Azəri
Friday 27th of December 2024
0
نفر 0

Hər kim Quran oxuyar – bir duası yerinə yetər, istər tez olsun, istərsə də gec” – İmam Həsənin (ə) mübarək kəlamlarından

Məsum İmamlarımızın (ə) ən mühüm risaləti – dini təbliğ etmək, əhkamı bəyan etmək və Quranı təfsir etməkdir. İmam Həsən Müctəba (ə) – Məsum İmamlardandır və buna görə Qurana xüsusi diqqət edər və onu təfsir edərdi.

 

Ərbəli İmam Həsəndən (ə) nəql edir ki, buyurub: “Quranda nur çıraqları və sinələrin şəfası vardır. Ona görə də salik onun nurunda seyr edər və bu sifətlərlə ürəyini cilovlayar. Çünki bu cür düşünmək – ayıq qəlbin həyatıdır. Necə ki, insan qaranlıqda nur ilə aydınlanar. Dünyada bu Qurandan savayı bir şey qalmamışdır. Ona görə də onu öz imamınız qərar verin ki, sizi hidayətə yönəltsin. Quran üçün ən layiqli insan o kəsdir ki, ona əməl edər – baxmayaraq ki, onu əzbərləməz. Qurana ən uzaq insan o kəsdir ki, ona əməl etməz – baxmayaraq ki, onu oxuyar”.

 

Bu nurani hədisdə İmam (ə) buyurur ki, Quranı əməl və həyatınızda imam və rəhbər qərar verin və ona əsasən əməl edin.

 

İmam Həsən (ə) buyurur: “Bu Quran – Qiyamət günü gələr, o halda ki, rəhbərdir. O insanlar ki, Allahın halalını halal və Allahın haramını haram götürüblər və Qurana iman gətiriblər – behiştə yollanarlar. O insanlar ki, İlahi əhkamı məhv ediblər və Allahın haramını halal götürüblər – atəşə atılarlar”.

 

Həzrət (ə) başqa yerdə buyurur: “O kəs ki, Quran haqqında öz rəyi ilə danışar və təfsir edər – baxmayaraq ki, haqqdır – yenə də günah etmiş olar”.

 

İmam Həsən (ə) buyurur: “Hər kim Quran oxuyar – bir duası yerinə yetər, istər tez olsun, istərsə də gec”.

 

İmam Həsən (ə) buyurur: “Peyğəmbər (s) salavatı insanları öyrətdi və buyurdu: “Deyin: Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər, necə ki, İbrahimə (ə) və Ali-İbrahimə (ə) salavat göndərmişdin. Sən – mədh olunan Böyük Allahsan”. Ona görə də bizim hər bir müsəlman üzərimizdə olan haqq odur ki, Allahın bir vacibatı kimi hər namazın təşəhhüdündə bizə salavat göndərsin. Allah qənimətləri Peyğəmbər (s) üçün halal etmişdir və bizim üçün də. Sədəqələri ona haram etmişdir və bizə də. Bunlar Allah tərəfindən bizim üçün müəyyən edilən olan kərahət və fəzilətlərdir”.

 

İmam Həsən (ə) Quranın bəzi ayələrini təfsir etmişdir ki, onlardan bəzilərinə nəzər salaq:

 

1. İmam (ə) bu ayə ilə bağlı buyurur: “Çünki həqiqətən Biz varlıq aləmindəki hər şeyi (zat, nişanələr, kəmiyyət, keyfiyyət və ömür baxımından) müəyyən ölçüdə və məhdud çərçivədə yaratmışıq (və əbədi od sizin daimi küfrünüzün aqibətidir)”. (“Qəmər” 49). Yəni, biz hər şeyi cəhənnəm əhli üçün əməllərinin ölçüsündə yaratmışıq”.

 

2. “Və gecənin bir hissəsində də Onu pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl) və həmçinin səcdələrin ardınca”. (“Qaf” 40). Bu ayə ilə bağlı buyurur: “Məqsəd məğrib namazından sonra qılınan iki rükət namazdır”.

 

3. “İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü baxımından) sənə quruluş verdi”. (“İnfitar” 8). Bu ayə ilə bağlı buyurur: “Sübhan Allah Əli ibn Əbitalibi (ə) Əbu Talibin belində Muhəmmədin (s) siması ilə xəlq etmişdir. Ona görə də Peyğəmbərə (s) ən çox bənzəyən insan Əli (ə) idi. Hüseyn ibn Əli (ə) Həzrət Fatiməyə (s.ə) ən çox bənzəyən insan idi və mən Xədiceyi-Kubraya (s.ə) ən çox bənzəyən insanam”.

4. İmam Həsən (ə) “Həşr” surəsinin son üç ayəsi ilə bağlı buyurur: “Hər kim səhəri edər və “Həşr” surəsinin son üç ayəsini oxuyar və həmin gündə ölər – şəhidlərin möhürü ona vurular. Əgər axşam olarsa və onu oxuyarsa və həmin gecədə ölərsə - yenə də şəhidlərin möhürü ona vurular”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM HÜSEYNİN (Ə) İRAQA DOĞRU HƏRƏKƏTİ
MÜBAHİLƏ AYƏSİ
Atasın zinəti
Nümunəvi oructutanlar
Pеyğәmbәrdәn (s) 100 hәdis
Quran oxu sən ...
İmam Həsən Müctəba (ə) (1)
Həzrət Sukeynənin (Səkinənin əleyha salam) türbəsinə hücum edilib
İKİNCİ HEKAYƏT
Məhərrəm ayının 15-ci günü

 
user comment