Azəri
Saturday 25th of May 2024
0
نفر 0

Həzrət Əbülfəzlil Abbasın (əleyhi səlam) mövludu hər kəsə mübarək

Həzrət Əbülfəzlil Abbasın (əleyhi səlam) mövludu hər kəsə mübarək

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, "Qəməri Bəni-Haşim" - Haşim Nəslinin Ayı ləqəbi ilə tanınmış həzrət Əlinin (əleyhi səlam) igid oğlu Əbülfəzlil Abbas (əleyhi səlam) hicrətin 26-cı ili, şəban ayının 4-də dünyaya gəlmişdir. Anası öz şücaətləri ilə ad qazanmış "Kilab" qəbiləsindən olan Ummül Bənindir...

Həzrəti Əlinin (əleyhi səlam) ilk həyat yoldaşı, İslam Peyğəmbərinin dürrdanə qızı həzrəti Xanım Fatiməi Zəhra (səlamullahi əleyha) ikinci xəlifə tərəfindən Şəhid edildikdən sonar İmam Əli (əleyhi səlam) Xanım Fatiməi Zəhranın (səlamullahi əleyha) vəsiyyətinə uyğun olaraq ikinci ailə həyatını qurur. Bunun üçün O, həzrət (əleyhi səlam) qardaşı Əqilə əmr edir ki, onun üçün elə bir tayfadan həyat yoldaşı seçsin ki, onun üçün qeyrətli və şücaətli bir oğlan dünyaya gətirsin. Əqil bütün tayfaların əsl-nəcabətini yaxşı bildiyi üçün məhz Ummülbənini həzrət Əliyə (əleyhi səlam) tövsiyə elyir.

Bu bərəkətli izdivacdan dörd oğlan övladı dünyaya gəlir. Onlardan böyüyünün adı isə Abbas, künyəsi isə Əbülfəzl olur.

Həzrət Əlidən (əleyhi səlam) tərbiyə alan Həzrət Əbülfəzl bütün insani dəyərləri və xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxs olmuşdur. Öz şücaəti, qəhrəmanlığı ilə tarixə silinməz və əvəz olunmaz izlər salmışdır. Məhz buna görə də, O həzrətin künyəsi Əbülfəzdir yəni fəzilətlərin Atası.

Məsum İmamların həzrət Əbülfəzlil Abbas haqda buyurduqları kəlamlar:

İmam Səccad (əleyhi səlam) o həzrətin (əleyhi səlam) barəsində belə buyurur: "Həzrət Abbas (əleyhi səlam) təlim görməmiş alimdir, çünki o, ilahi elmin mənbəyi, Həzrət Peyğəmbərin varisi və vəlisi Həzrət Əlinin (əleyhi səlam), həmçinin behişt cavanlarının ağaları olan Həsən (əleyhi səlam) və Hüseynin (əleyhi səlam) elmindən faydalanmışdır."

İmam Səccad (əleyhi səlam) Həzrət Əbülfəzlin məqamının şəhid məqamından üstün olduğu barədə belə buyurur: "Allah Təala əmim Abbasa (əleyhi səlam) rəhmət eləsin. O, həqiqətən canından keçib özünü qardaşına fəda elədi, Allah-Təala onun kəsilmiş qollarının əvəzinə əmisi Cəfər Təyyar kimi iki qanad vermişdir ki, mələklər kimi uçaraq cənnətə daxil olsun. Onun Allah Təala yanında elə bir məqamı var ki, Qiyamət günü bütün şəhidlər ona qibtə edər və onun məqamını təmənna edərlər."

İmam Cəfər Sadiq (əleyhi səlam) belə buyurur: "Bizim əmimiz Həzrət Əbülfəzlin (əleyhi səlam) dolğun təfəkkürü, geniş baxışı və güclü imanı var idi. O (əleyhi səlam), İmam Hüseynlə (əleyhi səlam) birgə zalım Yezidə qarşı sonadək mübarizə apardı. O Həzrətin (əleyhi səlam) yolunda canını fəda edib şəhid oldu."

İmam Sadiq (əleyhi səlam) onun ziyarətnaməsində belə buyurub: “Şəhadət verirəm ki, sən, bir an da olsa, süstlük göstərməyib, qayıtmamısan. Sənin addımların dinin iman və bəsirətində iz qoyub.”

Başqa bir yerdə İmam Sadiq (əleyhi səlam) buyurub: “ Bizim əmimiz Əbbas (əleyhi səlam), iti (açıq) gözlü (bəsirətli) və möhkəm imanı var idi. Qardaşı ilə birgə cihad edib, Allahın imtahanından qalib çıxıb və şəhadətlə həyat köçünü yığdı.”

Tarixçilər yazır:

O həzrətin (əleyhi səlam) şücaəti və qəhrəmanlığı barəsində tarixçi Xarəzmi belə nəql edir: "Siffeyn müharibəsində misilsiz şücaəti, yüksək qılınc oynatmaq qabiliyyəti hamını valeh etmişdi. Müaviyə suyu Həzrət Əlinin (əleyhi səlam) ordusunun üzünə bağladıqdan sonra həzrət Əbülfəzl (əleyhi səlam) meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Müaviyə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən cəngavərisən, bunu öldür ki, başqalarına ibrət olsun. Lakin o, özü getməyib oğlunu göndərdi. Həzrət Əbülfəzl (əleyhi səlam) ardıcıl olaraq onun yeddi oğlunu öldürdü. Bunu görən əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Həzrət Əbülfəzl (əleyhi səlam) onu da məğlub etdi." Xarəzminin nəql etdiyinə əsasən bundan sonra Müaviyənin qoşunundan heç kim onunla döyüşə cəsarət etmədi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Möminlərin Anası həzrəti Xədicənin (s) bu gün şəhadət günüdür
İMAM HÜSEYN (Ə)
İMAMİYYƏ ƏQİDƏSİ(2)
Məbəs bayramınız mübarək ABNA bu bayramı münasibəti ilə sizə təbrik deyir
Quranda təkamül nəzəriyyəsi haqqında yekun söz
Həzrət Peyğəmbərin (s) alimin yolunu
Nə üçün Allah rəhmətinin kənarında "Ərhəmərrahimin " edam həddinə ...
İmam Hüseyn (ə) haqqında hədislər
HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ -Amənə bint Şərid (Əmr ibn Həməqin ...
Sərkisyan demokratiyada Əliyevi qabaqladı

 
user comment