- Xəbər Agentliyi- Türkçülük mifologiyası ilə yaşayanlar və bəzən də, türk soykökünü qatışıq hesab edənlər müxtəlif xalqların türk soylu olmalarını ara-sıra məqalə və kitablarda yazmaqla zaman keçdikcə insanların şüurunda türkçülüyün forlmalaşmasına zəminə yaradırlar. Əlbətdə türk xalqı da, digər xalqlar kimi nəcib və şərəfli olmuş, eyni zamanda İslam Dünyasının böyük bir hissəsini təşkil edir. Lakin bu kimi siyasətlər (türkləşmə və tükün türkdən başqa dosti yoxdur) İslam dünyasını parçalamaq üçün əlbir olmuş yəhudi və sionist xristian dünyası tərəfindən cızılmış çürük planların əsas hissəsidir.
Belə ki, Almaniya yəhudilərindən olan professor B.V. Miller Talışların mənşəyi ilə bağlı irəli sürdüyü əsassız mülahizələri də, bu qəbildəndir. B.V Millerin mülahizələrindən birinə görə, sünni talışlar dilini itirib talışlaşmış türklərdir (!). Onlar Orta Asiyadan gətirdikləri sünnilik məzhəbi ilə bərabər, kiçik fonetik dil xüsusiyyətlərini də qoruyub saxlamışlar (!). Talışların fiziki tipinin müxtəlifliyi – düzən və meşəlik yerlərdə yaşayanların qarabuğdayı olması, dağlıq və meşəsiz ərazilərdə isə bir qədər ağbənizliyi ola bilsin ki, türklərin talışlaşmasının və onlarla qaynayıb – qarışmasının nəticəsidir. Bu mülahizələrin düzgün olub-olmadığını müəyyənləşdirmək talışların hərtərəfli öyrənilməsi nəticəsində mümkün olacaqdır. (Bax: Q.Сavadov. Talışlar... S. 29-30).
Lakin yəhudi B.V. Millerin Talışların mənşəyi ilə bağlı verdiyi açıqlamaların süstlüyü sünnülük məzhəbinin məhz Orta Asiyadan Talış ərazilərinə gətirilməsindən aydın görünür...
XIX əsrdə yaşamış bəzi rus almiləri talışların əcdadının türkdilli olması və onların sonralar irandilli tayfalar tərəfindən assimilyasiya edilməsi mülahizəsini irəli sürmüş, lakin bu mülahizəni təsdiq edəcək əsaslı dəlillər göstərə bilməmişlər. Bu da yəhudilərin məhz İslam Dünyasında ikitirəlik salması naminə türkçülük ideologiyasının formalaşdırılması planının bir hissəsi olduğunu göstərir.
Filologiya elmləri doktoru Əbülfəz Rəcəbov isə göstərir ki, talışların əcdadı Kadusi, Gel və Hirkan tayfalarıdır. Lənkəran rayonundakı Hirkan qoruğu və Hirkan meşəsi hirkanların yaşadığı yerlərdir. (Ə.Rəcəbov. Talışlar. “Tolışi sədo” qəzeti, 7. III, 1992).
Filologiya elmləri doktoru Məsud Məmmədovun da fikirincə, talışların əcdadı kadusilərdir. Lakin Astara rayonunun Uti, Miki və Ambaran kəndlərinin əhalisi Uti, Miki və Apir (Aparn) tayfalarının nəsilləridir və antropoloji quruluşlarına görə, Talış zonası əhalisinin qalan hissəsindən fərqlənirlər. Sakaşon kəndinin adı isə Sak tayfası ilə bağlıdır. (Bax: Azərbaycan SSR EA-nın Xəbərləri. Yer haqqında elmlər ser., 1974,№ 6 , S.105-108).
İran alimlərindən Məhəmməd Həsənxanın, Əhməd Kəsrəvinin, Əli Əbdolinin , Azərbaycan tarixçilərindən Qiyasəddin Qeybullayevin, Abdulla Fazilinin və Seyidağa Onullahinin fikrincə, talışların əcdadı Kadusi tayfasıdır. Onlara bu mülahizəni irəli sürməyə əsas verən yeganə fakt isə Kadusi tayfasının yaşadığı ərazinin bir hissəsində hazırda talışların yaşamasıdır. İran tarixçisi Həsən Pirniya bu mülahizə ilə bağlı yazmışdır: “Kadusilər Gilanda yaşayan xalq olmuşlar. Bəzilərinə görə, onlar müasir talışların əcdadı imişlər. Kadus sözü müasir taluş, yaxud talış sözünün yunanlaşmış formasından ibarət olmuşdur”. (Abdulla Fazili. Azərbaycanın qədim tarixi müasir İran tarixşünaslığında. B. 1970. S.118).
source : abna24