Məsqələt ibni Hubəyrə Şəybani Məxcəd qəbiləsinin böyüklərindən, eləcə də Bəni Şəyban ailəsindən sayılırdı. O Həzrət Əli (əleyhissalam) tərəfindən fars məntəqələ-rinin biri olan Ərdəşir Xurrənin valisi təyin edilmişdi. Bu vilayətin İslam qüvvələri vasitəsilə İslamın bayrağı altına tabe olunmasını nəzərə alaraq qənimətlər və əldə edilən malların bütün müsəlmanlar arasında bölünməsi əmr edildi. Bu zaman Məsqələt saysız hesabsız hədiyyə və bəxşişləri öz yaxın adamlarına paylamaqla müsəlmanların beytül-malına xəyanət etdi. Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdırıldıqda İmam Məsqələyə belə bir sifariş göndərdi:
“Sənin gördüyün işlər barədə mənə bir xəbər çatıbdır, əgər bu xəbər doğru olarsa sən öz Allahını qəzəbləndirmiş və öz İmamının fərmanından boyun qaçırmışsan. O da budur ki: Sən müsəlmanların can və qanları ilə ələ gətirdikləri qənimətləri öz qohumların və yaxın adamların arasında bölmüsən. And olsun o Allaha ki, insanı yaratdı. Əgər bu xəbər düz çıxsa, mənim yanımda puç və xar olacaqsan, yaradanının haqqını yüngül sayıb dinini dünyaya satma. Əgər belə olsa o, zaman ən ziyan verici adamlardan sayılacaqsan.
“Agah ol müsəlmanların haqqı bu qənimətlərin bölünməsində həm sənin həm də mənim yanımda barabər və eynidir. Bütün o mallar mənim əlimə çatmalıdır ki, müsəlmanlar öz paylarını məndən alsınlar.”
Beləliklə İmam Əli (əleyhissalam) beytül-malı yeyib talayanlarla qətiyyətli rəftar edərək onları alçaq və puç a