Azəri
Friday 27th of December 2024
0
نفر 0

İmam Həsən Əskərinin (ə) Əli ibn Babəveyhə məktubu

İmam Həsən Əskərinin (ə) Əli ibn Babəveyhə məktubu

İmam Həsən Əskərinin (ə) dövründə hökumətin siələrə qarşı bərk repressiya və sıxışdırma siyasətinə görə İmam (ə) və şiə rəhbərləri arasında əlaqə... İmam Həsən Əskərinin (ə) dövründə hökumətin siələrə qarşı bərk repressiya və sıxışdırma siyasətinə görə İmam (ə) və şiə rəhbərləri arasında əlaqə bir çox vaxtlarda məktublaşma vasitəsi ilə baş tuturdu.
Bu məktublardan biri də İmamın (ə) Əli ibn Babəveyhə məktubudur. Məktubdakı dəyərli və önəmli əxlaqi tövsiyələri nəzərə alaraq onu sizin diqqətinizə çatdırırıq.

Qeyd edəkki Əli ibn Babəveyh (Şeyx Səduqun atası) öz zamanının tanınmış alim və fəqihlərindən idi. Onun bazarda kiçik bir dükanı varidi və ticarətlə məşğul olurdu, eyni zamanda nəhayət dərəcədə zöhd və iffətlə həyat sürürdü. Həmçinin günün bir neçə saatını öz evində dinin tədris və təbliği ilə məşğul olur, Əhli-beytdən (ə) hədis nəql edirdi. İmamın (ə) yanında onun böyük məqamı və etibarı var idi. Belə ki İmam (ə) məktublarında onu “mənim şeyxim”, “güvənc yerim”, “fəqihim” adlandırmışdır.
İmam Həsən Əskərinin (ə) Əli ibn Babəveyhə məktubunun mətni belədir:
Bismillahir-rəhmanir-rəhim. Həmd aləmlərin Rəbbi olan Allah üçündür. Aqibət müttəqilər və cənnət müvəhhidlər üçün, cəhənnəm mülhidlər üçündür. Zalımlardan başqa heç kimlə düşmənçilik yoxdur. Allahdan başqa bir məbud yoxdur və O ən gözəl yaradandır. Salavat və salam olsun xalqın ən xeyirlisi Muhəmmədə və onun pak itrətinə.
Ey mənim şeyxim, güvəndiyim və fəqihim Əli ibn Hüseyn ibn Babəveyh Qumi. Allah Öz razı olduğu işlərdə səni müvəffəq etsin, sənin nəslindən saleh övlad dünyaya gətirsin. Sənə təqvalı olmağı, namaz qılmağı və zəkat verməyi vəsiyyət edirəm. Çünki zəkat verməyən kəsin namazı qəbul olmayacaq. Yenə sənə sifariş edirəm başqalarının günahlarından güzəşt etməyi, qəzəbləndikdə özünü saxlamağı, qohum-əqrəba ilə əlaqələri qorumağı, din qardaşlarınla bir-birinizə kömək və əməkdaşlıq etməyi, onların imkansız-imkanlı vaxtlarında ehtiyaclarını aradan qaldırmağa çalışmağı, dini mərifət kəsb etməyi. İşlərdə sabitqədəm ol və Qurana riayət et, öz əxlaqını gözəlləşdir, başqalarını yaxşı işlərə əmr et və pis işlərdən çəkindir. Çünki Allah buyurmuşdur: “Onların xəlvət söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir yalnız sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir”. Sənə sifariş edirəm bütün günahlardan çəkinməyi.
Gecə namazını tərk etmə, çünki Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) vəsiyyətində üç dəfə buyurdu: “Ey Əli (sənə sifariş edirəm) gecə namazı, gecə namazı, gecə namazı. Hər kəs gecə namazına etina etməsə bizdən deyil”. Bəs, sən özün mənim sifarişlərimə əməl et və şiələrimədə göstəriş ver ki, əməl etsinlər.
Səbirli ol və zühuru gözlə. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, mənim ümmətim üçün ən yaxşı əməl zühuru gözləməkdir. Şiələrimiz, oğlum (İmam Zaman) zühur edənə qədər daima qəm-qüssə içərisində olacaqlar. Peyğəmbər (səlləllahu əleyhi və alih) onun barəsində buyurub ki, yer üzü zülm və haqsızlıqla dolduğu zaman, o, gəlib yer üzünü haqq-ədalətlə dolduracaq.
Ey mənim güvəndiyim böyük fəqih! Səbr et, şiələrimizi də səbirli olmağa çağır. Yer kürəsi Allahın ixtiyarındadır və bəndələrindən kimi istəsə, ora (yer kürəsinə) hakim seçər. Yaxşılıq yalnız təqvalılara, Allahdan qorxanlara məxsusdur. Haqqın salam, rəhmət və bərəkəti sənə və bizim bütün şiələrimizə olsun! Allahın salam və salavatı Muhəmməd və onun Əhli-beytinə olsun”.
“Məadinul-hikməti fi məkatibil-əimmə (ə)”, Ələmul-Huda, Məhəmməd ibn Muhsin ibn Murtaza Kaşani; c, 2, səh. 265.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM HÜSEYNİN (Ə) İRAQA DOĞRU HƏRƏKƏTİ
MÜBAHİLƏ AYƏSİ
Atasın zinəti
Nümunəvi oructutanlar
Pеyğәmbәrdәn (s) 100 hәdis
Quran oxu sən ...
İmam Həsən Müctəba (ə) (1)
Həzrət Sukeynənin (Səkinənin əleyha salam) türbəsinə hücum edilib
İKİNCİ HEKAYƏT
Məhərrəm ayının 15-ci günü

 
user comment