Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Əlidir! (Şeir)

Məhbubi Xuda, xosrovi bəxşəndə1 Əlidir Dəryayi əta, gövhəri rəxşəndə2 Əlidir Göz tikmiş Əlinin əlinə dideyi aləm Cənnətdi onun verdiyi kim bəxşişi Hatəm Heydərdir namaz üstə verən sailə xatəm Sultani səxi3, rəhbəri zibəndə4 Əlidir İslamidə şəxsiyyəti mümtazidi5 mütləq Simayi dirəxşani6 verib xilqətə rövnəq Hərçəndi başın etdilər mehrabidə münşəqq7 Mehrabi ibadətdə gözəl bəndə Əlidir
Əlidir! (Şeir)

Məhbubi Xuda, xosrovi bəxşəndə1 Əlidir
Dəryayi əta, gövhəri rəxşəndə2 Əlidir

Göz tikmiş Əlinin əlinə dideyi aləm
Cənnətdi onun verdiyi kim bəxşişi Hatəm
Heydərdir namaz üstə verən sailə xatəm
Sultani səxi3, rəhbəri zibəndə4 Əlidir

İslamidə şəxsiyyəti mümtazidi5 mütləq
Simayi dirəxşani6 verib xilqətə rövnəq
Hərçəndi başın etdilər mehrabidə münşəqq7
Mehrabi ibadətdə gözəl bəndə Əlidir

İsmin də onun ismi-cəlalət qoyub Allah
Qəddində onun dəsti şücaət qoyub Allah
Başinə onun taci vilayət qoyub Allah
Allaha vəli, həqqə nümayəndə Əlidir

Dünyadə yetimlər atası adlanan adil
Rəfətlə verən qüssəli xatirlərə şadi
Şəmşir ilə sərkub eliyən zülmü-fəsadı
Peyğəmbəri islamə bərazəndə8 Əlidir

Zeynəbdə təcəlla elədi məntiqi Heydər
Şəni elədi vəqti Məsihiylə müsəxxər
Hər yerdə süxən eylədi ağavü-süxənvər
Mərdüm9 belə fikr eylədi quyəndə10 Əlidir


Lüğət:
1.Bağışlayan, hədiyyə verən və s.
2. Parlaq
3. Səxafətli
4. Ləyaqətli
5. Seçilən.
6. Nurlu, işıqlı
7. Vurmaq, yaralamaq
8. Yaraşan, ürəyəyatan
9.Camaat
10. Danişan


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR

 
user comment