Azəri
Friday 27th of December 2024
0
نفر 0

Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı

Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı Allahın Rəsulu (s) hicri təqvimi ilə ikinci il, zi-hiccə ayının altıncı günü həzrət Əlini (ə) qadınlar aləminin rəhbəri həzrət Siddiqeyi-Tahirə (ə.s) ilə evləndirdi. İmam Sadiq (ə) buyurub: “Əgər Allah-taala Əmirləmöminini xəlq etməsəydi yer üzündə ona layiq tay (həyat yoldaşı) tapılmazdı.” (Əmali, Şeyx Tusi : c.1, s. 42 - Bəşarətül-Müstəfa: s. 267 –Vəqayeül-əyyam: s. 118) Elçilik
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı

Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı

Allahın Rəsulu (s) hicri təqvimi ilə ikinci il, zi-hiccə ayının altıncı günü həzrət Əlini (ə) qadınlar aləminin rəhbəri həzrət Siddiqeyi-Tahirə (ə.s) ilə evləndirdi.
İmam Sadiq (ə) buyurub: “Əgər Allah-taala Əmirləmöminini xəlq etməsəydi yer üzündə ona layiq tay (həyat yoldaşı) tapılmazdı.” (Əmali, Şeyx Tusi :  c.1, s. 42  - Bəşarətül-Müstəfa:  s. 267 –Vəqayeül-əyyam: s. 118)

Elçilik
Həzrət Zəhranın doqquz yaşı başa çatanda Mədinə ətrafında yaşanlarlar, qəbilə və tayfa başçıları, zənginlər o həzrətin elçiliyinə gəldi. Münafiqlərdən də bir qrupu mütləq həyasızcasına  o xanımın elçiliyənə gəlmək cürətini özlərində tapdılar.
Rəsuli-əkrəm (s) onlardan bəzilərinin elçiliyinə görə narahat oldu . Münafiqlərdən bəziləri etiraz etdi. Həzrət buyurdu:  “Mən sizi rədd etmədim. Allah sizi rədd etdi. Fatimənin (ə.s) işi Allah tərəfindən müəyyən olunur. O qafillər ondan xəbərsiz idilər ki, o çox dəyərli gövhəri Allah Öz izzəti və nəzəri sayəsində hifz edib,onu dünya övladarından, sultan və rəiyyətdən, yoxsul və zənginlərdən ayırıb, Peyğəmbərin (s) Vəsisi (ə) üçün saxlayıb.
İmam Hüseyn (ə) buyurub: “ Bir gün Allahın Rəsulu (s) Ümmi Sələmənin evində idi. Bir xas heybətli mələk nazil oldu. Bir-birinə bənzməyən lüqətlə (dillərlə) Allaha təqdis və təsbih etməklə məşuğuldu. O, ərz etdi: “Mən Sərsailəm. Allah məni sənin yanına  göndərdi ki, sizə deyəm ki, nuru nurla evləndir.” Həzrət buyurdu: “Kimi kiminlə?” dedi: “ Fatiməni Əli ibn Əbi Taliblə.” Ona görə də Peyğəmbər (s) Fatiməni (ə.s) Cəbrail və Sərsailin hüzurunda  Fatimənin (ə.s)  əqdini, Əli (ə) ilə bağladı. O zaman Peyğəmbər (s) Sərsailin çiyinləri arasında bir yazını gördü ki, yazılıb: “La ilahə illəllah, Muhəmmədən rəsulullah, Əli ibn Əbi Talib muqimul-huccə” Buyurdu: “ Ey Sərsail! Bu cümlə sənin çiynində nə vaxtdan yazılıb?”  Dedi: “ Allah-taala dünyanı yaratmazdan on iki min il öncə!” (Əmali, Şeyx Tusi:  c. 1, s. 29 – Kəşfül-ğəmmə: c. 1. s. 472)

Toy mərasimi
Həzrət Fatiməni (ə.s) toy gecəsi Əlinin (ə.s) evinə aparırdlar. Peyğəmbər (s) onun önündə, Cəbrail sağında, Mikail solunda və yetmiş min mələk onun arxasınca gedir, o halda Allaha təsbih və təqdis deyir. Bu, fəcrədək davam etdi. (İqbalül-əmal: s. 548 – Tarixi-Bağdad: c.5 s. 7) (Fəcr- sübha azanından öncə üfüq tərəfdə görünən ilk ağartıya deyilir)
Həzrət Zəhranın (ə.s) toy və mənzil əşlaları
Həzrət Zəhranın (ə.s) mənzili əşyaları belə təşil olmuşdu; Peyğəmbər (s) Əmirəlmömininə (ə) buyurdu: “ Öz zirehini sat.”  O həzrət, zirehini satdı onun pulunu Peyğəmbərin (s) xidmətinə gətirdi. O həzrət, pulun bir miqdarını (toy üçün) yemək hazırlaması üçün Ümmü Sələməyə verdi. Başqa bir rəvayətə görə yemək ləvazimatının yarısın Peyğəmbər (s) digər yarısını isə Əmirəlmöminin (ə) hazırladı.
Həzrət Zəhranın (ə.s) cehizi
Peyğəmbər (s) zirehin pulundan bir qədərini Əmmara verdi ki, bazardan ev əşyalarını alsın. Bir ədəd köynək, bir ədəd yaylıq, bir ədəd qara qətifə xeybəri, yaxud qara əba, bir ədəd nazik pambıq pərdə, həcər qəryəsi toxunuşlu bir ədəd həsir, əl dəyirmanı, bir ədəd mis teşt, su məşki  (məkş- dəridən düzəldilmiş su qabı), səfalin kasası və qoyun dərisi. (Beytül-əhzan: s. 57)
Əmirəlmöminin (ə) buyurub: “ O gecə, Peyğəmbərin qızı mənim evimə gələn zaman,  yatağımız, qoyun dərisindən başqa bir şey deyildi.” (Sünənül-Mustəfa: c. 2. s. 538)
Başqa bir hədisdə buyurub: “ Mən, Fatimə ilə elə bir halda evəndik ki, qoyun dərisndən başqa bir şey yoxumuz idi. Gecə onun üstündə yatır, gündüz dəvələrimizin oot-ələfini onun üstünə sərirdik və evdə xidmətçımız yox idi.” (Səfvətül-səfvə: c. 2. s. 538)
Digər bir rəvayətdə buyurub: “ Peyğəmbər (s) bizim evimizə gəldi. Bir halda üstümüzə bir qətifə atmşıdıq. Onu uzununa üstümüzə salsaydıq, ətrafımız açıq qalır, eninə salsaydıq baş-ayağımız örtülməzdi.” (Zəxairül-uqba: s. 49)
Əhli-sünnədən bəziləri rəvayət ediblər ki, Fatimə (ə.s) Əlinin evinə gedəndə yerə salımış rig, safilin kuzəsi, yastıq və su qabından başqa bir şey tapmadı. (Fatimətül-Zəhra (ə.s), bəhcətül-qəlbil-Mustəfa (s): s. 674)
Başqa bir rəvayətə görə, mənzildə təsərrüfat əşyaları bunlar idi: iki ədəd kiçik kuzə, taxtadan düzəldilmiş süd qabı,  yağ və ya un tökmək üçün yaşıl rəngli bir sübuyi, dörd yastıq və ya mütəkka yaxud da quru otlarla doldurulmuş dəri (söyənmək üçün) dəri arxalıq. (Əmali, Şeyx Tusi, s. 45. – Biharül-ənvar: c. 43 s. 94)


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM HÜSEYNİN (Ə) İRAQA DOĞRU HƏRƏKƏTİ
MÜBAHİLƏ AYƏSİ
Atasın zinəti
Nümunəvi oructutanlar
Pеyğәmbәrdәn (s) 100 hәdis
Quran oxu sən ...
İmam Həsən Müctəba (ə) (1)
Həzrət Sukeynənin (Səkinənin əleyha salam) türbəsinə hücum edilib
İKİNCİ HEKAYƏT
Məhərrəm ayının 15-ci günü

 
user comment