Azəri
Saturday 20th of July 2024
0
نفر 0

28 Səfər Həzrət Məhəmməd (s) və İmam Həsənin (ə) şəhadəti

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Səfər ayı müsəlmanlar üçün məhərrəm qədər hüznlü bir aydır. Bu ayın 28-də həm Məhəmməd Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) haqq dünyasına qovuşmuş, həm də sonrakı illərdə elə səfər ayının 28-də əziz nəvəsi İmam Həsən (Ona salam olsun!) zəhərlənərək şəhadətə yetmişdir. Hər iki məsumun şəhadəti ilə əlaqədar bütün müsəlmanlara təsliyyət ərz edirik.
28 Səfər Həzrət Məhəmməd (s) və İmam Həsənin (ə) şəhadəti

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Səfər ayı müsəlmanlar üçün məhərrəm qədər hüznlü bir aydır. Bu ayın 28-də həm Məhəmməd Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) haqq dünyasına qovuşmuş, həm də sonrakı illərdə elə səfər ayının 28-də əziz nəvəsi İmam Həsən (Ona salam olsun!) zəhərlənərək şəhadətə yetmişdir. Hər iki məsumun şəhadəti ilə əlaqədar bütün müsəlmanlara təsliyyət ərz edirik.

İslam Peyğəmbərinin həyatı ilə qısa tanış olmaq üçün aşağıdakı linki tıklayın.

İslam Peyğəmbəri və İmam Həsənin şəhadət günü



Üçüncü məsum imam Həsən (Ona salam olsun!) hakimiyyətə gəldikdə Müaviyə ilə sülh bağlamalı oldu.

İmam Həsən (ə) da çalışırdı ki, öz yüksək və İlahi məqsədlərini mümkün qədər təmin etsin. Buna görə də, Müaviyə ilə sülh etmək məcburiyyətində qalanda müqavilənin birinci maddəsinə əsasən, hökuməti Müaviyəyə bu şərtlə təhvil verdi ki, Müaviyə hökuməti Quran qayda-qanunları və Peyğəmbərin (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) sünnəsi əsasında idarə etsin.

Məlumdur ki, İmamın məqsədi cəmiyyətdə İslam qayda-qanununu qoruyub saxlamaq və cəmiyyətə bu qayda-qanun əsasında rəhbərlik etmək idi. Əgər bu qayda-qanun Müaviyə tərəfindən də icra olunsaydı, yenə İmamın məqsədi az da olsa təmin olunardı.

Buna əlavə olaraq ikinci maddəyə əsasən, Müaviyənin ölümündən sonra Həsən İslam cəmiyyətinin rəhbərliyini azad şəkildə öz öhdəsinə götürə bilərdi. Müaviyənin otuz yaş Həsəndən böyük olduğunu, o dövrdə artıq Müaviyənin qocalıq vaxtlarını keçirtməsini və adi halla onun ömrünün sonlarının yaxınlaşdığını nəzərə alanda, bu maddənin adi hesablamalar əsasında İslam və müsəlmanlar üçün nə qədər faydalı olduğu məlum olur. Müqavilənin digər maddələri də bu cür əhəmiyyət daşıyır. Çünki cümə namazında və eləcə də digər namazlarda Əlinin (Ona salam olsun!) rəsmi şəkildə heç bir qorxu olmadan lənətləndiyi, bu işin bir bidət kimi camaat arasında yayıldığı və Əlinin (Ona salam olsun!) Şiə və dostlarının, eləcə də Peyğəmbərin (Allahın salamı olsun Ona və pak Əhli beytinə!)  ailəsinin (qohum-əqrəbasının) hər yerdə təqib olunduğu və tutularaq cürbəcür təzyiqlərə məruz qaldığı bir dövrdə bu işlərin bundan belə təkrar olunmayacağı barədə maddə yazıb onu Müaviyəyə qəbul etdirmək və Müaviyənin onlara əməl edəcəyi vədini onun dilindən almağın nə qədər böyük nailiyyət olduğunu inkar etmək mümkün deyil.

Kufədə toplanış

Sülh müqaviləsi bağlandıqdan sonra tərəflər ( İmam Həsən (Ona salam olsun!)  ilə Müaviyə (Allahın lənəti olsun ona!)) hərə öz ordusu ilə birlikdə Kufə şəhərinə gəlib şəhərin böyük Məscidində bir yerə toplaşdılar. Camaat gözləyirdi ki, indi sülh müqaviləsinin maddələri hər iki tərəfin rəhbərliyinin iştirkı ilə camaat üçün oxunulacaq və daha onun icra olunacağında heç kimin şəkk-şübhəsi qalmayacaqdır.

Əlbəttə, camaatın bu intizarı heç də yersiz deyildi. Çünki camaat qarşısında çıxış etmək sülh proqramının əsaslarından biri idi. Buna görə də, Müaviyə minbərə çıxıb xütbəyə başladı. Ancaq o, nəinki sülhün maddələrinə əməl edəcəyi haqqında söhbət etmədi, hətta tənə və təhqirlə dedi: "Mən sizinlə namaz qılıb həcc yerinə yetirmək, zəkat ödəmək üçün vuruşmadım. Mən bilirəm ki, onsuz da siz bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki, sizi özümə tabe edib hökuməti ələ keçirəm."

Daha sonra dedi: "Bunu bilin ki, Həsən ibn Əli ilə bağladığım sülh müqaviləsinin bütün maddələrini ayağım altına qoyub tapdalayıram və onların heç birinin dəyəri yoxdur."

Beləliklə də, Müaviyə (Allahın lənəti olsun ona!) Həsən (Ona salam olsun!) ilə bağladığı sülh müqaviləsini ayağı altına saldı və onu açıqcasına pozdu.

Çox keçmədi ki, İmam Həsənin (Ona salam olsun!) arvadı vasitəsilə o Həzrəti zəhərlədi və səfərin 28-i İmam Həsən (Ona salam olsun!) şəhadətə qovuşdu.

 


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR

 
user comment