Azəri
Thursday 23rd of March 2023
0
نفر 0

Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!

Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!

 Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Neysan ayı, Rum təqviminin səkkizinci ayıdır ki, təxminən 12 aprel başlayır və 30 gün çəkir. Bəzi hədislərə istinadən bu ayda yağan yağışın xüsusi təsirləri vardır.

Kim bu yağışın suyundan təmiz bir qaba yığıb və ona aşağıdakı surə və duaları oxusa, sonra bu sudan içsə, cismində və ruhunda olan müxtəlif xəstəliklərdən xilas olar.

Hədislərdə bu suyun elə təsirləri bəyan olunubdur ki, insanı heyrətləndirir.

Sözügedən surə və dualar aşağıdakılardır:

1⃣-  “Həmd” surəsi;

2⃣-  “Ayətəl-kürsi”;

3⃣-  “Kafirun” surəsi;

4⃣-  “Ə`la” surəsi;

5⃣-  “Fələq” surəsi;

6⃣-  “Nas” surəsi;

7⃣-  “İxlas” surəsi.

Bu surələrin hər birini 70 dəfə oxu.

Həmçinin aşağıdakı zikrlərin hər birini 70 dəfə de:

1⃣-  “Lə iləhə illəllah”;

2⃣-  “Əllahu əkbər”;

3⃣-  “Əllahummə səlli əla Muhəmməd və Ali-Muəhəmməd”;

4⃣-  “Subhanəllah, vəl-həmdu lilləh, və lə iləhə illəllah, vəllahu əkbər”.

Mərhum Əllamə Məclisi yazır: “Yağış suyu ümumiyyətlə mübarək və xeyirlidir, necə ki, mötəbər bir hədisdə Əmirəl-möminin Əli (əleyhi səlam) buyurur: “Göydən yerə enən suyu için, çünki bu su bədənləri pak edir və dərdləri aradan aparır.””

Qurani-Məcid Ənfal sürəsi ayə 11-də buyurur: “... Allah sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi doldurmaq və sizi sabitqədəm etmək üçün göydən üstünüzə yağış yağdırdı.”

Həmçinin Furqan sürəsinin 48 və 49-cu ayələrində buyurur: “Küləkləri rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki, Onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox insanları sirab edək!”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
QEYBDƏ OLAN İMAMIN FAYDALARI
Vahabi əqidəsində Tovhid
YALAN – TƏHLÜKƏLİ BƏLA
Ümmul- möminin termini necə yarandı?
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Qeybət haqqında nə bilirik?
İmam Səccad əleyhissəlamın ibn Ziyadla söhbəti
"NƏHCÜL –BƏLAĞƏ"
İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ

 
user comment