Azəri
Tuesday 24th of December 2024
0
نفر 0

CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR

CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR

Tarixçilər Ərəbistan yarmadasından söz açdıqda cənub nahiyəsini ön plana çəkirlər. Ona görə ki, eramızdan 2000-il əvvəl başlayaraq islamın gəlişinə qədər bu məntəqədə çoxlu dəyişiklər baş vermiş və bununla əlaqədar olaraq çox rəngarəng bir tarixə malik olmuşdur. Amma onun səhra və yaşayış olmayan əyalətlərinin tarixi mühüm olmamış və ya orada az dəyişikliklər baş vermişdir. Xəritədə Ərəbistan yarmadasına baxdıqda onun cənubunun son nöqtəsində üçbucaqlı bir nahiyə nəzərə çarpır. Bu üçbucağı şərq tərəfdən Ərəb dənizi, qərb tərəfdən isə Qırmızı dəniz əhatə etmişdir. Əgər Cizandan (qərbdə) Həzrə mauta (şərqdə) qədər bir xətt çəksək bu üçbucağın üçüncü küncü meydana gələr. Bunun ortasında yerləşən ərazi qədimdə xoşbəxt Ərəbistan və ya Yəmən adlandırmışlar ki, bu gün də Yəmən adlanır.

Qeyd etmişdik ki, yarmadanın bu bölümündə eramızdan neçə əsrlər əvvəl dövlətlər qurulmuşdur. Ancaq onlar barəsində dəqiq mə’lumat yoxdur. Əldə olan mə’lumatlar isə arxeoloqların tədqiqatlarından əvvəl tarixçilərin bizə verdiyi araşdırmalardır ki, onun da heç bir elmi əsası yoxdur. 19-20-ci əsrdə alimlərin, səyyahların, tarixçilərin sə’yləri bu məntəqənin tarixi və orada olan dövlətlərin barəsində müəyyən bir mə’lumat əldə etməyə aydınlıq gətirmişdir. Bu nahiyədə qurulmuş dövlətlərin ən başlıcası Muin və Səba dövlətləridir. Əlbəttə bunlara Qətban və Həzrə Maut dövlətlərini də əlavə etmək lazımdır.

Paytaxtı Qərnu olan Muinilərin dövləti eramızdan əvvəl 600-1200 illərdə meydana gəlmiş və davam etmişdir. Bu dövlətin ticarət dairəsi o qədər geniş olmuşdur ki, hətta İran körfəzindən Aralıq dənizinə qədər olan bir ərazini əhatə etmişdir.

Yarmadanın başqa dövlətlərindən biri də Qətban olub ki, paytaxtı Təmnə’ şəhəri olmuşdur. Bu dövlət yarmadanın cənub qərbində Həzrə Mautun qonşuluğunda olmuşdur. Qətban dövləti eramızdan əvvəl birinci minillikdə yaranmış (təqribən eradan əvvəl altıncı yüzillikdə) və eramızın ikinci yüz ilinə qədər davam etmişdir. Ancaq bə’zi tədqiqatçıların fikrincə, bu dövlət eramızdan əlli il əvvəl süqut etmişdir. Buradakı hakimlər sülaləsinin tarixini aydınlaşdırmaq üçün alimlərin səy göstərməsinə baxmayaraq hələ də bə’zi qaranlıq məsələlər mövcuddur. Ancaq bir şey mə’lumdur ki, Qətban dövlətini Səba dövləti süquta yetirmişdir. Arxeoloqların fikrincə daş yazılarına görə Qətban və Səba şahlarının ləqəbi “mükərrəb” olmuşdur. Bə’zi tədqiqatçıların nəzərinə görə isə cənubluların ləhcəsindəki mükərrəb, şimal ərəblərinin dilində olan müqərrəb (yə’ni yaxın) mə’nasını daşıyır. Ehtimal verilir ki, bu şahlar həm dini, həm də siysi bir qüdrətə malik olmuşlar, lakin sonralar dini qüdrət aradan getmişdir. Belə nəzərə çarpır ki, cənub nahiyəsindəki dini və ruhani hökumətlər böyük əhəmiyyətə malik olmuşdur.

Səba dövləti yarmadanın cənub-qərb nahiyəsində təsis edilmiş və paytaxtı Məyəb olmuşdur. Amma nüfuz dairələri şərqdən qərbə, yə’ni İran körfəzindən Qırmızı dənizə qədər bir ərazini əhatə etmişdir. Muinilərin qüdrəti zəiflədikdən sonra Səba dövləti güclənib Muini dövlətini də ələ keçirdi.

Həzrə-mautda təsis olunmuş dövlətin paytaxtı Şəbvə olmuş və onlar Kündür ticarəti vasitəsi ilə çoxlu var-dövlət əldə etmişlər. Bu dövlət Muini dövləti ilə bir vaxtda və deyilənə görə həmin dövlətə tabe olmuşdur, Miladi tarixinin 300-cü ilində isə aradan getmişdir.

Bu dövlətlər arasında Səba dövləti xüsusi əhəmiyyət kəsb etmişdir. Belə ki, yarmadanın cənubu hökumətlərin təşkil olunması mərkəzinə çevrilmişdir. Bu dövlətlər arasında Səba dövləti ən böyük dövlət sayılır.

Səba dövlətinin siyasi, hərbi və ticarət qüdrəti ona imkan verdi ki, tədriclə cənubdakı pərakəndə olan hökumətləri özünün iri miqyaslı, müstəqil dövlətinin himayəsi altına alaraq, nüfuz dairəsini Afrikaya qədər genişləndirə bilsin.

Səbailər təxminən doqquz əsr bu məntəqəyə hakim oldular. Öz nüfuz dairəsini genişləndirərək Hind okeanı ilə Qırmızı dəniz arasında mövcud olan ticarət yolunu ələ keçirdilər. Hind ədviyyələri, Yəmənin ətirli bitkiləri Babul-məndəbdən keçərək Qırmızı dənizə və oradan da Əqəbə körfəzinə və Aralıq dənizinə yollanırdı.

Səbailərin hakimiyyəti eramızdan əvvəl 115-ci ilə qədər davam etmişdir. Qur’ani-kərimin iki surəsində Səbanın adı çəkilmişdir. Birincisi “Nəml” surəsində, ikincisi isə “Səba” surəsində. Səba hökuməti qurulduğu ilk vaxtdan eramızdan qabaq dördüncü yüzilliyə qədər yarıdini (ruhani), yarı şahlıq rejimi olmuşdur. Əvvəldə də qeyd etdik ki, oranın hakimlərinə mükərrəb deyirmişlər. Qur’anda xatırlanan Səba hakimi qadın olmuşdur ki, islam tarixi və ədəbiyyatında onu Bilqeys adlandırmışlar. Lakin Qur’an onu sadəcə olaraq bir qadın adlandırmışdır. Və o həmin qadındır ki, Süleyman peyğəmbərin məktubu ona yetşdikdən sonra onun yanına getmişdir.

Səba ərazisində sel və daşqın olması barəsində Qur’anın “Səba” surəsində mə’lumat vardır.

 

SƏBA DÖVLƏTİNİN SÜQUTU HƏMİRİLƏRİN HAKİMİYYƏTƏ GƏLİŞİ

İsgəndərin vəfatından sonra onun sərkərdələrindən biri Misirdə bir dövlət tə’sis etdi. Onun sonrakı nəsilləri bir müddət bu məntəqədə hakim oldular. Bu sülalədən hakimiyyətə çatan şəxslər Ptolomey adlanırlar. Ptolomeylər yavaş-yavaş Səbailərin ticarət yollarını ələ keçirdilər. İqtisadi vəziyyətin pisləşməsi bir tərəfdən daxildə mövcud olan çətinliklər, digər tərəfdən də Səba dövlətinin vəziyyətini təhlükəyə salmışdı. Beləliklə eramızdan əvvəl 115-ci ildə Səba dövlətinin hakimiyyəti sona yetdi. Həmirilər adında olan digər sülalə onların yerini tutdular. Həmirilər Ərəbistanın cənub əhalisinin bir qəbiləsindədir ki, Zəfarda hakim olmuşlar. Bu qəbilə ilk dəfə Ərəbistanın cənubunun çox kiçik bir hissəsinə hakim idilər, lakin get-gedə hökumət dairələrini genişləndirdilər. Həmiri dövlətinin ömrü əsas e’tibari ilə təxminən Səba dövlətinin ömrünə bərabərdir. Elə buna görə də bə’zi tarixçilər bu dövləti Səba dövlətinin ikinci dövrü kimi qəlmə verirlər. Həmirilərin hakimiyyəti iki dövrə bölünür:

1.Səba dövlətinin süqutundan 300-ilə qədər olan dövr;

2.Həbəşilərin bu məntəqəyə hücumuna qədər olan dövr;

Birinci dövrün şahları Səba və Zurəydan adlanırdılar ki, bu Qətban və Həmir hakmilərinə məxsus olan bir ad idi. Üçüncü əsrdə Şimr Yuhariş adlı cəngavər padşah Həzrə-maut və Yəmən nahiyələrini də öz əlinə keçirdi. Bununla da Həmirilərin hakimiyyətinin ikinci dövrü başlandı.

Miladi tarixinin dördüncü əsrində Əbu Kərb Əs’əd özünü Taud və Pəhamə adlı hər iki məntəqənin şahı e’lan etdi. Şahları tubbə’ adlanan Həmiri dövləti miladi tarixinin 525-ci ilinə qədər, yə’ni Həbəşilərin onların torpaqlarına olan hücumuna qədər davam etdi.

Həmirilər dövləti tə’sis olunduğu ilk andan (Səba dövləti kimi) Rum imperiyasının işğalçı təcavüzləri ilə üzləşdilər və buna görə də yavaş-yavaş öz hakimiyyət dairələrini genişləndirirdilər. Onlar Hindistanla şərqi Afrika arasında olan ticarət yolunu ələ keçirmək istəyir, eləcə də çeşidli ticarət məhsuluna malik olan Buxur torpağına da sahib olmağa çalışırdılar. Eramızdan 25-il əvvəl Alius Qalius qoşunla Ərəbistanın cənubuna hücum etdi və bir neçə gün müddətində Mə’rəbə yetişdi. Hətta Hicazı ələ keçirərək Nəcran vadisinə qədər irəlilədi. Amma tezliklə su qıtlığından və başqa çətinliklərlə üzləşdiyindən geri çəkilməyə məcbur oldu.

Baxmayaraq ki, Rum sərkərdəsi Həmirilərə hakim ola bilmədi, amma çoxdan gözü bu torpaqda olan başqa bir qonşu dövlət baş qaldırdı. O dövlət Həbəşi dövləti idi.

Həbəşilər ardıcıl olaraq bu məntəqəyə hücum edirdilər. Nəhayət 320-330-cu illərdə Yəmənin sahillərini ələ keçirə bildilər.

Dördüncü yüz illiyin ortalarında Zəfar və Ədən şəhərlərində kilsələr tikmək üçün imperator tərəfindən Yəmənə bir heyət göndərildi. Beləliklə bu bağlılıq nəticəsində xristianlıq Ərəbistanın cənubuna nüfuz etdi, Rum imperatorluğu ilə Həbəşi padşahları arasında əlaqə möhkəmləndi. Rum imperatorlarının bu əlaqəni yaratmaqda birinci məqsədləri o idi ki, cənub məntəqəsinin ticarət və iqtisadi potensialından istifadə etsin, daha sonra Həmiriləri daim Rumlularla müharibə edən Sasanilər əleyhinə qaldırsın. Göndərilmiş heyət tərəfindən kilsələr tikilib xristian dini yayıldığı bir zamanda, Yerusəlimin viran olduqdan sonra Ərəbistanın cənubuna sığınan yəhudilərin sayı da günbəgün artırdı. Belə ki, miladi 600-cü ildə Zunuvas (Ərəb tarixçiləri onun adını Zurə’t ibni Təbban yazıblar) Həmirilərin padşahı oldu, öz adını Yusif adı ilə əvəz edərək yəhudi dinini qəbul etdi. Bu minval ilə bu nahiyədə yəhudilik xristinalığa nisbətən üstünlük təşkil etdi. Zunuvas xristianları incitməyə başladı. Yazırlar ki, o Nəcran xaçpərəstələrini kütləvi surətdə məhv elədi. Belə ki, qala qazdırıb içində od yandırır və xristian dinindən dönməyənləri o qalaya atırdılar. Qur’ani-kərimin mübarək “Buruc” surəsinin 4-dən 8-dək ayələri Uxdud səhabələrinin qətli bu hadisəyə olan işarədir.

Hadisələri izləyən Həbəşə dövləti şəxsən özü, ya da Rum imperatoru Justinyanın göstərişi ilə Zunuvasın üzərinə qoşun yolladı. 525-ci ildə o, məğlub edilərək öldürüldü. Beləliklə Həmirilərin hakimiyyəti Ərəbistanın cənubunda sona yetdi və bütövlükdə bu məntəqə Həbəşilərin əlinə keçdi. Bir müddətdən sonra Həbəş sərkərdəsi olan Əbrəhə adlı birisi öz hökuməti əleyhinə çıxaraq müstəqillik iddiası etməklə 35-il bu nahiyənin mütləq hakimi oldu. Ərəbləri Məkkənin ziyarətindən çəkindirmək üçün Səna’da böyük bir mə’bəd tikdirdi. Deyilənə görə, Bəni Malik ibni Kənanədən olan bir kişi ora gedərək o mə’bədə hörmətsizlik etdi. Əbrəhə bu işdən qəzəblənərək and içdi ki, Kə’bəni viran edəcək. Sonra qoşunla (qoşunda fil də var idi) Məkkəyə tərəf üz tutdu. Lakin Allahın qəzəbi ona və qoşununa nazil oldu, belə ki, quşlar havadan qoşunun üzərinə kiçik daşlar tökərək onları məhv etdilər. Bu yürüş islam tarixində “Fil ili” adlanır. Bu barədə sonra daha ətraflı izah verəcəyik.

Həbəşilərin hökumətindən narazı olan Həmirilər Sasani padşahı Ənuşirəvandan kömək istədilər. Ənuşirəvan Vəhrəz Deyləmi adlı sərkərdəni 570-ci ildə Yəmənə göndərdi. Qoşunun çatması ilə oranın sonuncu əmiri olan Məsruq ibni Əbrəhə məğlub oldu və Sasani dövlətinin göndərdiyi nümayəndə, hökuməti ələ keçirdi. Vəhrəzdən sonra oğlu Mərzban və ondan sonra Nuşcan və ondan sonra da Bazan hakimiyyətə yetişdilər. İbni Hişam yazır: Bazan Peyğəmbərin (s) dövründə müsəlman oldu və onun ətrafında olan iranınların hamısı islam dinini qəbul etdilər. Bu vaxtan islamın zühuruna qədər Ərəbistanın cənubunda geniş miqyaslı bir dövlət gözə çarpmadı. Hər bölümün idarə olunması məhəlli rəisin öhdəsinə düşürdü. Bu hakimlər içərisində Kənde qəbiləsi hakimiyyət silsiləsi tə’sis edə bildilər. Kənde şahları cənub əhalisindən və Qəhtani kökündəndirlər, həzrə-mautun qərb nahiyəsində hakim olmuşlar. Bu sülalənin məşhur olan ilk padşahı Həcr ibni Əmrdir ki, murar yeyən ləqəbi ilə məşhurdur. Kənde şahlarının bə’zən elə qüdrətli dövrləri olub ki, digər nahiyələri də ələ keçiriblər. Belə ki, Həcrin nəvəsi Hafis az bir müddətdə (Qubadda şah olduğu zaman) Hiyrəni də öz hakimiyyəti altına almış, lakin Ənuşirəvanın hakimiyyəti zamanı oradan çıxarılmışdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ƏMƏVİ HÖKMƏTİNİN TƏHLİLİ
İSLАM АLƏMİNDƏ İLK SАZİŞ
Şiələrin mə’sum imam tərəfindən qeyb dövrünə hazırlanması
Aborgen Xalqlar Talışlar
ƏLİNİN (Ə) ŞƏHАDƏTİNDƏN SONRА İSLАMIN ƏHАTƏ DАİRƏSİ
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR
PEYĞƏMBƏRDƏN (S) SONRА XİLАFƏT
İSLAMIN ZÜHURU
İSLAM MƏDİNƏDƏ

 
user comment