Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Şaban ayının 15-ci gecəsi və onun bəzi əməlləri

Şaban ayının 15-ci gecəsi və onun bəzi əməlləri

– Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu il mayın 11-dən 12-nə keçən gecə, yəni  mayın 11-i məğrib azanından sonra Şaban ayının 15-ci gecəsi daxil olur. Mayın 12-si isə, Şaban ayının 15-ci günüdür.

“Nimeyi Şəban” Şabanın ayının ortası anlamındadır. Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. “Təmizlənmə gecəsi” anlamında olan “Leylətül-bərat” adlı  bu gecə Allah Taala ilə raz-niyaz etmək, hacətləri diləmək, ruhən dəyişmək üçün yaxşı fürsətdir. Rəvayətlərə görə, bu gecə Allah (cəllə cəlaluh) sonsuz rəhmətini bəndələrinin üzünə açır. Həm də onlar üçün bəzi hadisələri təqdir edir. Hesab olunur ki, bəndəyə Həcc ziyarətinin nəsib olub-olmayacağı bu gecə müəyyən olur.

Şaban ayının 15-ci günü isə, bəşəriyyətin xilaskarı həzrət Məhdi Sahib əz-zamanın (Allah Onun şərəfli zühurunu tezləşdirsin) mövlud günüdür.  İmam Məhdi (Allah Onun şərəfli zühurunu tezləşdirsin) Hicri Qəməri tarixi ilə, 225- ci  (miladi 840-cı) ildə Samirra şəhərində dünyaya göz açıb. Onun dəyərli atası 11-ci İmam həzrət Həsən Əsgəri (əleyhi səlam) anası isə, Roma iperatorunun qızı həzrət Nərgiz xatundur (səlamullahi əleyha) .

Bu Gecənin Əməlləri

1- Əhya saxlamaq (gecənin tam yarısından sübh azanına qədər ayıq qalmaq),

2- Qüsl almaq (niyyəti belədir: Nimeyi Şəban qüslu verirəm qürbətən iləllah),

3- İmkan daxilində Quran oxuyub, namazlar qılıb, dua etmək tövsiyə olunur.

4- İmam Hüseyni (əleyhi səlam) bu gecə məxsus tərzdə ziyarət etmək. Belə ki, hündür və üstü açıq bir yerə çıxmalı və üzü qibləyə durmalıdır. Daha sonra sağa və sola baxmalı,  üzünü göyə qaldırıb İmama belə xitab etməlisiz: “Əssəlamu əleykə, ya Əba Əbdillah! Əssəlamu əleykə və rəhmətullahi və bərəkətuh” (Salam olsun sənə, ey Əba Əbdillah! Allahın salamı, rəhməti və bərəkəti üzərinə olsun).

5- Kumeyl duasını oxumaq,

6- 100 dəfə təsbihati-ərbəə (“sübhanəllahi, vəlhəmdu lillahi, və la ilahə illəllahu vəllahu əkbər”) və istiğfar (“əstəğfirullah”) söyləmək.

7- Sübh azanından öncə obaşdan yeyib sabahısı günü oruc tutmaq müstəhəbdir. Əgər kiminsə boynunda qəza orucu və yaxud nəzir kimi digər vacibi oruc vardırsa mütləq bu gün oruc tutduqda vacib orucunu tutmalıdır.

Allah Taala etdiyiniz bütün ibadətlərinizi qəbul etsin! Bizlərə də dua edin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment