Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Bu gün, Hicri Qəməri tarixi ilə Rəbiul Əvvəl ayının 17-si dünyada yeni bir sivilizasiyanın təməlini qoymuş, insanların şüuruna və qəlbinə ünvanlanmış ilahi mesajların daşıyıcısı, dahi İslam Peyğəmbəri həm də öz məhsuldar həyatını İlahi dəyərlərin insanlar içində doğru və düzgün qorunub, yayılmasına həsr etmiş həzrət İmam Cəfər Sadiqin (əleyhi səlam) təvəllüd günüdür.
Muhəmməd ibn Əbdullah (səlləllahu əleyhi və alih) həzrətlərinin və Allahın (cəllə cəlaluh) yer üzərində təyin etdiyi altıncı Höccəti həzrəti İmam Cəfəri Sadiqin (əleyhi səlam) mövlud günləri İslam Dünyasında "Vəhdət Həftəsi" kimi qeyd olunur.
Biz ABNA olaraq bu münasiətlə, Allahın (cəllə cəlaluh) aləmlərə Rəhmət olaraq Elçi göndərdəyi, Əxlaqi səciyyələri tamamlayan, yaradılış aləminin ən üstünü, mehriban ata, gözəl həyat yoldaşı, vəfalı dost, ağıllı rəhbər, səbr və helmin təzahürü və nəhayət sonuncu peyğəmbər olan Məhəmməd ibn Əbdullahın (səlləllahu əleyhi və alih) və İsmət çırağının səkkizincisi, İmamət günəşinin 6-cı nuru həzrəti Cəfəri Sadiq ibn Muhəmməd Baqirin (əleyhiməs səlam) mübarək mövlud günü münasibəti ilə başda İmam Zaman (Allah onun şərəfli zühurunu tezləşdirsin) həzrətləri olmaqla haqq naibi İmam Xameneini, Ali Təqlid Mərcələrini və bütün dünya xalqlarını səmimi qəlbdəb təbrik edirik.
Həmçinin öz növbəmizdə Qüdrət Sahibi olan Yenilməz Allaha bizi Muhəmməd (səlləllahu əleyhi və alih) həzrətlərinin Ümmətindən qərar verdiyi dəyərli nemətinə görə həmd və səna edirik.
Əllahummə səlli əla Muhəmməd və ali Muhəmməd!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.abna.ir