erdiyi xəbərə əsasən, Gürcüstanda yerləşən Azad Tədqiqat İnstitutu (ATİ) "Ramazan Akademiyası 2" adlı proqramına start verib.
Seminara Afayət Əliyev start verərək Qurban Murquzovu dəvət edib.
Q. Murquzov İlk olaraq orucun İnsan həyatında fərdi təsirlərindən danışıb. Spiker burada İnsanın sağlam cismə malik olmasına, İnsanda pərhizkar ruhun yaranmasına, İnsanın öz məbudu ilə bir başa əlaqə qurmasına və Səbr və dözümlülük ruhiyyəsinin yaranmasına işarə edib.
Sonra Q. Murquzov orucun İnsan həyatında içtimai faydalardan söhbət açıb. Spiker Cəmiyyətdə mənəvi abu-hava və yardımlaşma hissinin yaranmasına işarə edərək, bir çox İlahi əmrlər insanları toplum olaraq birləşməyə dəvət etdiyini vurqulayıb.
“Oruc tutmaq da bu İlahi məqsəddən kənar bir şey deyil. İnsanlar oruc tutub səhərdən axşama ac və susuz qalmaqla bir növ ac-susuzların və ehtiyaclıların duyduğu hissləri duyur, onların hansı əzab əziyyət çəkdiklərini bilməkdən əlavə dərk edirlər. Bu səbəbdən onlara yardım etmək hissi güclənir.”- deyə Q. Murquzov bildirib.
Ramazan ayının və bu ayda tutulan orucun ictimai faydalarından biri də insanların bu ayda varlı-kasıb, vəzifəli-siravi və s. bir birinin kənarında imsaq və iftar zamanı bərabər oturması və həqiqi mənada “Allah bəndəsi” ünvanında bir-birlərinə hörmət göstərmələridir. Yəni, cəmiyyətdə birlik və bərabərlik ruhiyyəsinin yaranması.
Seminarın sonunda auditorianın suallarına cavab verildi.
source : abna24