Misirin sabiq səfiri ərəbistanda bu ölkənn şiyələrinin istək və tələblərini təsdiq edərək deyib: Ali Səud hökumətinin etirazların həlli üçün apardığı iqtisadi həll yolları heç də həmişə məqsədə uyğun deyil, işə yaramır. Quran Xəbər Agentliyi “Nun”,” xəbər portalına istinadən xəbər verir ki, Fəthiş – Şazəli” bir mətləbə işarə edərək dedi: Ali-Səud hakimiyyəti Ərəbistanın şiə yaşayan məntəqələrinə diqqətsizlik edərək, onlara əhəmiyyət vermir. O belə izah edir ki, Ərəbstanın Şiyə yaşayan məntəqələrində rifah və abadlıq işləri digər məntəqələrlə müqayisədə daha aşağı səviyyədədir.
Əşşazəli sonda bildirib ki, Ərəbistanın şiyə yaşayan məntəqələrinin tarixinə ötəri nəzər saldıqda, bu vilayətlərin əhalisinin tələblərinin rəsmi şəkildə tanınmaq, diqqətə layiq görülmək, hökumətdən onlara da pay ayrılması, hər bir sahədə diqqət və qayğı, rahatlıq tələb elədiklərini görəcəyik. O xatırladıb ki, Şərq məntəqəsi, Ərəbistanın şiyə yaşayan məntəqəsi buranın neft çıxarılan məntəqələrindən hesab olunur. Odur ki, Ərəbistan hökuməti bu məntəqədə etiraz və narazılığların, tələblərin meydana gəlməsindən bərk narahatdır. Ərəbistanın sabiq səfiri belə deyib: Ərəbistanın padşahı, Məlik Abdullah, Ərəbistan şıyələrinin etirazlarının qarşısını almaq üçün iqtisadi və maddi çıxış yollarına üstünlük verib. Amma şübhəsiz ki, bu cür həll yolları həmişə münasib və məsləhətli olmayacaq.
O, həmçinin əlavə edib ki: Bu gün Ərbistan şiyələrinin ən mühüm tələblərindən biri Bəhreyndən Səudiyyə hərbi qüvvələrinin çıxarılması və bu torpağın işğalına son qoyulmasıdır. Bu məsələ bir növ bu 2 ölkənin camaatının arasında birlk və həmrəyliyin yaranmasına səbəb olacaq.
source : ایکنا