Azəri
Sunday 28th of April 2024
0
نفر 0

Həzrət Əli Əkbərin (ə) mövludu və Cavan Günü mübarək!

Həzrət Əli Əkbərin (ə) mövludu və Cavan Günü mübarək!

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri təqvimi ilə 33-cü il, Şəban ayının 11-i, İmam Hüseyn əleyhis-səlamın Peyğəmbərə bənzər oğlu, Bəni Haşim tayfasının parlaq cavanı olan həzrət Əli Əkbərin (əleyhi səlam) mübarək mövludu günüdür. Onun anası, leyla binti Mərrə Səqəfi idi.

Biz ABNA oıaraq bu şərəfli gün münasibətilə başda İmam Zəman (Allah Onun şərəfli zühurunu tezləşdirsin) həzrətləri başda olmaqla haqq naibi həzrət Ayətullah Xamenei, ali təqlid mərcələri və bütün Əhli Beyt sevər möminləri təbrik edirik.

Həzrəti Əli Əkbər (əleyhi səlam) cavan olmasına baxmayaraq, atası İmam Hüseyn (əleyhi səlam) ilə Kərbəlada rəşadət göstərərək, adını şanlı İslam tarixinə qızıl hərflərlə yazmışdır.

Həzrət Əli Əkbər İmam Hüseynin (əleyhi səlam) böyük oğlu olduğu üçün ona Əli Əkbər, yəni "böyük Əli” deyilir. Əli Əkbərin (ə) kiçik qardaşlarının da adları Əli olub, Əli Əvsət İmam Zeynulabidin (əleyhi səlam) – "ortancıl Əli” və Əli Əsğər (əleyhi səlam) ("kiçik Əli”).

Rəvayətlərə görə, Əli Əkbər (əleyhi səlam) istər zahiri bədən qurluşu, istərsə də davranışları və əxlaqı ilə Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) çox bənzəyirdi. Belə nəql olunur ki, bir gün bir xristian Mədinədə Peyğəmbərin (s) Məscidinə daxil oldu. Lakin ona dedilər ki, sən məsihisən çölə çıx.

Dedi ki, çıxmaram! Dünən gecə (yuxuda) həzrət Muhəmmədi (səlləllahu əleyhi və alihi və səlləm) və həzrət İsanı (ə) gördüm. Həzrət İsa (əleyhi səlam) mənə dedi ki: "Bu son Peyğəmbər Həzrəti Muhəmməddir. Buna və dininə iman gətir.” Mən də indi həqiqətən ona bağlanmağa və iman gətirməyə gəlmişəm.”

Ona dedilər ki, İslam Peyğəmbəri dünyasını tərk edib lakin nəvəsi İmam Hüseyn burdadır. İmam Hüseyn (əleyhi səlam) gələn kimi məsihi Onun ayaqlarına qapanıb və hadisəni Ona danışdı. İmam Hüseyn (ə.s) buyurdu ki: "Babam Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dünyasını tərk etdi, lakin istəyirsən sənə Ona bənzəyəni göstərim.

O vaxt uşaq yaşda olan və üzünə niqab bağladığı oğlu həzrət Əli Əkbəri gətirdi. Onun üzünü açan kimi bunu görən o məsihi ah çəkərək ağlayıb özündən getdi.

İmam Hüseyn buyurdu ki: Üzünə su səpin. Məsihi özünə gəldikdən sonra İmam Hüseyn (əleyhi səlam) ona buyurdu ki: Bu oğlum, babam Peyğəmbərə bənzəyirmi?

Dedi: "Allaha and olsun ki bəli, çox bənzəyir!”

İmam Hüseyn buyurdu ki: "Sənin belə bir oğlun olsa və ayağına tikan batsa nə edərsən?”

Məsihi dedi ki: "Ölərəm ey ağam. Deyərəm ki, mən ölüm ama o oğluma bir şey olmasın.”

İmam Hüseyn (əleyhi səlam) buyurdu ki: Sənə xəbər verim. Bu oğlum bir gün qılınclar altında parça parça olacaqdır...”

Həzrət Əli Əkbər ağa da Kərbəla məktəbinin, o vəfa məktəbinin örnəklərindəndir. Kərbəlada İmam Hüseynin (əleyhi səlam) qardaşı Həzrət Əbbas (əleyhi səlam) və oğlu Əli Əkbər (əleyhi səlam) qadınlar və uşaqların mühafizəsinə rəhbərlik edir, lazım gələndə suyun qarşısının düşmən tərəfindən kəsilməsinə baxmayaraq, böyük şücaət nümayiş etdirərək, mühasirədə olanlara su gətirirdilər.

Allah-təala bizlərə dünyada o həzrətin ziyarətindən, axirətdə isə şəfaətindən binəsib eləməsin və bizləri Muhəmməd və Ali Muhəmmədin yolunda sabitqədəm olanlardan qərar versin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Əhzab" surəsi
Qiyamətin şahidlik evi
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Haramdan doğulan uşağın əlamətləri
VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq

 
user comment