Azəri
Monday 23rd of December 2024
0
نفر 0

İmam Baqir əleyhissəlamın münazirələri

İmam Baqir əleyhissəlamın münazirələri
Bir gün Nafis İmam Baqir əleyhissəlamın hüzuruna gəlib halal-haram barədə bir neçə məsələ soruşdu

 İmam Baqir əleyhissəlamın İmaməti dövründə Mötəzilə, Xəvaric və Mürciə kimi siyasi və məzhəbi qurumlar, fəaliyyət göstərirdilər. İmam Baqir (əleyhissəlam) bu firqə və qurumların batil əqidələri qarşısında yenilməz bir sədd olaraq onların başçıları ilə apardığı münazirələrdə onların əqidə və ideologiyasını “söküb-dağıdır”, əqidələrinin batil olduğunu aşkar dəlillərlə sübut edirdi. İndi, nümunə üçün o Həzrətin Xəvaric firqəsinin başçılarından olan Nafis ibn Əzrəqlə söhbətini oxucuların nəzərinə çatdırırıq.

  Bir gün Nafis İmam Baqir əleyhissəlamın hüzuruna gəlib halal-haram barədə bir neçə məsələ soruşdu. İmam (əleyhissəlam) onun suallarına cavab verib söhbəti əsnasında buyurdu: “Bu xaricilərə (dindən çıxmışlara) de ki, nə üçün Əmirəlmöminindən ayrılmağı halal bildiniz? Halbuki, o vaxtadək onunla birlikdə vuruşur, ona itaət etmək yolunda canınızı qurban verirdiniz və ona kömək etməyi Allaha yaxınlaşmaq üçün bir vasitə bilirdiniz.” İmam (əleyhissəlam) əlavə edib buyurdu: “Onlar deyəcəklər ki, o, Allahın dinində münsif təyin etdi. Onlara de ki, Allah Öz Peyğəmbərinin şəriətində iki yerdə iki nəfəri mühakiməçi təyin etmişdir. Biri ərlə-arvad arasında olan ixtilaf zamanıdır ki, buyurur: “(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsə, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” (“Nisa” surəsi, ayə 35.)
İkincisi isə Səd ibn Məazın münsif (vasitəçi) olmasıdır. Peyğəmbər (səlləllahu əleyhi və alih) onu özü ilə (müsəlmanlarla) Bəni-Qüreyzə tayfası arasında münsif təyin etdi, o da Allahın hökmü əsasında hökm verdi.” İmam Baqir (əleyhissəlam) daha sonra əlavə edib buyurdu: “Bilmirsiniz ki, Həzrət Əli (əleyhissəlam) münsiflər seçilməsini bu şərtlə qəbul etdi ki, onlar Quran hökmünə əsasən hökm verib Quran hökmlərindən kənara çıxmasınlar? Üstəlik Əli (əleyhissəlam) şərt kəsdi ki, əgər münsiflər Quran hökmünün əksinə hökm versələr, bu hökm qəbul olunmayacaq. Camaat Əli əleyhissəlama deyəndə ki, seçdiyin münsif sənin əleyhinə hökm verib, buyurur: “Mən onu yox, Allahın kitabını (Quranı) münsif seçmişdim. Necə olur ki, xaricilər (dindən çıxmışlar) Quranın münsifliyini və Quranın əksinə verilən hökmün qəbul olunmadığını azğınlıq sayırlar, ancaq öz bidət və böhtanlarını azğınlıq hesab etmirlər?” Nafis ibn Əzrəq bu sözləri eşitcək dedi: “And olsun Allaha ki, bu sözləri nə eşitmişdim, nə də fikrimə gəlmişdi, haqq elə budur. İnşaallah.” (Ehticac, c.2,səh.176.)
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əhya gecələri və onun əməlləri
İmam Hüseyn əleyhissəlamın əqidəvi-siyasi vəsiyyətnaməsi
İmam Səccadın (ə) “Hüquq Risaləsi” adlı kitabı Hindu və Ordu dillərində ...
Zikrin gətirdiyi 21 səmərə
İLAHİ İRADƏ VƏ TƏQDİR ARASINDA OLAN RABİTƏ
Bu gün, Əziz İslam Peyğəmbəri (s) və 8-ci Məsum, İmam Cəfəri Sadiqin (ə) ...
İmam Baqir əleyhissəlamın münazirələri
Quran oxumağın zahiri və batini ədəbi
ŞÜCAƏT HƏDƏFI
Sevgililər Günü olan İmam Əli ilə Xanım Fatimənin (ə) İzdivacının ildönümü ...

 
user comment