Azəri
Friday 27th of December 2024
0
نفر 0

Həzrət Məsumənin (ə.s) təvəllüdü günü

Həzrət Məsumənin (ə.s) təvəllüdü günü

7-ci İmam Musa Kazımın (ə) qızı həzrət Fatimə Məsumənin (s) təvəlldüdü günü münasibəti ilə sizi təbrik edir və sizə Əhli-beyt (ə) məktəbinin əsl davamçısı olmağı arzu edirik!

Həzrət Məsumə (s)Yeddinci İmam Musa Kazımın (ə) qızı olan həzrət Fatimə Məsumə (s) hicri 173-cü il, Zilqədə ayının 1-ində Mədinə şəhərində dünyaya göz açdı.
Həzrət Məsumə (s) İmam Rzanın (ə) , həzrət Həkimənin(s) ( Bibi Heybət ləqəbi ilə məşhurdur.Qəbri Bakı şəhərinin girəcəyində yerləşir), həzrət Rəhimənin (s) (qəbri Bakının Nardaran qəsəbəsində yerləşir) bacısıdır.

İmam Rza (ə) Mərv şəhərinə aparıldıqdan sonra, o xanım qardaşını ziyarət etmək üçün Mədinədən Mərvə səfər edir. Save şəhərinə çatdıqda həzrət Məsumə (s) gözlənilmədən xəstələnir və səfərini davam etdirə bilmədiyi üçün şiələrin mərkəzi olan Qum şəhərinə gedir. O xanımın Quma daxil olduqda xalq tərəfindən təntənə ilə qarşılanır.Xəstələnməsindən 10 gün keçdikdən sonra Rəbius sani ayının əvvəllərində əbədiyyətə qovuşur. Qəbrı hal hazırda Qum şəhərində möminlərin ziyarətgahına çevrilmışdır.
İmam Sadiq (ə) buyurmuşdur: " Allahın evi Məkkə, həzrət Peyğəmbərin (s) evi Mədinə, Əmirəlmöminin Əlinin (ə) evi Küfə, mənim və övladlarımın evi İslam ə Qum şəhəridir.( Biharul -ənvar, c60, səh 266)
İmam Cavad (ə) buyurmuşdur: “Hər kəs Qum şəhərində bibimi ziyarət edərsə cənnətə daxil olacaqdır”.
Həzrət Məsumənin (s) Ziyarətgahı İmam Zamanın (ə f) ziyarətgahıdır
Böyük övliyalardan biri yuxuda bir şəxsin ona belə dediyini görür: “Hazırda İmam Zaman (ə) bibisinin (həzrət Məsümənin (s) ) qbrini ziyarət edir. Ziyarət sona yetdikdən sonra İmam (ə) sizə gələcəkdir.Lakin, kitabxananızda müxalif kitablar çoxdur. O həzrət onları xoşlamır.Sən kitabları kitabxanadan xaric etməlisən!" O, deyir: "Mən tez o kitablarıkitabxanamdan xaric etdim”. Sonra ona deyir: "Bu xalçaları da yığışdır. İki dənəsi kifayət edər.Lakin, xalçaların resmləri görsənməsin deyə onalrı çevir”.

Bu sadiq yuxu həzrət Məsumənin(s) hərəminin əzəmətini nəzərə çarpır.Həmçinin, İmamla (ə) görüşmək istəyinə nail olmaq üçün Əhli-beyt (ə) məhəbbətini ürəkdə möhkəmləndirməli və onalrın müxaliflərinə nifrət etmək lazımdır.Habelə, dünyanın fani zinətlərinə goz yumaraq, haramdan uzaq, halal ruzi ilə sadə həyat yaşanılmalıdır.Bu halda İmam zamanla (ə f) görüşmık səadəti asanlaşacaqdır.
Həzrət Məsumə (s) və onun ziyarəti haqqında hədislər
Xanım Fatimeyi-Məsuməni (s.ə) ziyarət etmək üçün Əhli-beytdən (ə) bir çox hədislər nəql olunmuşdur ki, onların bəzisini nümunə olaraq sizin nəzərinizə çatdırırıq.
1. Qazi Nurullah İmam Sadiqdən (ə) belə nəql edir:
انَّ للهِ حرما و هو مكّه، الا إنَّ لرسول الله حرما و هو المدينه انّ لأميرالمؤمنين حرما و هو الكوفه، ألا و إنَّ قم الكوفه الصغيرة، ألا إن للجنة ثمانية أبواتٍ ثلاثية منها إلي قم تقبض فيها إمرئة من ولدي إسمها فاطمة بنتُ موسي و تدخل بشفاعتها شيعتي الجنة باجمعهم
"Allahın bir hərəmi vardır ki, Məkkədir, agah olub, bilin - Rəsulullahın bir hərəmi vardır ki, Mədinədir, agah olub bilin, Əmirəl-mömininin (ə) bir hərəmi vardır ki, Kufədir. Agah olub bilin ki, Qum kiçik Kufədir. Agah olub bilin ki, həqiqətən, Cənnətin səkkiz qapısından üçü Qum tərəfə açılır. Mənim övladlarımdan olan bir xanım orada vəfat edəcəkdir. Adı Musa qızı Fatimədir. Onun şəfaətçiliyi nəticəsində mənim bütün şiələrim Cənnətə daxil olacaq."
2. Əllamə Məclisi İmam Rizadan (ə) nəql edir ki, o Həzrət (ə) Sədə belə buyurmuşdur:
يا سعد عندكم لنا قبرٌ، قلتُ: جعلت فداك قبرُ فاطمة بنت موسي(ع)؟ قال: نعم، من زارها عارفاً بحقها فله الجنة ...
"Ey Səd! Sizin yanınızda bizim qəbrimiz vardır." Dedim: "Sənə qurban olum, Musa qızı Fatiməninmi qəbrini buyurursunuz?" Buyurdu: "Bəli, hər kim onun haqqına arif olaraq onu ziyarət edərsə, Cənnət ona vacib olar."
3. "Kamilüz-ziyarət" kitabında İmam Cavaddan (ə) nəql edilmişdir ki, o həzrət buyurub:
من زار قبر عمتي بقم فله الجنة
«Hər kim bibimin qəbrini Qum şəhərində ziyarət etsə, Cənnət ona vacib olar».
4. Şeyx Abbas Qumi "Səfinətül-bihar" kitabında İmam Sadiqdən (ə) nəql edir ki, o Həzrət buyurmuşdur:
... انّ لله حرما و هو مكّة و انّ للرّسول حرما و هو المدينه و أنّ لأمير المؤمنين حرما و هو كوفة و انّ لنا حرما و هو بلدة و سنذفن فيها إمرئة من اولاي تسمي فاطمة فمن زارها و جبت لها الجنة
"... Allahın hərəmi vardır ki, Məkkədir, Peyğəmbərin hərəmi vardır ki, Mədinədir, Əmirəl-mömininin hərəmi vardır ki, Kufədir, bizim də hərəmimiz vardır ki, Qum şəhəridir. Orada mənim övladlarımdan olan Fatimə adlı bir xanım dəfn olunacaq, hər kim onu ziyarət etsə, Cənnət ona vacib olar."

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM HÜSEYNİN (Ə) İRAQA DOĞRU HƏRƏKƏTİ
MÜBAHİLƏ AYƏSİ
Atasın zinəti
Nümunəvi oructutanlar
Pеyğәmbәrdәn (s) 100 hәdis
Quran oxu sən ...
İmam Həsən Müctəba (ə) (1)
Həzrət Sukeynənin (Səkinənin əleyha salam) türbəsinə hücum edilib
İKİNCİ HEKAYƏT
Məhərrəm ayının 15-ci günü

 
user comment