərdə aydın şəkildə nəzərinizə çatdırdıq. Bəli, bizim əziz Peyğəmbərimiz (s) öz müqəddəs kəlam və təfsirləri ilə Əhli-beytin məhəbbətini müsəlmanların qəlbinə və vicdanına yerləşdirdi. O, müsəlmanların Əhli-beyt haqqında necə düşünəcəklərini, onların dostları və düşmənləri ilə necə davranacaqlarını və bir daha Əhli-beytin hədis, fiqh və təfsiri düşüncələri, həmçinin əqidələri və dini-siyasi rəhbərlikləri qarşısında vəzifələrinin nədən ibarət olduğunu hamıya izah etmişdir. Nəhayət, bu ayə haqqında son sözümüz budur ki, bu ayənin şərhində bəyan olunan yüksək dərəcə və məqamın özünəməxsus mə᾽na və məqsədi vardır. Beləliklə, bütün müsəlmanlar təəssübü kənara qoyaraq, insafla onu düşünüb dərk etməlidirlər.
MÜBAHİLƏ AYƏSİ
فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ
«Ey Peyğəmbər, sənə risalət gəldikdən sonra, səninlə mübahisə edənlərə de ki: «Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib deyək: «Allahın lə᾽nəti yalançılara olsun.» (Ali İmran ayə 61)
Tarix və təfsir kitablarının müəllifləri islam tarixində baş vermiş bir hadisəni nəql edirlər ki, bu hadisə Peyğəmbərin (s) Əhli-beytinin (Əli, Fatimə, Həsən və Hüseyn (s)) Allah yanında olan hörmət və əzəmətini və o cümlədən müsəlmanlar arasındakı məqamlarını aşkar edir. «Mübahilə» adı ilə məşhur olan bu hadisəni tarixçilər və ravilər belə rəvayət edirlər: «Nəcran» xristianlarından ibarət bir hey᾽ət həzrəti Peyğəmbərin yanına gəlib, peyğəmbərliyi haqqında onunla mübahisə və mücadilə etmək istədilər. Bu vaxt Allah-taala, bu ayəni Peyğəmbərə(s) nazil edib buyurdu ki, «Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırıb, onlarla birlikdə çölə çıxsın. Xristianlar da öz növbəsində özləri, uşaqları və xanımları ilə birlikdə çölə çıxsınlar, birlikdə dua edib Allahdan yalan deyənlərə lə᾽nət diləsinlər». [13]
Zəməxşəri «Kəşşaf» təfsirində belə yazmışdır: Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə də᾽vət etdiyi zaman onlar dedilər: «İcazə verin qayıdaq və bu barədə bir qədər fikirləşək. Onlar öz aralarında məşvərət edib öz fikir sahibləri olan Aqibə müraciət edərək dedilər: «Ey Əbdül-Məsih, bu haqda nəzərin nədir? O, cavab verdi: «Ey xristianlar! And olsun Allaha, siz yaxşı bilirsiniz ki, Məhəmmədə Allah tərəfindən haqlı kitab göndərilmişdir. Allaha and olsun ki, bu vaxta qədər bir peyğəmbər ilə mübahilə edən heç bir millətin böyükləri diri qalmamışdır. Əgər onunla mübarizə etsəniz hamınız həlak olacaqsınız. Bunlara baxmayaraq əgər, yenə öz dininizdə qalmaq istəyirsinizsə bu adamı (Məhəmmədi) tərk edin və mübahilə etmədən öz ölkənizə qayıdın. Bu əsnada gördülər ki, həzrət Peyğəmbər (s) Hüseyn qucağında, Həsən isə əlindən tutmuş halda və arxasınca xanım Fatimeyi Zəhra və ondan sonra da Əli (ə) gəlirlər. Peyğəmbər (s) onlara buyurdu: «Mən dua edərkən siz amin deyərsiniz».
Nəcran keşişi bu mənzərəni görəndə xristianlara üz tutub dedi: «Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allah istəsə onların vasitəsi ilə dağı yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz».
Buna görə də onlar Peyğəmbərə (s) dedilər: «Ey Əbil-Qasim! Biz qərara gəldik ki, səninlə mübahilə etməyək və sən öz dinində qalasan, biz də öz dinimizdə.» Həzrət Peyğəmbər (s) buyurdu: «Əgər mübahilə etmirsinizsə, onda islam dinini qəbul edin və müsəlmanların xeyir və şərlərində şərik olun». Xristianlar bu təklifi qəbul etmədilər. Həzrət Peyğəmbər (s) buyurdu: «Bəs sizinlə müharibə etməli olacağam.» Onlar dedilər: «Bizim ərəb milləti ilə müharibə etməyə qüvvəmiz yoxdur. Amma sizinlə müqavilə bağlamağa hazırıq. Müqavilənin məzmunu aşağıdakı kimi olsun: Bizimlə müharibə etməyəsiniz, bizi hədələməyəsiniz və bizi öz dinimizdən ayırmayasınız. Biz də söz veririk ki, hər ildə sizə iki min dəst paltar verək. Yarısını səfər və yarısını da rəcəb ayında. Bundan əlavə, dəmirdən hazırlanmış otuz dəst zireh verməyə hazırıq.»
Peyğəmbər (s) bununla razılaşdı və belə buyurdu: «And olsun o Allaha ki, canım onun əlindədir, az qalmışdı həlakət Nəcran əhalisinə üz gətirsin. Əgər onlar mübahilə etsəydilər, şübhəsiz insan surətindən çıxıb heyvan (donuz və meymun) surətinə düşərdilər və bu düzənliklər onlar üçün odlu bir cəhənnəmə çevrilərdi. Çox zaman keçmədən Nəcran əhalisinin hamısı, hətta ağacdakı quşlar da belə, həlak olardılar. Bir il keçməzdi ki, xristianlrın hamısı məhv olub aradan gedərdi.» [14]
Zəməxşəri bu hadisəni nəql etdikdən sonra yuxarıda qeyd olunan Mübahilə ayəsinin təfsirinə və Əhli-beyt (ə)-ın məqamını bəyan etməyə və Aişədən rəvayət etdiyi bir hədislə onların yüksəkliyini izah etməyə başlamışdır. O, öz sözünün bir hissəsində belə deyir: «Allah-taala bu ayədə Əhli-beyt (ə)-ı həzrət Peyğəmbərin (s) özündən qabaq zikr etmişdir. Bununla Allah-taala onların xüsusi məqamlarına və öz dərgahında olan xüsusi mövqelərinə işarə edərək bildirmək istəyir ki, onlar böyük bir mə᾽nəvi dəyərə və rəhbər olmaq haqqına malikdirlər. Bu ayə Əshabi-kəsanın haqqında nazil olmuşdur. («Əshabi kəsa» ifadəsi o adamlara deyilir ki, Peyğəmbərin (s) əbasının altına yığışdılar və Təthir ayəsi onların barəsində nazil oldu. Onlar Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarətdirlər.)
Bu ayə Əhli-beyt (ə)-ın fəzilət və üstünlüyünə ən böyük və ən möhkəm sübutdur. Həmçinin bu hadisə Peyğəmbərin (s) nübüvvətinin doğruluğuna ən aydın bir sübutdur. Çünki, heç kəs tərəfindən, istər dost olsun, istərsə də düşmən, xristianların Mübahiləni qəbul etməkləri nəql olunmamışdır. [15]
Bilmək lazımdır ki, bu Mübahilə ayəsi islam qoşunu ilə kafir qoşununun qarşı-qarşıya durmağını göstərir. Burada islam cəbhəsinin önündə dayananlar hidayət rəhbərləri və ümmətin arasında olan ən müqəddəs və ən şərəfli şəxslərdir. Hansı ki, Allah onları bütün pislik və günahlardan uzaq etmişdir. Onların sözləri və duaları geri qayıtmazdır.
Qur᾽an Əhli-beyt (ə) vasitəsilə islam düşmənləri ilə qarşı-qarşıya durdu və onların düşmənlərini lə᾽nət və əzaba layiq adamlar kimi tanıtdırdı. Əgər Əhli-beyt (ə)-ın sözləri, əməlləri və yolları doğru olmasaydı, Allah heç vaxt belə bir əzəmətli məqamı onlara verməzdi və Qur᾽an bu şəkildə onların haqqında söhbət açmazdı. Fəxri Razi (sünni təriqətinin ən böyük təfsirçilərindən biri) öz «Təfsiri-kəbir» kitabında Zəməxşərinin nəql etdiyi həmin rəvayəti kamil şəkildə nəql etdikdən sonra, sözlərinə bir cümlə də əlavə etmişdir: «Bilmək lazımdır ki, bu hədisin doğruluğu barədə bütün təfsirçilər və hədis söyləyənlər həmrəydirlər.» [16]
Mərhum Əllamə Təbatəbai öz təfsirində bu ayə barəsində bəhs etdikdən sonra mübahilədə iştirak edənlərin həzrət Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarət olduğunu bəyan edərək buyurmuşdur: «Hədis nəql edənlərin hamısı, o cümlədən Müslüm, Termezi və bu kimi böyük hədis kitabları yazan alimlər də onu öz kitablarında yazaraq təsdiq etmişlər.
Həmçinin böyük təfsirçilər, o cümlədən Təbəri, Əbilfəda, ibni Kəsir, Süyuti və bu kimi alimlər də o hədisin doğruluğunu təsdiq edərək öz təfsir kitablarında nəql etmişlər.
Göründüyü kimi təfsirçilər Əhli-beytin (ə) kimlər olduğunu və onları sevməyin nə dərəcədə vacib olduğunu və ümmət içərisində hansı məqam və hörmətə sahib olduqlarını aydın surətdə bəyan ediblər. Əvvəldə dediyimiz iki ayədə Qur᾽ani-kərim Əhli-beytin (ə) Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarət olduğunu və onların pakizəliyini və ruhi-mə᾽nəvi üstünlüyünü isbat edirdi. Bu ayədə isə Allah-taala və Peyğəmbər (s) Əhli-beytin (ə) vasitəsi ilə islam düşmənləri ilə mübahilə etdiyini bəyan edərək, onların böyük və şərafətli məqamlarını izah edir. Əgər Əhli-beyt (ə) Allah yanında yüksək və özünəməxsus hörmətə malik olmasaydılar, heç vaxt Peyğəmbərə (s) əmr olunmazdı ki, onları Allah düşmənləri ilə mübahilə etməyə və əzabın nazil olmasını istəməyə aparsın. Həmçinin, onlara dualarının qəbul olacağını və᾽d verməzdi... Bu ayədə bir çox ədəbi və qrammatik ifadələr də vardır ki, onlara diqqət yetirmək lazımdır. Məsələn, onlardan birisi, ayədə övladlar və qadınların [yə᾽ni, Həsən, Hüseyn, Fatimə və Əli (ə)] Peyğəmbərə (s) artırılmasıdır (yə᾽ni, qadınlarımız və övladlarımız deyilmişdir). Əgər bu hadisədə Peyğəmbərin (s) əməli olaraq adlarını çəkdiyimiz o müqəddəs şəxsiyyətlərlə birlikdə mübahiləyə çıxması həyata keçirilməsəydi mümkün idi ki, bu kəlmələrdən başqa adamlar nəzərə çarpardı. Məsələn, «qadınlarımız» kəlməsindən hadisənin həyata keçirilməsinə baxmadıqda Peyğəmbərin (s) xanımları, övladlarımız kəlməsindən isə həzrət Fatimədən əlavə Peyğəmbərin (s) qalan qızları və «özümüz» kəlməsindən, yalnız Peyğəmbərin (s) öz müqəddəs vücudu başa düşülərdi.
Amma, əziz Peyğəmbərimiz (s) yalnız, o dörd nəfəri özü ilə birlikdə mübahiləyə aparmaqla bizə başa saldı ki, ümmətin qadınlarının ən seçilmiş və ən nümunəvisi həzrət Fatimə (ə) və müsəlmanların övladlarının ən bəyənilmişi Həsən və Hüseyndir (ə). Qur᾽an onları Peyğəmbərə (s) mənsub etmişdir. Qur᾽anın aşkar tə᾽biri ilə onlar Peyğəmbərin (s) öz övladları hesab olunurlar. «Özümüz» kəlməsində isə Qur᾽an, həzrət Əlini (ə) Peyğəmbərin özü kimi hesab etmişdir.
SALAVAT AYƏSİ
إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
«Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər, ey mö᾽minlər (siz də) ona salavat və salam göndərin.» (Əhzab surəsi, ayə 56).
Qabaqca qeyd etdiyimiz ayələrdə Qur᾽an Əhli-beytin (ə) paklıq və ülviyyətini, onları sevməyin vacib olmasını və Peyğəmbərin (s) Əhli-beytinin məqamını bəyan etdi. Qur᾽an təfsirçiləri də Peyğəmbərin (s) hədislərindən istifadə edərək, Əhli-beyt (ə)-ın kimlərdən ibarət olduğunu müəyyən etdi. Əli, Fatimə, Həsən və Hüseyni (ə) bizlərə tanıtdırdılar. Bu ayədə (salavat ayəsində) isə Allah-taala Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat və salam göndərməyi vacib etmişdir. Qeyd edək ki, bu imtiyaz onlardan başqa heç kimə məxsus deyildir. Bunun vasitəsi ilə Qur᾽an onların dəyər və məqamlarını ucaltmışdır. Əsas məqsəd budur ki, xalq onların rəhbərlik ləyaqətinə malik olduqlarını və ümmətin həyatındakı ilahi vəzifələrini yaxşı başa düşsünlər.
Fəxri Razi öz təfsirində Peyğəmbərdən (s) bu mübarək ayənin barəsində rəvayət edilən hədisi bu şəkildə nəql etmişdir:
«Peyğəmbərdən soruşdular: Ey Allahın Peyğəmbəri! Sizə hansı qaydada salavat göndərək? O Həzrət (s) onların cavabında belə tövsiyə etdi:
«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid.»
Mənası: «Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat və rəhmət göndər, necə ki, İbrahim və onun Əhli-beytinə salavat və rəhmət göndərdin və Məhəmməd və onun Əhli-beytinə bərəkət ver, necə ki, İbrahim və onun Əhli-beytinə bərəkət verdin. Şübhəsiz, sən ibadət olunmuş və böyüksən (ey Allah).»
Fəxri Razi bu hədisi deməzdən əvvəl, bu ayəni təfsir edərkən belə demişdir: «Bu ayə Şafeinin sözünü sübuta yetirir. (Şafei deyir: «Namazın təşəhhüdündə Peyğəmbərə (s) salavat göndərmək vacibdir, qalan yerlərdə isə vacib deyil, çünki, əmr olunan işin icrası vacib olar.)» [17]
Sonra Fəxri Razi belə yazır: «Əgər soruşsalar ki, Allahın salavatından sonra daha bizim salavatımıza nə ehtiyac vardır? Onda cavab verərik ki, Peyğəmbərə (s) salavat göndərmək, Peyğəmbərin (s) salavata ehtiyacı olduğu üçün deyildir, necə ki, Allahın salavatından sonra mələklərin də belə salavatına ehtiyac yoxdur. Amma salavat bizim Peyğəmbərə (s) qarşı olan dərin ehtiram və məhəbbətimizi bildirmək üçündür. Həmçinin bu əməl bizlərə savab qazanmaq üçün böyük imkan yaradır. Necə ki, Peyğəmbər (s) buyurmuşdur:
«Hər kim mənə bir dəfə salavat göndərsə, Allah ona on dəfə salavat göndərər».
Süyuti Əd-dürrül-mənsur kitabında belə yazır: Əbdür-rəzzaq ibni Əbi-şeybə, Əhməd və ibni Mərdəveyh, Kə᾽b ibni Ücrədən belə nəql etmişlər ki, bir nəfər Peyğəmbərə (s) dedi: «Ey Allahın Peyğəmbəri! Sizə necə salam göndərməyi bilirik, amma salavatı necə göndərək?» O həzrət cavabında buyurdu: Belə deyin:
«Ey Allah Məhəmməd və onun Əhli-beytinə salavat (rəhmət) göndər...»
Süyuti bu rəvayətdən başqa Əhli-beytin (ə) bu salavatlarda Peyğəmbərlə (s) şərik olmasına dəlalət edən on səkkiz rəvayət də nəql etmişdir. Yə᾽ni, Peyğəmbərlə (s) yanaşı onun Əhli-beytinə də salavat göndərmək vacibdir. Bu hədisçiləri ibni Abbas, Təlhə, Əbu Məs᾽ud Ənsari, Bureydə, ibni Məs᾽ud, Kə᾽b ibni Ücrə və Əlidən (ə) nəql etmişlər. Həmçinin Süyuti belə yazır: «Əhməd və Termezi, Həsən ibni Əlidən (ə) nəql ediblər ki, Peyğəmbər (s) belə buyurub:
«Mənim adım zikr olunan zaman mənə salavat göndərməyən adamlar paxıldır.» [18]
Bunlardan əlavə böyük islam müctehidləri və fəqihləri də namazın təşəhhüdündə Məhəmməd və ali Məhəmmədə (Əhli-beytinə) salavat göndərməyi və onların adının Peyğəmbərin (s) adı ilə birgə çəkilməsini vacib bilmişlər. [19]
Bu ayənin mə᾽na və təfsiri üzərində düşünən adam açıqca başa düşüb dərk edər ki, bu hökmün və salavatın vacib edilməsi Peyğəmbərin (s) Əhli-beytinə ehtiram, səmimiyyət və məhəbbəti bildirmək üçündür. Hansı ki, Allah onları bütün günah və çirkinliklərdən uzaqlaşdıraraq pak-pakizə etmişdir. Bunun sayəsində müsəlmanlar onlara bel bağlamalı və onların yolunda hərəkət edərək mübahisəli məsələlərdə və ixtilaflı işlərdə onlara müraciət etməlidirlər.
Bəli, onlar elə şəxsiyyətlərdirlər ki, əgər namazda onlara salavat göndərilməsə, namaz batil olar. Onlar ümmətin imamlarıdırlar. Əgər onların yolu doğru olmasaydı, onlara e᾽tiqad bəsləmək səhv bir iş olsaydı və onların sözləri və əməlləri doğru-düzgün olmasaydı, heç vaxt Allah-taala onlara könül bağlamağı və hər namazda onlara salavat göndərməyi əmr etməzdi. Bəli, hər gün beş vaxtda qılınan vacib namazlarda Əhli-beytə (ə) salavat göndərilməsinin vacib olması Qiyamət gününə qədər müsəlmanların diqqətini Əhli-beytə (ə) cəlb etmək və onlara inanmağın, onların yolunda hərəkət etməyin vacib olmağını başa salmaq üçündür.
İNSAN SURƏSİ
إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا { 5 }
Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri [Cənnətdə] kafur qatılmış [soyuq və xoş ətirli] şərab içəcəklər. (5).
عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا { 6 }
O [kafur] elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu [istədikləri yerə] asanlıqla axıdacaqlar. (6)
يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا { 7 }
Onlar [Cənnətə nail olacaq müttəqilər] elə kimsələrdirlər ki, verdikləri sözü [etdikləri nəzri] yerinə yetirər və dəhşəti [aləmi] bürüyəcək [şəri hər tərəfə yayılacaq] gündən [Qiyamət günündən] qorxarlar. (7).
وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا { 8 }
Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda [və ya Allah rizasını qazanmaq uğrunda] yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (8).
إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا { 9 }
[Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər]: «Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən [bu ehsan müqabilində] nə bir mükafat, nə də bir təşəkkür istəyirik. (9).
إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا { 10 }
Həqiqətən biz Rəbbimizdən, çox sərt, müdhiş və çətin gündən [üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı Qiyamət günündən] qorxuruq. (10).
فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَلِكَ الْيَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا { 11 }
Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir [üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir]. (11).
وَجَزَاهُم بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا { 12 }
Və onları etdikləri səbir müqabilində Cənnətlə və [geyəcəkləri] ipəklə mükafatlandıracaqdır. (12).
مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا { 13 }
Onlar o Cənnətlərdə taxtlara söykənəcək, orada nə günəş [qızmar isti], nə də sərt soyuq görəcəklər. (13).
وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا { 14 }
Cənnət ağaclarının kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır [istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər]. (14).
وَيُطَافُ عَلَيْهِم بِآنِيَةٍ مِّن فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا { 15 }
[Cənnətdəki xidmətçilər] onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. (15).
قَوَارِيرَ مِن فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا { 16 }
Gümüşdən olan [çox şəffaf olduğu üçün bayırından içərisi görünən] elə büllur qədəhlərlə ki, [xidmətçilər] onları [sahiblərinə] münasib ölçüdə etmişlər. (16).
وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا { 17 }
Orada onlara zəncəfil qatılmış şərab da içirdiləcəkdir. (17).
عَيْنًا فِيهَا تُسَمَّى سَلْسَبِيلًا { 18 }
[Zəncəfil] Cənnətdə bir çeşmədir ki, [suyu boğazdan çox rahat keçdiyi üçün] Səlsəbil adlanır. (18).
وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَّنثُورًا { 19 }
Onların dövrəsində həmişəcavan [xidmətçi] oğlanlar olacaqdır. Onları gördükdə sanki [ətrafa] səpilmiş inci olduqlarını zənn edərsən. (19).
وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا { 20 }
[Orada] hara baxsan, ne᾿mət və böyük mülk görərsən. (20).
عَالِيَهُمْ ثِيَابُ سُندُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ وَحُلُّوا أَسَاوِرَ مِن فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا { 21 }
[Cənnət əhlinin] əyinlərində tafdadan və atlazdan [nazik və qalın ipəkdən] yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir. (21).
إِنَّ هَذَا كَانَ لَكُمْ جَزَاء وَكَانَ سَعْيُكُم مَّشْكُورًا { 22 }
[Onlara belə deyiləcəkdir]: «Bu sizin [dünyada etdiyiniz yaxşı əməllərə görə] mükafatınızdır. Zəhmətiniz Allah yanında məqbul, təqdirəlayiqdir!» (22).
Bu mübarək ayələrdə Qur᾽ani-kərim Əhli-beytin (ə) barəsində söhbət açaraq onları fədakarlıq və təqvanın ən üstün mərtəbəsinə malik olmalarını göstərir. O, nümunəvi insanları misal çəkir ki, bütün nəsillər onların əməllərini təkrarlayıb, onların yolunda hərəkət etsinlər. Bu mübarək ayələrin nazil olduğu tarixi şəraitə baxdıqda mə᾽lum olur ki, Əhli-beyt (ə) nə qədər yüksək məqama malik olub və ilahi rabitələrlə Allaha bağlanmışlar. Behiştlə mükafatlanan onlardır. Hər kim də onlara bağlanıb, onların yolunda hərəkət etsə, onlarla birlikdə cənnətdə olacaqdır. Zəməxşəri bu ayələrin təfsirində belə yazır: İbni Abbas nəql etmişdir: Bir gün Həsən və Hüseyn (ə) xəstələnmişdilər. Peyğəmbər (s) bir dəstə müsəlman ilə onlara baş çəkməyə gəldi. Peyğəmbər (s) Əliyə (ə) müraciət edərək dedi: «Ey Əbəl-Həsən! Kaş uşaqlarının şəfa tapması üçün nəzir edəsən.» Əli (ə) bu təklifi mə᾿muniyyətlə qəbul etdi və üstəlik həzrət Fatimə (ə), xidmətçiləri Fizzə də uşaqların sağalacağı təqdirdə üç gün oruc tutmağı nəzir etdilər. Uşaqlar şəfa tapıb sağaldılar, lakin o günlərdə Əlinin (ə) evində iftar etmək üçün ərzaq yox idi. Odur ki, gedib Xeybər Yəhudilərindən olan «Şəm᾽un» adlı bir nəfərdən üç sa (ölçü vahidi) miqdarında arpa borc aldı. Fatimə (ə) onun üçdən bir hissəsini üyüdüb un etdi və ailə üzvlərinin sayı qədər çörək bişirdi. İftar vaxtı çörəkləri süfrəyə qoyub yeməyə hazırlaşdıqları vaxt bir fəqir qapını döyüb evdəkilərə belə dedi: «Sizə salam olsun, ey Məhəmmədin (s) Əhli-beyti (ə)! Mən bir müsəlmanam, fəqirəm, mənə yemək verin. Allah sizi Cənnət süfrələrindən yedizdirsin». Bu sözləri eşidən Əhli-beyt (ə) fədakarlıq edib süfrədə olan çörəklərin hamısını ona verdilər. Özləri isə bir içim su ilə iftar edib gecəni belə keçirdilər. Sabahısı gün ac olduqları halda yenə oruc tutdular. Axşam iftar etmək üçün süfrə başına yığışmışdılar ki, bir yetim qapıya gəlib yemək istədi. Yenə də süfrədə olan yeməkləri o yetimə verdilər və özləri ac qaldılar. Üçüncü gün də qapıya bir əsir gəlib yemək istədi və bir daha bu müqəddəs şəxsiyyətlər iftar etmək üçün hazırladıqları yeməklərini o əsirə verdilər. Ertəsi gün həzrət Əli (ə) oğlanları Həsən və Hüseyn (ə) ilə birlikdə həzrət Peyğəmbərin (s) hüzuruna getdilər. Peyğəmbər (s) onların aclıqdan titrədiklərini görüb buyurdu: «Sizi bu halda görmək mənim üçün çox ağırdır.» Sonra onlarla birlikdə xanım Fatimənin (ə) evinə getdilər. Peyğəmbər (s) gördü ki, qızı Fatimə (ə) acından zəifləmiş və gözləri çuxura düşdüyü halda mehrabda ibadət edir. Bu mənzərəni müşahidə edən Peyğəmbər (s) olduqca narahat olmuşdu ki, «Cəbrail» nazil oldu və dedi: «Ey Məhəmməd! Allah səni belə bir Əhli-beytin (ə) olduğu üçün təbrik edir.» Sonra yuxarıda zikr olunan «İnsan» surəsini Peyğəmbərə (s) nazil etdi. Təfsirçilər tə᾽kid edirlər ki, bu ayələr Əhli-beyt (ə) (Əli, Fatimə, Həsən və Hüseyn (ə)) barəsində nazil olmuşdur. Təkcə bu haqda nəql olunan rəvayətlərdə cüzi fərqlər görünür. Bu rəvayətlər Əbu Həmzə Somali, Həsən ibni Həsən, Əta ibni Abbas və bir az fərqlə başqaları da Əhli-beyt (ə) haqqında nəql etmişlər. Beləliklə, bu ayələr Əhli-beytin (ə) Allahın məxsus və seçilmiş bəndələri olmasına dəlalət edir və Allah tərəfindən onların behiştə daxil olduqlarına müjdə verilir.
MÜXTƏLİF AYƏLƏR
Qur᾽anda bir çox ayələr vardır ki, Peyğəmbərin (s) qardaşı və Əhli-beytin (ə) ilkini hesab olunan imam Əli ibni Əbi Talibin (ə) haqqında nazil olmuşdur. Əli (ə) uşaqlıq vaxtından həzrət Peyğəmbərin (s) tərbiyəsi altında böyümüş və o Həzrətin (s) ecazkar əxlaqını mənimsəmişdir. On yaşında ikən iman gətirərək Peyğəmbərin (s) də᾽vətini qəbul etmiş, döyüşlərdə islam bayraqdarı, qəhrəman sərkərdə və lazım gəldikdə adi əsgər kimi islam aləminə misilsiz xidmətlər göstərmişdir. İslam tarixində məşhur olan müharibələrdə, o cümlədən Ühüd, Bədr, Hüneyn, Əhzab, Xeybər və Zatus-səlasil kimi ağır döyüşlərdə o Həzrətin qazandığı zəfərlər hamıya mə᾽lumdur. Peyğəmbərin (s) o müqəddəs vücudun barəsində buyurduğu sözləri tarix səhifələrini bəzəyən və Əlinin (ə) yüksəkliyinə dəlalət edən əbədi nişanələr olmuş və bəşəriyyət üçün ən böyük cihad, fədakarlıq və mübarizə nümunəsini tə᾽yin etmişdir. Əgər Qur᾽an ayələrinin nazil olma səbəbləri ilə maraqlansaq görərik ki, Əhli-beyt (ə) haqqında söylədiyimiz ayələrdən başqa çoxlu ayələr də vardır ki, həzrət Əmirəl-mö᾽minin Əli (ə) haqqında nazil olmuşdur. Bu ayələr:
1. O Həzrətin (ə) şücaət, qəhrəmanlıq və Allah yolunda fədakrlığını;
2. Düşmənlərin əziyyət və məsxərələri qarşısında səbir və mətanətini;
3. Təqvası, pəhrizkarlığı, başqalarına etdiyi bəxşiş və ehsan, nəhayət, mö᾽minlərin üzərində olan ilahi rəhbərlik və vilayətini əhatə edir.
Həmin ayələrdən nümunə üçün burada bə᾽zilərini qeyd edəcəyik.
VİLAYƏT AYƏSİ
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ
«Sizin vəliniz (rəhbəriniz) Allah, onun Peyğəmbəri (s) və iman gətirən şəxslərdir. O şəxslər ki, iman gətirib namaz qılar və rüku halında zəkat verərlər. Allahı, Peyğəmbəri (s) və iman gətirən şəxsləri özlərinə vəli seçən şəxslər, şübhəsiz Allahın dəstəsi və qalib gələnlərdir.» [20]
Zəməxşəri Kəşşaf təfsirində yazır: «Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Bir gün o həzrət (ə) məsciddə namaz qılıb rüku halında olduğu zaman, bir fəqir ondan kömək istədi. Əli (ə) öz üzüyünü çıxardıb ona verdi. Əlbəttə kiçik barmağında olan üzüyü elə çıxartdı ki, onun namazının pozulmasına səbəb olmadı. Əgər soruşsalar ki, bu ayədə şəxs əvəzliyi cəm formasında işlənib və onda necə olur ki, həzrət Əli (ə) bir nəfər olduğu halda, bu cəm əvəzliyi ona aid olur? Cavabında deyərik ki, bu ayə Əli (ə) haqqında nazil olubdur. Amma, əvəzliyin cəm formasında işlənməsindən məqsəd başqalarını da hər cür şəraitdə zəkat verməyə rəğbətləndirərək, onlar kimi savab qazanmağa nail etməkdir. Həmçinin mö᾽minlər üçün bir növ əxlaq dərsidir ki, hətta namaz qılınan halda da kasıblara kömək etməyi və yoxsullara əl tutmağı gecikdirməsinlər. [21]
Vahidi öz «Əsbabün-nuzul» kitabında bu ayənin nazil olma səbəbini belə izah edir: Bu ayənin sonuncu hissəsi Əli ibni Əbi Talib (ə) haqqındadır.
Çünki, yalnız o həzrət namazın rüku halında öz üzüyünü fəqirə vermişdi.» [22]
Bu ayənin həzrət Əli (ə) haqqında nazil olmasını təsdiq edən çoxlu təfsir və hədis kitabları vardır. Lakin bunların hamısının adını qeyd etmək və yazılarını təqdim etmək, söhbətin çox uzanmasına səbəb olduğu üçün ixtisar edilir. Ətraflı mə᾽lumat əldə etmək istəyənlər o kitablara müraciət edə bilərlər.
TƏBLİĞ AYƏSİ
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ
«Ey Peyğəmbər! Allahından sənə nazil olanı (xalqa) çatdır və təbliğ et. Əgər bu əmri xalqa çatdırmasan elə bil ki, peyğəmbərliyini təbliğ etməmisən. (Yə᾽ni, iyirmi üç illik zəhmətin puç olur.) və Allah səni xalqdan (və onların şərindən) qoruyacaqdır.» (Maidə ayə 67)
Hakim Həskani «Şəvahidut-tənzil» kitabında (1-ci cild səh.19, Beyrut çapı) yazır: «Əbdullah ibni Əbi Ovf demişdir: Mən Qədiri-xum günü öz qulağımla eşitdim ki, Peyğəmbər (s) Təbliğ ayəsini oxudu. Sonra iki qollarını qoltuğunun altı görünənə qədər yuxarı qaldırıb belə buyurdu: «Ey millət! Eşidin və agah olun. Mən hər kimin mövlasıyamsa Əli də onun mövlasıdır».
Həmçinin Vahidi «Əsbabün-nuzul» kitabında (səh.135) və Süyuti «Əddürrül-Mənsur» kitabında (1-ci cild səh.198) Əbu Səid Xidridən nəql etmişlər ki: Təbliğ ayəsi Əli ibni Əbi Talib (ə) haqqında nazil olmuşdur».
Bu ayə «Qədir-xum»da nazil olmuşdur. Bu ayənin nazil olma səbəbini, keyfiyyətini və həzrət Peyğəmbərin (s) orada söylədiyi sözlərini aşağıda izah etməyə çalışacağıq.
Peyğəmbər (s) vida həccindən [23] Mədinəyə qayıtdığı zaman, Zilhiccə ayının on səkkizinci günü Təbliğ ayəsi nazil oldu. [24]
O həzrət «Cöhfə» məntəqəsində «Qədir-xum» adlı yerdə dayandı və xalqı bir yerə yığışmağa əmr etdi. [25]
O məntəqə Mədinə, Misir və Şam yollarının ayrıldığı yer idi. Peyğəmbər (s) orada dayanıb geridə qalanların gəlib çatmasını və irəlidə gedənlərin geri qayıtmalarını gözlədi. O Həzrət (s) dərədə ağacların altında dağınıq halda oturmuş səhabələrinin bə᾽zisinə əmr etdi ki, o ağacların altındakı tikanları süpürüb təmizləsinlər. [26]
Daha sonra xalqı bir yerə toplanmağa də᾽vət etdi. Günorta vaxtı səhranın qızmar havasında camaatla «zöhr» namazını qıldı. [27]
Sonra ayağa qalxıb xütbə oxuyaraq Allaha həmd və səna etdi. Bir qədər moizə və nəsihət etdikdən sonra belə buyurdu:
«Mənim Allah tərəfindən də᾽vət olunmağım və o də᾽vətə cavab verəcəyim vaxt yaxınlaşıb (yə᾽ni dünyadan köçmək vaxtımdır). Şübhəsiz həm mən, həm də siz məs᾽uluq (və qiyamət günü sorğu-suala tutulacağıq). İndi nə deyirsiz?»
Müsəlmanlar dedilər: «Biz şəhadət veririk ki, sən Allahın əmrlərini yerinə yetirdin və onlara (müsəlmanlara) moizə etdin. Allah sənə xeyirli mükafatlar versin.» Sonra Peyğəmbər (s) buyurdu:
«Siz vahid olan Allahın varlığına və Peyğəmbərin Onun elçisi və bəndəsi olmasına, Cənnət və Cəhənnəmin həqiqət olmasına şəhadət verirsinizmi?»
Dedilər: «Bəli! Biz bunların hamısına şəhadət veririk.» Peyğəmbər (s) buyurdu:
«Ey Allah, Sən də buna şahid ol!»
Sonra buyurdu:
«Siz mənim dediklərimi eşdirsiniz?»
Dedilər: «Bəli, biz sizi eşidirik.» Həzrət (s) sözünə əlavə edib buyurdu:
«Mən sizdən qabaq (Kövsər hovuzu kənarında) hazır olacağam və siz behişt hovuzunda mənim yanıma gələcəksiniz. Onun eni Bəsrədən Sən᾽aya qədər olan məsafə qədərindədir. O hovuzda ulduzlar sayı qədər gümüş qədəhlər vardır. O zaman mən sizdən iki ağır və qiymətli əmanət haqqında sual edəcəyəm ki, məndən sonra onlarla necə rəftar etdiniz?»
Müsəlmanlardan biri səsləndi: «Ey Allahın peyğəmbəri! O iki ağır və qiymətli əmanət nədir?» Cavabında buyurdu:
«Onlardan biri Allahın kitabı Qur᾽andır. O kitab bir ipi xatırladır ki, bir ucu Allahın, digəri isə sizin əlinizdədir.(Qur᾽an, Allah ilə bəndələr arasında feyz vasitəsidir.) Ondan möhkəm yapışın və onun yolundan çıxmayın və ayələrini dəyişməyin. İkinci əmanət isə mənim itrətim olan Əhli-beytdir. Mehriban və hər bir şeydən xəbərdar olan Allah-taala mənə xəbər verib ki, o iki şey (Qur᾽an və Əhli-beyt) behişt hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmayacaqlar. Mən də Rəbbimdən istəmişəm ki, onlar heç vaxt bir-birlərindən ayrılmasınlar. Ey millət! Onlardan qabağa keçsəniz və ya geri qalsanız həlak olacaqsınız. Heç vaxt onlara bir şey öyrətməyə təşəbbüs göstərməyin. çünki, onlar sizdən daha çox elm və bilik sahibləridirlər». [28]
Sonra buyurdu: «Siz şəhadət verirsiniz ki, mən mö᾽minlərə özlərindən daha artıq yaxınam?»
Dedilər: «Bəli.» [29]
Buyurdu:
«Siz şəhadət verirsiz ki, mən Allahın peyğəmbəri hər hansı bir mö᾽minin özündən daha artıq onun ixtiyar sahibiyəm?»
Dedilər: «Bəli, ey Allahın peyğəmbəri!» [30]
Bu sualların cavablarından sonra Əli ibni Əbi Talibin (ə) biləklərindən tutub qollarının altı görünənə qədər qaldırdı və sonra buyurdu:
«Ey millət! Allah mənim mövlamdır (İxtiyar sahibimdir.).Mən də sizin mövlanızam. Bəs hər kəs məni mövla bilsə, Əli (ə) da onun mövlasıdır. Ey Allah! Hər kim Əli (ə) ilə dost olsa, Sən də onunla dost ol və hər kim onunla düşmən olsa, səndə onunla düşmən ol, [31] ona kömək edən şəxslərə sən də kömək et! Onu yalqız qoyub tərk edəni, sən də yalqız və köməksiz qoy! [32] Onu sevəni sən də sev və ona qarşı kinli və qəzəbli olana sən də qəzəbli ol!»
Həzrət Peyğəmbər (s) sözünün axırında buyurdu:
«İlahi, (bütün bunlara) özün şahid ol! [33]
Peyğəmbər (s) həzrət Əlidən (ə) ayrılmışdı ki, bu ayə nazil oldu:
الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا
«Bu gün sizin üçün dininizi kamil etdim, ne᾽mətimi sizlərə tamamladım və islamın sizə din olmasına razı oldum.» (Maidə surəsi, ayə 3).
Bu ayə nazil olandan sonra Peyğəmbər (s) buyurdu:
«Əllahu əkbər! Allah mənim peyğəmbərliyim və Əlinin bu ümmətə imam və rəhbər tə᾽yin olunması ilə islamın kamil bir din olaraq sizə din olmasına razı oldu.» [34]
Bu mövzuya aid olan bir çox ayələr vardır ki, onların zikr olunması ilə söz uzanar. Ona görə də bunları geniş şəkildə bilmək istəyənlər təfsir, mənqəbət, hədis və tarix kitablarına müraciət etsinlər. Biz bu ayələrdən bir neçəsini qeyd edib bu məsələni başa çatdıracağıq. (Inşaalah!)
1. Rə᾽d surəsi, ayə 7.
إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ
«(Ey Peyğəmbər!) sən, yalnız (cəhənnəm əzabından xalqı) qorxudansan və hər qövm üçün bir hidayətçi vardır.»
Rəvayət edilmişdir ki, Peyğəmbər (s) əlini sinəsinə qoyub buyurdu:
«Mənim vəzifəm xəbərdarlıq etmək və qorxutmaqdır; Hər xalqın bir yol göstərəni vardır.»
O həzrət əli ilə Əli (ə)-a işarə edib buyurdu:
«Hidayət edən sənsən, ey Əli! Məndən sonra hidayət axtaranlar sənin vasitənlə hidayət olacaqlar». [35]
Həmin hədisi Təbəri öz təfsirində , Fəxri Razi «Kəbir» təfsirində və Süyuti «Əddürrül-mənsur» təfsirində zikr olunan ayələrin izahında nəql etmişlər.
2. Səcdə surəsi, ayə 18.
أَفَمَن كَانَ مُؤْمِنًا كَمَن كَانَ فَاسِقًا لَّا يَسْتَوُونَ
«Mö᾽min adam fasiq adam kimidirmi? Onlar (heç vaxt) bir ola bilməz.»
Bu ayədə «mö᾽min» sözündən həzrət Əli (ə) və «fasiq» sözündən isə «Valid ibni Əqəbə»nin nəzərdə tutulduğu deyilmişdir. [36]
3. Hud surəsi, ayə 17.
أَفَمَن كَانَ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ
«Rəbbi tərəfindən aşkar sübut və şahidi olan adam (necə inkar edilər).»
Ayədə zikr olunan «Rəbbindən aşkar sübut olan» sözündən məqsəd Peyğəmbər (s) və şahid sözündən isə həzrət Əli (ə)-dır. [37]
4. Təhrim surəsi, ayə 4.
فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ
«Şübhəsiz (o peyğəmbərin) dostu və köməyi Allah, Cəbrail və mö᾽minlərin salehidir.»
Təfsirçilər və hədis alimlərinin rəyinə görə bu ayədə «mö᾽minlərin salehi» sözü ilə işarə olunan şəxs həzrət Əli (ə)-dır. [38]
5. Əl-haqqə surəsi, ayə 12.
وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ
«O, (ilahi moizə və hikmətləri) eşidib düşünən qulaqlar eşitsinlər.»
Peyğəmbər (s) bu ayəni oxuyub üzünü Əliyə (ə) çevirib buyurdu: «Allahdan istəmişəm ki, bu «eşidib düşünən» qulaq sənin qulağın olsun.»
Əli (ə) deyir: (Ondan sonra) «Peyğəmbərdən (s) eşitdiyim heç bir şeyi yaddan çıxarmadım.» [39]
6. Məryəm surəsi, ayə 96.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا
«İman gətirib saleh əməl edənlərin məhəbbətini Rəhman (Allah) tezliklə qəlblərə salar.»
Peyğəmbər (s) bir gün həzrət Əliyə (ə) buyurdu:
«Ya Əli! Söylə ki, ey Allah! Məni öz əhd-peymanına bağlı et və mənim məhəbbətimi mö᾽minlərin qəlbinə sal!»
Sonra bu ayə həzrət Əlinin (ə) haqqında nazil oldu. [40]
7. Bəyyinə surəsi, ayə 7.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ
«İman gətirib saleh əməl edənlər, insanların ən yaxşılarıdırlar.»
Peyğəmbər (s) buyurdu:
«Ey Əli! (ayədə qeyd olunan) şəxslərdən məqsəd sən və sənə tabe olub yolunu gedənlərdir.» [41]
8. Tövbə surəsi, ayə 19.
أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ
«Hacılara su verməyi və Məscidül-Həramı tə᾽mir etməyi, Allaha və qiyamət gününə iman gətirən şəxslərə bərabər sanırsızmı?»
Ayənin birinci hissəsində Abbas və Təlhə, ikinci hissəsində isə həzrət Əli (ə) nəzərdə tutulmuşdur. [42]
Bu mövzuda çoxlu ayələr vardır, lakin söz çox uzanmasın deyə, onları zikr etmirik.
[1] Bu hədis «Qayətül-məram» kitabında Әbdüllah ibni Hənbəldən, î da üç sənəd ilə Ümmü Sələmədən və həmçinin Sə᾽ləbi təfsirindən nəql etmişdir. Həmin hədis «Sə᾽ləbi» təfsirində də İbni Mərdəveyh və Xətibdən, înlar da Әbu Səid Xidridən bir qədər fərqli şəkildə nəql edilmişdir. (Әl-mizan fi təfsiril-Qur᾽an, Әllamə Təbatəbai, Təthir ayəsi hissəsində). Artıq mə᾽lumat istəyənlər Әl-mizan təfsirinə müraciət edə bilərlər.
[2] Bu hədisi ibni Cərir və ibni Təbərani, ibni Әbi Hatəm və ibni Әbi Səid Xidridən nəql etmişlər. «Qayətul-məram» kitabı Sə᾽ləbi təfsirinə əsaslanaraq bu hədisi nəql etmiş və artırmışdır ki, Termezi înu bir səhih hədis kimi nəql etmişdir və eləcə də ibni Münzər, ibni Mərdəveyh və Beyhəqi bu hədisi Ümmü Sələmədən nəql etmişlər. (Әl-mizan təfsirindən).
[3] Aişədən nəql edilən bu hədis Səhihi Buxari və Səhihi Müslüm kitablarında mövcuddur (Qayətül-məram kitabından), Zəməxşəri də «Kəşşaf» təfsirində Mübahilə ayəsinin izahında bu mövzuya işarə etmişdir.
[4] Bu hədisi ibni Mərdəveyh ibni Әbi Şeybə, Әhməd ibni Hənbəl, Termezi, İbni Cərir, İbni Münzir, Təbərani, Hakim və Әnəsdən nəql etmişdir. (Әl-mizan, Әllamə Təbatəbai, Təthir ayəsi).
[5] Camiul-üsul, 9-cu cild, səh.156; Səhihi Termezidən nəql etmişdir. Həmən kitab Әnəs ibni Malikdən də nəql etmişdir ki, bu ayə nazil îlandan sînra, Peyğəmbər (s) təqribən altı ay namaza gedəndə Fatimənin qapısından keçirdi və buyururdu: «Namaz vaxtıdır, ey Әhli-beyt». Həkim də bu hədisin sənədinin düz îlmağını təsdiq edərək, înu öz «Müstədrək» kitabının 3-cü cildi, səhifə 158-də yazmışdır.
[6] «Fəzlü alül-beyt» (Təqiyyəddin Әhməd ibni Әli Әl-muqrizi). Səh.21.
[7] Təfsiri- kəbir (Fəxri Razi) Şura surəsi, 23-cü ayənin təfsiri.
[8] «Qayətül-məram» kitabı, Şura surəsi, 23-cü ayənin təfsiri.
[9] Әziz îxucularımız da görür ki, «ali» kəlməsini «Peyğəmbərin ümməti» kimi tərcümə etmək həqiqi mə᾽nadan uzaqdır. Çünki, «ali» kəlməsi lüğət kitablarında tərcümə îlunmuşdur. Elə isə înu ümmət kimi tərcümə etmək ağıl və məntiqə uyğun deyildir. Habelə, hamı tərəfindən eyni cür nəql edilmişdir ki, həzrət Peyğəmbər (s) Әli, Fatimə, Həsən və Hüseyn (ə)-ı çîx sevərdi.
[10] Təfsiri kəbir, Fəxri Razi, Şura surəsi 23-cü ayənin təfsirində.
[11] Təbəri «Zəxairül-üqba fi mənaqibi zəvil-qurba». 25-ci səh.
[12] Bu hədis aşağıdakı mənbələrdə azacıq fərqlə nəql edilmişdir: «Ehyaul-meyyit, fi fəzaili Әhləl-beyt». «Mö᾽cəmi kəbir» 1-ci cild, 125-ci səh. (Şamdakı Zahiriyyə kitabxanasının əlyazma nüsxəsi). Məcməüz-zəvaid (Heysəmi) 9-cu cild, 168-ci səh. «Әzzəxair» (Təbəri) səh-25. «Әlfüsulul-mühimmə» (ibni Səbbaq Maliki) səh.29. Әlcamiu liəhkamil-Qur᾽an (Qürtəbi) 16-cı cild, səh 21-22.
[13] Nəcran xristianlarının hey᾽əti 3 nəfərdən ibarət idi. Bunlardan biri «Әbdül məsih» adı ilə məşhur îlan «Aqib» idi. Bu şəxs hey᾽ətin rəisi, elmi rəhbəri və fikir sahibi idi. İkinci «Eyhəm» idi ki, înların yığıncaqlarının rəisi sayılırdı. Üçüncüsü isə «Әbu Hatəm ibni Әlqəmə» idi ki, înların dini rəhbəri və müəllimi hesab îlunurdu («Әlfüsulul-mühimmə», ibni Səbbağe Maliki, kitabın müqəddiməsindən).
[14] Zəməxşəri təfsirində deyir: «Mübahilə» kəlməsinin kökü «bəhl»dir və mə᾽nası «lə᾽nət etmək»dir. Bu sözün lüğətdə də mə᾽nası budur. Amma sînralar mə᾽nasını dəyişib, hər cür dua etmək mə᾽nasında işləndi.
[15] Kəşşaf təfsiri, (Zəməxşəri) Ali İmran surəsi, ayə 61. Həmən mətləb Sə᾽ləbi təfsirində Mucahid və Kəlbidən nəql îlunmuşdur. Buradan başa düşürük ki, Әhli-beytdən bizə yetişən fikirlər, hökmlər, hədislər, təfsirlər və hidayətlər belə bir dərəcə, e᾽tibar və qiymətə malikdirlər. Bəli, înlar sözləri, əməlləri və yîlları həqiqi və sadiq îlan şəxslərdir.
[16] Təfsiri-kəbir, (Fəxri Razi) Ali İmran surəsi 61-ci ayə (Mübahilə ayəsi) digər tərəfdən də təfsir yazan alimlərin hamısı bu hadisəni və rəvayəti heç bir e᾽tiraz və şübhə etmədən öz təfsirlərində yazmış və bəyan etmişlər.
[17] Ayədə « Peyğəmbərə salavat göndərin» ifadəsinə işarə îlunur. Fiqh elmində bir bəhs vardır. Әmr etmək əmr edilən şeyin vacib îlmağına dəlalət edər, ya yîx? Bə᾽zi alimlərin nəzəri budur ki, Qur᾽an və hədislərdə əmr fîrmasında gətirilən sözlər əmr îlunan şeyin vacibliyinə dəlalət edir. Bu şərtlə ki, bu əmrin müstəhəbbi îlmağına dəlalət edən ayrı sübut îlmasın. Nəticədə Peyğəmbərə salavat göndərmək bu ayəyə görə vacibdir. Bunu da bildik ki, namazın təşəhhüdündən başqa qalan yerlərdə vacib deyildir.
[18] Әlmizan təfsiri, Әllamə Təbatəbai.
[19] Şiələrin böyük fəqihlərindən îlan və eyni zamanda Hicrətin yeddinci əsrin ən böyük şəxsiyyətlərindən sayılan, tədqiqatçı və məşhur alim «Hilli» öz «Şərayiül-islam» kitabında təşəhhüdü də namazın vaciblərindən biri sayıb deyir: «Təşəhhüd îxumaq bütün namazların 2-ci və axırıncı rəkətlərində vacibdir, əgər bilə-bilə tərk îlunsa, namaz batil îlar. Təşəhhüd isə Allahın birliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət vermək, Peyğəmbər və înun Әhli-beytinə salavat göndərməkdir». (Şərayiül-islam, 1-ci cild, Namaz fəsli)
[20] Maidə surəsi, ayə 55-56.
[21] Kəşşaf təfsiri-Zəməxşəri, Maidə surəsi 55-ci ayə.
[22] Әsbabünnüzul (Vahidi), Maidə surəsi 55-ci ayə.
[23] Məcməüz-zəvaid, 9-cu cild səh.163-165.
[24] «Şəvahidüt-tənzil» Hakim Həskani, 1-ci cild səh.193-199.
[25] «Məcməüz-zəvaid» 9-cu cild səh.163-165, ibni Kəsir 5-ci cild səh.209-213.
[26] «Məcməuz-zəvaid» 5-ci cild, səh.109.
[27] Müsnədi Әhməd, 4-cü cild səh.281 və Sünəni ibni Macə «Әlinin fəzilətləri» bölməsi və ibni Kəsir tarixi, 5-ci cild səh.109-110
[28] Məcməüz-zəvaid; bu rəvayətin bə᾽zi hissələri Hakimin «Müstədrək»ində (3-cü cild, səh.209-210) və ibni Kəsirin tarixində, (5-ci cild, səh.209) nəql îlunub.
[29] Müsnədi Әhməd (1-ci cild, səh.118-119 və 4-cü cild, səh.281) Sünəni ibni Macə (1-ci cild, səh.43) İbni Kəsir tarixi (5-ci cild, səh.209).
[30] Müsnədi Әhməd, (4-cü cild, səh.281-368, 370-372) İbni Kəsir (5-ci cild, səh.209-212)
[31] «Müsnədi» Әhməd (1-ci cild səh.118-119 və 4-cü cild səh.281,370 və 5-ci cild səh.347-370). Müstədrəkul-Hakim (3-cü cild səh.109) «Sünəni ibni Macə» və «Şəvahidüt-tənzil» (1-ci cild səh.109-191) İbni Kəsir tarixi (5-ci cild 109-cı səhifədə yazmışdır: «Mən Zeyddən soruşdum, sən bunu Peyğəmbərin (s) özündən eşitdin? Zeyd dedi: «O ağacların altında olanların hamısı bunu öz qulaqları ilə eşitdilər». İbni Kəsir sözlərinin davamında deyir: Bizim şeyximiz Әbu Әbdullah Zəhəbi deyib: «Bu hədis səhih hədisdir».
[32] Musnədi Әhməd, (1-ci cild səh. 118-119) Məcməüz, zəvaid, (9-cu cild səh.104-105-107) Şəvahidüt-tənzil, (1-ci cild səh.193). İbni Kəsir tarixi (5-ci cild səh.210-211).
[33] Şəvahidüt-tənzil, (1-ci cild səh.190). İbni Kəsir tarixi (5-ci cild səh.210)
[34] Hakim Həskani Şəvahidüt-tənzildə (1-ci cild, səh.157-158) bunu Әbu Sid Xədridən nəql etmişdir. Səh.108-də isə Әbu Hureyrədən rəvayət etmişdir. Həmin hədisi İbni Kəsir (5-ci cild səh.214) də bir az fərqli nəql edib.
[35] Mustədrəkus-səhihəyn. (3-cü cild, səh.129). Kənzül-ümmal, (6-cı cild, səh.157)
[36] Bunu ibni Cərir Təbəri öz təfsirində, Süyuti «Әddürrul-mənsur» və Zəməxşəri «Kəşşaf» təfsirində qeyd olunan ayələri təfsir edərkən, Vahid isə «Әsbabün-nüzul» (səh.263) və «Tarixi Bəğdad» və «Әrriyazün-nəzrə» kitabında bəyan etmişlər.
[37] Kənzül-ümmal (1-ci cild səh.251). Süyuti «Әddürrul-mənsur» və Fəxri Razi «Kəbir» təfsirində bu ayələri həmin şəkildə bəyan etmişlər.
[38] Süyuti «Әddürrul-mənsur» bu ayənin təfsirində «Kənzu-ümmal» (1-ci cild səh.237); «Fəthul bari» (13-cü cild, səh.27) «Məcməuz-zəvaid» (9-cu cild səh.194)
[39] Bu hədisi Təbəri öz təfsirində, Zəməxşəri «Kəşşaf» və Süyuti «Әddürrul-mənsur» təfsirində qeyd olunan ayənin izahında bəyan etmişlər. Həmçinin, «Məcməüz-zəvaid» (9-cu cild səh.131) «Kənzül-ümmal» (6-cı cild səh.408) və «Әsbabün-nüzul» kitabında da bu şəkildə nəql edilmişdir.
[40] Bu hədis Zəməxşərinin «Kəşşaf» və Süyutinin «Әbddürrul-mənsur» təfsirində ayəni təfsir edərkən bəyan edilmişdir. Həmçinin «Məcməüz-zəvaid» (9-cu cild, səh.207) və «Әssəvaiqül-məhrəqə» (ibni Həcər, səh.102) kitablarında verilmişdir.
[41] Bu hədis Təbəri təfsirində nəql edilmişdir. Süyuti də bu hədisi «Әbddürrul-mənsur» təfsirində müxtəlif sənədlər ilə nəql etdikdən sonra əlavə edib yazır: «Həmişə Әli (ə) gələndə Peyğəmbərin (s) səhabələri deyərdilər: "İnsanların ən yaxşısı gəldi". Bu hədis «Әssəvaiqül-məhrəqə (səh.96) və «Nurul-əbsar» (səh.10 və 101) də nəql edilmişdir.
[42] Vahidi «Әsbabün-nüzul» da (səh.182). Təbəri, Fəxri Razi və Süyuti də bu sözləri öz təfsirində yazmışlar.
source : shiasearch.ir