Azəri
Sunday 21st of July 2024
0
نفر 0

ABŞ, Qərb, sionist rejim və Səudiyyə Ərəbistan Hizbullah niyə hədəf seçib? - ANALİZ

- Xəbər Agentliyi- Livan artıq öz ayaqları üstündə dayana bilmir. Boğulmuş, qorxmuş və maliyyəsiz hala düşmüş vəziyətdədir.
ABŞ, Qərb, sionist rejim və Səudiyyə Ərəbistan Hizbullah niyə hədəf seçib? - ANALİZ

Xəbər Agentliyi- Livan artıq öz ayaqları üstündə dayana bilmir. Boğulmuş, qorxmuş və maliyyəsiz hala düşmüş vəziyətdədir.

Cəbhə xəttində yerləşən ölkə şərqdə və şimalda İŞİD terrorçularının nəzarətində olan ərazilərə, cənubda düşmən İsrailə, qərbdə isə dərin mavi dənizə baxır. Əksəriyyəti suriyalı olan 1.5 milyon qaçqın kiçik ölkə ərazisinin hər yerinə səpələnmiş vəziyyətdədir. İqtisadiyyatı çökür, infrastrukturu da dağılır. İŞİD Suriya sərhədində, sözün əsl mənasında qapının ağzındadır. Hətta bir ayağı Livanın içindədir və vaxtaşırı olaraq ölkəyə hücum edir, bütün Livan şəhərlərində və bütün çöl sahələrində saysız-hesabsız "yatan hücrələr" yaradır. Hizbullah İŞİD-ə qarşı vuruşur, ancaq görünən odur ki, Qərb və Səudiyyə Ərəbistanı İŞİD-i deyil, Hizbullahı öz geosiyasi maraqlarının önündəki böyük təhdid kimi görür. Livan ordusu nisbətən yaxşı təlim alıb, lakin yaxşı silahlanmayıb və bütün ölkə kimi ordu da pul sarıdan korluq çəkir.

Yerli sakinlər düşünürlər ki, vəziyyət bir az da belə davam etsə, bir zərbəyə bütün ölkə dağılacaq, yanıb kül olacaq.

Qərbin və regional müttəfiqlərin istədiyi həqiqətən budurmu?

İndi yüksək səviyyəli xarici nümayəndələr bir-birinin ardınca Livanı ziyarət edir: BMT baş katibi Pan Gi Mun, Dünya Bankı Qrupunun rəhbəri Jim Yong Kim və Aİ xarici siyasət rəhbəri Federika Moqerini. Bütün xarici ziyarətçilər proqnozlaşdırılmış və mücərrəd şəkildə İŞİD-in yaxında olması və hazırda Livanda yaşayan 1,5 milyon suriyalı qaçqının taleyi haqqında "dərin narahatlığını" bildirir. Hamısı, "Qonşu Suriyadakı müharibənin kiçik Livan üzərində dərin təsirləri var", - deyə söyləyir.

Müharibəyə kimin təkan verdiyi isə heç vaxt müzakirə olunmur.

Və bir də həll edilmir. Yalnız çox az sayda konkret söz verilir. Söz verilən şeylər də yerinə yetirilmir.

Pan Gi Mun, Jim Yong Kim və Beyrutdakı BMT qurumlarının rəhbərləri arasında keçirilən qapalı toplantıya qatılan mənbələr bildiriblər ki, yeni, konkret və ya ilhamverici heç bir şeydən danışılmayıb.

Adı beynəlxalq olan təşkilatlar Livanı dərin və gedən böhranlardan xilas etmək istiqamətində çox az meyl göstərir. Belə ki, bir çox ölkə və təşkilat davamlı olaraq Livanın boğazına sarıldığı bir vaxtda, ölkə "insan haqları pozuntuları" və "zəif və təsirsiz hökumətə sahib olmaqda" ittiham edilir. Onları ən çox narahat edən şey isə, Hizbullahın (yəni bir çox Qərb ölkəsinin və onların Ərəb dünyasındakı müttəfiqlərinin "terror siyahısına" saldığı bir təşkilatın) ölkə rəhbərliyinə qoşulmasına bir səviyyədə icazə verilməsidir.

Livanın Hizbullah təşkilatı ölkənin şimal-şərqində, Suriya sərhədində və başqa yerlərdə İŞİD terrorçuları ilə fəal şəkildə müharibədə yeganə hərbi güc kimi görünür. Eyni zamanda, yüz minlərlə yoxsul Livan vətəndaşı ilə sağlam sosial əlaqə quran yeganə təşkilatdır. Həm müsəlman, həm də xristian partiyalarla və hərəkatlarla koalisiyalar yaradır.

O halda Hizbullah nə üçün hədəf seçilib?

Çünki başlıca olaraq şiə müsəlmanlar Qərbin Ərəb dünyasındakı demək olar ki, bütün müttəfiqləri tərəfindən düşmən kimi görünür və hədəf alınır. Hədəf alınması ilə bərabər, bəzən birbaşa sıradan belə çıxarılır.

Hizbullah İranın sağ qolu kimi görünür. İran isə şiə ölkəsidir və illərdir Qərb imperializminin qarşısında, Rusiyanın, Çinin və Latın Amerikası ölkələrinin, hansı ki, Qərb imperializminə boyun əymədikləri üçün "diktatura" adlandırılan ölkələrin yanındadır.

Hizbullah həm İranın, həm də Suriyadakı Bəşşar Əsəd hökumətinin yaxın müttəfiqidir. İsrail nə zaman Livana hücum etsə, Hizbullah İsraillə döyüşür və döyüşmək məcburiyyətində qaldığı müharibələrin əksəriyyətini qazanır. Hərəkat Qərbin, İsrail və Səudiyyə Ərəbistanının işğalçılıq siyasətinə açıq ədavətdədir və liderləri hədsiz dərəcədə sözünü açıq deyəndir. Məhz buna görə də ölkənin sünnü və xristian əhalisi də Hizbullah lideri Seyid Həsən Nəsrullaha böyük rəğbət göstərirlər.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Obaşdanda şiriniyyatdan istifadə etməyin!
İsntanbulda Fars dili də tərcümə dərsləri başlayıb
Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq

 
user comment