Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. Mübarək Olsun!

Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. Mübarək Olsun!

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Hicri qəməri tarixi ilə, 232-ci il Rəbiüs-sani ayının 8-i, miladi tarixinin 2015, Yanvar ayının 29-na təsadüf edən gün, 14 Məsumlardan on üçüncüsü olan, bəşəriyyətin 11-ci İmamı, Həsən ibni Əlinin (əleyhiməs səlam) təvəllüd gününə təsadüf edir.

Biz ABNA olaraq dünya Müsəlmanlarının bu sevincinə qoşulur və növbəti bənzərsiz bayram münasibəti ilə, başda İmam Zaman (Allah Təala onun şərəfli gəlişini tezləşdirsin) Həzrətləri və onun haqq naibi İmam Xamenei cənabları olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edirik. Bir daha bayramınız mübarək!

 

İmam Həsən Əskərinin (əleyhi səlam) həyatına qısa baxış

13-cü Məsum, İmam Həsən Əskərinin (ələyhis-salam) ləqəbləri Əsgəri, Zəkiyy, Xalis, Sirac, Müşəffi, Hadi, Səxiyy, Samit, Mövla, Rəfiq, Müzi, Mürzi, Müstəvdi olub. Künyəsi: Əbu Muhəmməd, atası İmam Əli əl Hadi (əleyhissalam), anası ilahi arifələrdən olan Hədisə (Süsən, Hərbiyyə) xanımdır.

İmam Həsən Əskərinin (ələyhis-salam) Mədineyi-Münəvvərədə 232-ci hicri ilinin 8 Rəbiüs-sani ayında Peyğəmbər və imam ailəsində dünyaya göz açıb. Cəmi 28 il ömür sürüb. 260-cı hicri ilinin 8 Rəbiül-əvvəl ayının, cümə günü xilafəti qəsb etmiş Əbbasi xəlifələrindən olan Mötəmidin əmri ilə zəhərlənərək Şəhid olmuşdur. İmamın müqəddəs məzarı İraqın Mosul əyalətinin Samirra şəhərində yerləşir.

O Həzrətin yeganə övladı Zamanəmizin Məsum İmamı Həzrət Məhdidir (Allah onun şərəfli zühurunu tezləşdirsin).

Üzüyünün yazısı: "İnnəllahə şəhidun" (Allah hər bir işə nəzarət edəndir).

 

İmam Həsən Əsgərinin(ə) möcüzələrindən

Əli ibni Asim deyir:İmam Həsən Əsgərinin(ə) yanına gəl! Onun yanına getdim. O mənə buyurdu: Ey Əli ibni Asim aşağıya bax! Sən durduğun yerdə çoxlu peyğəmbər və imamlar oturublar.

Öz-özümə dedim: Ey kaş bu səhnəni görərdim.

İmam Mənim fikrimi başa düşüb dedi: Mənim yanıma gəl! Onun yanına yaxınlaşdım. Əlini üzümə çəkdi. Bəsirət gözlərim açıldı. Elə bu zaman bir neçə qədəm və sifətlər gördüm. İmam buyurdu: Bu Adəm peyğəmbərin qədəmi və oturduğu yerdir.

Bundan sonra aşağıdakı qeyd etdiyim adları çəkib, surətlərini mənə göstərdi: Habil, Şeys, Nuh, Qeydar, Məhlail, Yarə, İdris, Sam, Ərfəxşəd, Hud, Saleh, Loğman, İshaq, Yəqub, Yusif, Şüeyb, Musa, Yuşe ibni Nun, Talut, Davud, Süleyman, Xızır, Danyal, Kilab, Qüsəyy, Ədnan, Əbdümənaf, Əbdülmütəllib və (İslam Peyğəmbərinin atası) Abdullahdır (əleyhimus səlam). Bu isə bizim Peyğəmbərimiz Mühəmmədin (səlləllahu əleyhi və alih) surətidir. Bu isə Əlinin (əleyhi səlam) və bunlarda ondan sonra olan İmam Məhdiyə (Allah onun şərəfli gəlişini tezləşdirsin) kimi İmamların surətləridir.

Sonra buyurdu: Allah dininin bu əsərlərinə yaxşı bax. Bunlar da şəkk edib onları inkar edən Allahın vücudunda şəkk edib, onu inkar edir.

Sonra buyurdu: Ey Əli ibni Asim! Gözlərini yum! Gözlərimi yumdum və bir daha o səhnəni görmədim.

 

İmam Həsən Əskərinin (ə) buyurduqları incilər

İmam Həsən Əskəri (ə) buyurub: "İki xislət vardır ki ondan üstünü yoxdur və onlar ibarətdir: 1- Allah Təlaya iman gətirib, etiqad bağlamaq, dost və tanışlara xeyr vermək. 2- Mübahisə (hətta haqq səninlə olsa belə) etməkdən və zarafatlaşmaqdan uzaq olmaq."

(Tuhəful Uqul səh. 489 Biharul Ənvar cild 75, səh. 374 hədis 26)

 

İmam Həsən Əskəri (ə) buyurub: "Mübahisə etmə ki, dəyərdən düşərsən və zarafatlaşma ki, (səni kiçik sanıb) əleyhivə çıxmağa cürət taparlar."

(Tuhəful Uqul səh. 486)

 

İmam Həsən Əskəri (ə) buyurub: "Hər kim məclisin aşağı hissəsində əyləşməyə razı olarsa Allah və onun mələkləri həmin şəxsə məclisdən durub gedən anına kimi salavat göndərərlər".

(Tuhəful Uqul səh. 486)

 

İmam Həsən Əskəri (ə) buyurub: "Yaxşı insanların gözəl insanları sevməsi yaxşı adamlar üçün savabdır, pis insanların yaxşı insanları sevməsi müsbət adamlar üçün bir fəzilətdir (üstünlükdür), pis adamların yaxşı insanlara qarşı düşmənçilk etmələri yaxşı insanlar üçün zinətdir, amma yaxşı insanların pis adamlar ilə düşmənçilik etmələri isə, pis adamlar üçün rüsvayçılıqdır".

(Tuhəful Uqul səh. 486)

 

İmam Həsən Əskəri (ə) buyurub: "Sizi qonşuluqda yaxşı olmağa, (namazlarda) səcdəni uzatmağa, sizi əmanətdar insan bilənə (yaxşı və pisliyindən aslı olmayan hər bir kəsin əmanətinə) xəyanət etməməkə, doğru danışmağa, Allah üçün çalışmağa, dinizi qorumağa və İlahi təqvaya dəvət edirəm. (Həzrəti) Muhəmməd (səlləllahu əleyhi və alih) elə bunlar üçün göndərilib.

Onların (admin: İmam burada qeyri Şiə camaatını yəni digər məzhəb ardıcıllarını nəzərdə tutur) camaat namazlarında iştirak edib onlarla birlikdə namaz qılın, dəfn mərasimlərində iştirak edin, xəstələrinin görüşünə gedin. Onların boynuzdakı olan haqqlarını ödəyin, ona görə ki, sizlərdən hər biriniz əgər dinində təqvalı olsa, danışığında doğrudanışan olsa, əmanətə xəyanət etməsə, xoş əxlaqlı bir insan olsa onda belə deyərlər: "Bu bir Şiədir". Baxın belə işlərdir ki, mənim sevincimə səbəb olur.

İlahi təqva ilə zinətlənin, bizim üçün zinət olun. Bizə başı aşağılıq gətirməyin, dostluq və məhəbbtə səbəb olacaq hər bir şeyi bizə tərəf yönəldin, pislik nə nifrətə səbəb olacaq hər bir şeyi isə, bizdən uzaqlaşdırın. Çün ki, biz haqqımızda söylənilən hər bir yaxşılıqların əhli və barəmizdə deyilən ər bir pislik və yanlışlardan uzaqdayıq. Allahın Kitabında Peyğəmbər (Allahın səlamı ona və pak ailəsinə daim nazil olsun) ilə bizim yaxınlığımız haqda və hüquqlarımız barədə söhbətlər açılıb. Allah Təala bizi (Kitabında) Paklardan qərar verib. Bizdən başqa heç kimsə bu məqamı iddia edə bilməz. Etsə də, yalançıdır.

Allahı çoxlu yad edin. Ölüm haqda çoxlu fikirləşin. Quran Kərimi oxumağa çox vaxt ayırın və Peyğəmbərə (Allahın səlamı ona və pak ailəsinə daim nazil olsun) çoxluca salavat və rəhmətlər göndərin. Çün ki, Peyğəmbərə (Allahın səlamı ona və pak ailəsinə daim nazil olsun) salavat göndərməyin 10 savabı vardır.

Sizə dediklərimi qoruyun (və əməl edin). Sizi Allaha tapşırıram. Salam olsun sizə".

(Biharul Ənvar cild 75 səh. 372. Bab 29)

 

İmam Həsən Əskəri (ə) buyurub: "İbadət çoxlu namaz qılıb oruc tutmaqla deyil. Həqiqətən də ibadət Allahın gördükləri işlər üzərində çoxlu təfəkkür etməklədir."

(Tuhəful Uqul səh. 448)

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR

 
user comment