Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Quran sərgisində Portuqal dilində İslami kitablar məcmuəsinin nümayişi

İran-Braziliya dostluq cəmiyyəti 19-cu Beynəlxalq Qurani-Kərim sərgisində portuqal dilində İslami kitablar məcmuəsini nümayiş etdirmişdir.

İqna Quran Xəbər Agentliyi  : Tehranın İmam Xomeyni (r h) adına müsəllasında, 19-cu Beynəlxalq Qurani-Kərim sərgisindən verilən məlumata görə, bu məcmuəni Şeyx Talib Hüseyn Xəzrəci portuqal dilinə tərcümə etmişdir.

“İslamda ictimai nizam”, “İslamda namaz”, “Nəhcülbəlağədən dərslər”, “Vilayət”, “Mehdi (ə.f)”, “Qurani-Kərimdən dərslər” məcmuədə yer alan əsərlərdəndir. Həmçinin “İslam hidayəti” adlanan bu məcmuədə “İmam Hüseynin (ə) hüquq risaləsi” və “Böyük İslam İnqilabının rəhbəri İmam Xomeyni (r h)” əsərləri də gözə dəyir.

İran-Braziliya dostluq cəmiyyətinin guşəsində nümayiş etdirilən əsərlər Braziliya İslam Mərkəzinin vasitətəsilə nəşr edilmişdir.

Xatırladaq ki, portuqal dili Portuqaliya və Braziliyanın rəsmi dili olmasından əlavə bəzi Afrika ölkələri də bu dildə danışır.

Tehranın İmam Xomeyni (r h) adına müsəllasında keçirilən 19-cu Beynəlxalq Qurani-Kərim sərgisi avqustun 26-dək hər gün saat 17:00-dan 23:00-a qədər sərgi həvəskarlarını üzünə açıqdır.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək

 
user comment